Məhkəmə qərarları › İş №2(067)-1059/2021

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1059/2021

06.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1059/2021 06.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum həyat yoldaşı X1 xx.xx.1970ci ildən xx.xx.1972-ci ilə kimi Xaçmaz rayon keçmiş “M.D.Hüseynov” sovxozda fəhlə, xx.xx.1975-ci ildən xx.xx.1984-cü ilə kimi Xaçmaz rayonu keçmiş “Qələbə” sovxozda fəhlə, xx.xx.1984-cü ildən xx.xx.1992-ci ilə kimi Xaçmaz rayonu keçmiş “M.D.Hüseynov” soxvozda fəhlə, 1992-ci ildən 2001-c ilə kimi Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Pirquluoba kənd İƏD-də işləməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə maraqlı tərəf Azərbaycan Respublikası ƏƏSM-si Nazirliyinin tabeliyində DSMF Ərizəçi Şıxvəli qızının ərizəsi ilə bağlı məhkəməyə yazılı etiraz göndərərək, ərizənin baxılmamış saxlanmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.10-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə ərizə baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi baxılmamış saxlanılsın, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar