Məhkəmə qərarları › İş №2(067)-113/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-113/2022

28.10.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-113/2022 28.10.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerlşən xüsusi mülkiyyətində olan 0.04 kv.m. həyətyanı torpaq sahəsi Cavabdeh tərəfindən zəbt olunmuş hissəsində qanunsuz tikilinin sökülməsi, zəbt edilmiş torpaq sahəsini cavabdehin qanunsuz sahibliyindən alınaraq torpaq sahəsinin tamlığı bərpa edilməklə və tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi idarəsi tərəfindən dövlət qeydiyyatına alınmış ********** qeydiyyat nömrəli Çıxarışa əsasən, Xaçamz şəhəri, X.Şükürov küçəsi 17 saylı ünvanda yerləşən 0.06 ha torpaq sahəsi ayrılmış və mülkiyyətlərinə verilmişdir. Texniki pasporta əsasən onun adına Xaçamz rayonu, Xudat şəhəri, H.Z.Tağıyev küçəsi 89 saylı ünvanda yerləşən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 66.6 kv.m. olan fərdi yaşayış evi onun adına rəsmiləşdirmişdir. Cavabdeh qonşusudur. O, bir neçə il bundan əvvəl həmin torpaq sahəsinin 0.5 metr hissəsinə qanunsuz daxil olaraq zəbt etməklə orada hamam tikmişdir. Cavabdehə dəfələrlə torpaq sahəsini boşaldaraq ona qaytarılmasını təklif etsə də o, buna əhəmiyyət verməmişdir. Hətta bununla əlaqədar Xaçmaz rayon Polis şöbəsinə də ərizə ilə müraciət etmişdir. Bütün bunlar heç bir nəticə verməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, iddiasının təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, o, məhkəmə bildirişini almaqdan imtina etmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışdan və xx.xx.2017-ci il tarixli Texniki pasportdan müəyyən olunur ki, ünvan 2 ünvanda yerləşən 0.04 ha torpaq sahəsi və üzrəində yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş, xx.xx.2022-ci il tarixli **********68 saylı məktubuna əlavə olunan mütəxəssis rəyindən müəyyən olunur ki, İddiaçı mülkiyyətinə aid ünvan 1 ünvanında yerləşən 0.04 ha həyətyanı torpaq sahəsi Cavabdeh tərəfindən hansısa formada zəbt olunmamışdır. Mübahisəli ərazidə qonşular arasındakı sərhəddə dəmir torlu çəpər və köməkçi tikililər mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10\4044 saylı ekspert rəyindən müəyyən olunur ki, 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş, xx.xx.2022-ci il tarixli **********68 saylı məktubuna əlavə olunan mütəxəssis rəyinə əsasən, İddiaçı mülkiyyətinə aid ünvan 1 ünvanında yerləşən 0.04 ha həyətyanı torpaq sahəsi Cavabdeh tərəfindən hansısa formada zəbt olunmamışdır. Mübahisəli ərazidə qonşular arasındakı sərhəddə dəmir torlu çəpər və köməkçi tikililər mövcuddur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı tərfindən iddia ərizəsinin verilməsi üçün 10 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İş materiallarında əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçının iddia tələbini əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bununla da məhkəmə iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə hesab edir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişinə əsasən keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan cəmi 50 (əlli) manat məbləğində pul İddiaçı alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ******************** SWİFT BİK JTREAZ22 Hesab № AZ34JTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar