Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1101/2023 19.06.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlu, İclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında İddiaçı bildirmişdir ki, Cavabdeh qarşı eyni tələblə 2018-ci ildə məhkəməyə müraciət etmişdir və bununla bağlı Xaçmaz rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(067)-1685/2018 saylı qətnaməsi qəbul edilmişdir. Lakin Xaçmaz rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(067)-1685/2018 saylı qətnaməsi icra olunmadığından, yenidən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmənin hazırlıq iclasında Cavabdeh iddianın baxılmasına etiraz etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(067)-1685/2018 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı Xaçmaz rayonu, Çarxı kəndində yerləşən, hazırda cavabdehin adına qeydiyyata alınmış yaşayış evinin məhkəmə qətnaməsinə əsasən mülkiyyətinə verilmiş ½ hissəsindən çıxarılması və evin həmin hissəsinin onun istifadəsinə qaytarılması tələbləri barədə iddia tələbi təmin edilmiş və Cavabdeh Xaçmaz rayonu, Çarxı kəndində 0,18 ha torpaq sahəsində yerləşən yaşayış evinin İddiaçı mülkiyyətində olan ½ hissəsinə aid olan 17,2 kv.m sahəsi olan otaq və 22,8 kv.m sahəsi olan aynabənddən çıxarılması və həmin hissə İddiaçı sahibliyinə qaytarılması təmin edilmişdir. Göründüyü kimi, eyni tərəflər arasında eyni predmet üzrə və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi mövcuddur. İddiaçının özünün də dediyinə əsasən, məhkəməyə müraciət etməkdə səbəb, əvvəlki qətnamənin icra olunmamasıdır. Məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iş üzrə icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən İşin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə müvafiq olaraq, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdehqarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1101/2023
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1101/2023
19.06.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver