Məhkəmə qərarları › İş №2(067)-1132/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1132/2021

30.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1132/2021 30.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zaminliyə görə ödənilmiş pul məbləğinin geri qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3504.63 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun ona ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Kapital Bank ASC-nin Xaçmaz filialından alınmış 10 iyul 2015-ci il tarixli, 166GTK********** müqavilə nömrəli kredit müqaviəsinə əsasən və 24 yanvar 2018-ci il tarixli, 166RGTK180240001 müqaviləsinə əsasən Cavabdeh öhdəliklərinə görə zamin durmuş və aralarında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh Kapital Bank ASC-nin Xaçmaz filialı qarşısında öhdəliklərini lazımınca icra etmədiyinə görə zaminlik müqaviləsinə uyğun olaraq onun kart hesabından cavabdehin banka olan borcları silinmişdir. Kapital Bank ASC-nin Xaçmaz filialının 17 dekabr 2020-ci il tarixli 349 nömrəli arayışından görünür ki, onun Cavabdeh Kapital Bank ASC-nin Xaçmaz filialından alınmış 10 iyul 2015-ci il tarixli, 66GTK********** müqavilə nömrəli və 24 yanvar 2018-ci il tarixli, 166RGTK180240001 müqavilə nömrəli kreditinə zamin qismində çıxış etmişdir. Zamin qismində çıxış etdiyi müddətdə zaminin ******************** nömrəli kart hesabından 166GTK1 ********* nömrəli kredit müqaviləsinə görə ümumilikdə 1668,81 AZN (bir min altı yiiz altımış səkkiz manat səksən bir qəpik) vəsait və 166RGTK 1 80240001 nömrəli kredit müqaviləsinə görə isə ümumilikdə 1680.07 AZN (Bir min altı yüz səksən manat, yeddi qəpik) vəsait silinmişdir. Bundan başqa ödəniş karlı üzrə çıxarışdan görünür ki, ödəniş kartından cavabdehin borclarına görə 155,75 manat pul silinmişdir. Beləliklə cavabdehin bank qarşısında olan öhdəliklərinə görə ondan 3504,63 manat pul silinmişdir. Qanuna görə cavabdeh ondan tutulmuş pul vəsaitlərini geri qaytarmalıdır. Lakin cavabdeh ona olan borcunu könüllü surətdə ödəməkdən yayındığına görə məhkəməyə müraciət etməyə məcbur qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. 21 aprel 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddianı tam qəbul edir. Maddi vəziyyəti ilə əlaqədar olaraq iddiaçıya olan borcu tam ödəyə bilməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 475.1-ci maddəsinə görə, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Qeyd olunan Məcəllənin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş göstərməli və i.a ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımça icra edilməməsi başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.2.1.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.3.-cü maddəsinə uyğun olaraq, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1.-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4.-cü maddəsində nəzərdə tutulduğu kimi, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan «xxxx» ASC-nin 28 yanvar 2021-ci il tarixli ödəniş kartı üzrə çıxarışından görünür ki, 25.01.2021-ci il tarixdə İddiaçı VSDC X1 kartından 166RGTK190240001 saylı müqaviləyə əsasən 155,75 manat pulun kredit borcu üzrə silinməsi tranzaksiyası həyata keçirilmişdir. İş materiallarında olan “xxxx” ASC-nin 17 dekabr 2020-ci il tarixli, 349 saylı arayışından görünür ki, İddiaçı Cavabdeh Kapital Bank ASC-nin Xaçmaz filialından alınmış 10 iyul 2015-ci il tarixli, 66GTK********** müqavilə nömrəli və 24 yanvar 2018-ci il tarixli, 166RGTK180240001 müqavilə nömrəli kreditinə zamin qismində çıxış etmişdir. Zamin qismində çıxış etdiyi müddətdə zaminin ******************** nömrəli kart hesabından 166GTK********** nömrəli kredit müqaviləsinə görə ümumilikdə 1668,81 AZN (bir min altı yüz altmış səkkiz manat səksən bir qəpik) vəsait və 166RGTK180240001 nömrəli kredit müqaviləsinə görə isə ümumilikdə 1680.07 AZN (Bir min altı yüz səksən manat, yeddi qəpik) vəsait silinmişdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia tələbi təmin edilsin. Cavabdeh 3504.63 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar