Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1112/2021 18.05.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8, Ərizəçi iştirakları ilə Ərizəçi «Şəxsin ölmüş elan edilməsi» tələbinə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 13 mart 1955-ci ildə Xaçmaz rayonunun Qaraqurtlu kəndində anadan olmuş əri X5 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Maraqlı şəxs səlahiyyətli nümayəndəsi iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilən Ərizəçi ərizəsini müdafiə edərək göstərdi ki, 13 mart 1955-ci ildə Xaçmaz rayonunun Qaraqurtlu kəndində anadan olmuş X13 onun əri olmuşdur. Onlar 14 mart 1981-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər və birgə nikahlarından 3 nəfər uşaqları anadan olmuşdur. X23 əvvəllər müxtəlif müəssisələrdə yük avtomobili sürücüsü işləmiş, sonradan iş yeri olmadığından və ailədə maddı çəhətdən çətinliklər yarandığından 05 may 1997-ci il tarixdə alver etmək məqsədilə Rusiya Federasiyasının onlara məlum olmayan şəhərinə getmiş və bir daha geri qayıtmamış, getdiyi gündən bu günə kimi onun sağ olub-olmaması, sağdırsa harada yaşaması barədə heç bir məlumat əldə edə bilməmişdir. Hazırda yaşadığı evi adına rəsmiləşdirmək və ailə üzvlərini evinə qeydiyyata saldırmaq üçün zərurət yarandığından əri X13 üçün ölüm haqqında şəhadətnamə verilməsindən ötrü Maraqlı şəxsnə müraciət etmişdir. Lakin ərinin ölümü barədə heç bir sənəd əldə edib təqdim edə bilmədiyindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamış, ona ərinin ölmüş elan olunması ilə bağlı ərizə ilə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ona görə də o, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən ərizəsinin təmin edilməsini, 13 mart 1955-ci ildə Xaçmaz rayonunun Qaraqurtlu kəndində anadan olmuş əri X5 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində göstərdi ki, Ərizəçi tanıyır, uzun müddətdir ki, qonşuluqda yaşayır. Ərizəçinin əri X9 da tanımışdır. X13 yük avtomobili sürücüsü işləmiş, sonradan iş yeri olmadığından və maddı çəhətdən çətinlikləri yarandığından 1997-ci ildə alver etmək məqsədilə Rusiya Federasiyasına getmiş və bir daha geri qayıtmamış, getdiyi gündən bu günə kimi onun sağ olub-olmaması, sağdırsa harada yaşaması barədə heç bir məlumat yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən ərizəçinin digər qonşuları X3 və X10 şahid X1 ifadəsi ilə eyni müzmunlu ifadələr vermişlər. Mülki işə əlavə olunmuş AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Xaçmaz rayonunda qediyyatdadır. Mülki işə əlavə olunmuş Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş 16 oktyabr 2020-ci il tarixli, 4096 saylı arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanda yaşayır. Ailə tərkibi 1982-ci il tədəllüdlü oğlu X14, 1983-cü il təvəllüdlü qızı X11 və 1987-ci il təvəllüdlü oğlu X6 ibarətdir. Mülki işə əlavə olunmuş 14 may 1981-ci il tarixli, İİ-JQ seriyalı, 379280 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 14 mart 1981-ci ildə X13 ilə rəsmi nikah qeyd etdirməklə evlənmişdir. Mülki işə əlavə olunmuş 13 aprel 1955-ci il tarixli, İJ seriyalı, 254440 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin əri X13 13 mart 1955-ci ildə Xaçmaz rayonunun Qaraqurtlu kəndində anadan olmuşdur. Mülki işə əlavə olunmuş Maraqlı şəxs tərəfindən verilmiş 07 aprel 2021-ci il tarixli arayışlardan görünür ki, Ərizəçi X13 ilə birgə nikahlarından 05 avqust 1992-ci ildə Cavid, 11 avqust 1982-ci ildə Amil və 07 oktyabr 1983-cü ildə Xumarə adlı 3 nəfər uşaqları anadan olmuşdur. Mülki işə əlavə olunmuş şahidlərin iiştirakı ilə tərtib edilərək Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İnzibati Ərazi Dairəsi tərəfindən təsdiq edilmiş aktdan görünür ki, ərizəçi X4 əri X13 həqiqətən də 05 may 1997-ci il tarixdən Rusiya Federasiyasına qazanc əldə etmək məqsədilə getmiş və bir daha qayıtmamışdır. Həmin müddət ərzində Səftər Əliyev arvadı Ərizəçi ilə heç bir əlaqə saxlamamış və hal-hazırda da heç bir əlaqəsi yoxdur. Mülki işə əlavə olunmuş Xaçmaz rayon Polis Şöbəsinin 20 noyabr 2020-ci il tarixli, 160-25752-1220 nömrəli məktubundan görünür ki, 13 mart 1955-ci il təvəllüdlü X13 barəsində 2000-ci ildən 780446 axtarış işi açılmaqla barəsində axtarış elan edilmişdir. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti tərəfindən verilmiş 24 aprel 2021-ci il tarixli, 33/1371 nömrəli məktubdan görünür ki, X5 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, mülki iş üzrə toplanmış sənədləri hərtərəfli tədqiq edib belə bir nəticəyə gəlir ki, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, 13 mart 1955-ci ildə Xaçmaz rayonunun Qaraqurtlu kəndində anadan olmuş X13 Ərizəçi əri olmuşdur. Ərizəçi ilə X13 14 mart 1981-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər və birgə nikahlarından 3 nəfər uşaqları anadan olmuşdur. Səftər Əliyev əvvəllər müxtəlif müəssisələrdə yük avtomobili sürücüsü işləmiş, sonradan iş yeri olmadığından və ailədə maddı çəhətdən çətinliklər yarandığından 05 may 1997-ci il tarixdə alver etmək məqsədilə Rusiya Federasiyasına getmiş və bir daha geri qayıtmamış, getdiyi gündən bu günə kimi onun sağ olub-olmaması, sağdırsa harada yaşaması barədə heç bir məlumat əldə olunmamışdır. Hazırda ərizəçi yaşadığı evi adına rəsmiləşdirmək və ailə üzvlərini evinə qeydiyyata saldırmaq üçün zərurət yarandığından əri X13 üçün ölüm haqqında şəhadətnamə verilməsindən ötrü Maraqlı şəxsnə müraciət etmişdir. Lakin ərinin ölümü barədə heç bir sənəd əldə edib təqdim edə bilmədiyindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamış, ona ərinin ölmüş elan olunması ilə bağlı məhkəməyə ərizə ilə müraciət etməsi tövsiyyə olunmuşdur. Ona görə də ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Məhkəmə tədqiqatı zamanı Ərizəçi əri- 13 mart 1955-ci ildə Xaçmaz rayonunun Qaraqurtlu kəndində anadan olmuş X5 1997-ci ildə Rusiya Federasiyasına getməsi və bir daha geri qayıtmaması, onun barəsində 1997-ci ildən hal-hazıradək heç bir məlumatın olmaması öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, ərizə təmin edilməklə, X13 ölmüş elan edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 312, 315, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizə təmin edilsin. Ərizəçi 13 mart 1955-ci ildə Xaçmaz rayonunun Qaraqurtlu kəndində anadan olmuş əri X13 ölmüş elan edilsin. Bu barədə X5 adına ölüm haqqında şəhadətnamə verilsin. X5 ölüm günü məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün sayılsın. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev. Düzdür: HAKİM XİDİR QULİYEV
Məhkəmə qərarları › İş №2(067)-1112/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1112/2021
18.05.2021 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver