Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1140/2021 19.03.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlu, İddiaçı Cavabdeh qarşı miras əmlaka mülkiyyət hüququnun tanınması və qərəzli hərəkətlərə son qoyulması tələbinə dair iddia ərizəsinin mümkünlüyünə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M : İddiaçı Cavabdeh qarşı miras əmlaka mülkiyyət hüququnun tanınması və qərəzli hərəkətlərə son qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq müəyyən etdim ki, iddiaçının adından iddia ərizəsini imzalayan şəxsə verilmiş etibarnamədə həmin şəxsin iddiaçını məhkəmə orqanlarında təmsil etmək, onun adından iddia ərizəsini imzalamaq səlahiyyəti göstərilməmişdir. Bununla yanaşı iddiaçı ilə həmin şəxsin yaxın qohumluq münasibətlərinin olması və ya iddia ərizəsini imzalayan şəxsin vəkil olması iş materiallarından müəyyən edilmir. Azərbaycan Respublikası MPM-in 69-cu maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Göstərilənlərlə yanaşı iddiaçı tərəfindən iddia Cavabdeh qarşı verilmişdir. Lakin, iddia ərizəsinə əlavə edilmiş xx xxxx 2020-ci il tarixli arayışdan Cavabdehın xx.xx.1985-ci il tarixdə vəfat etdiyi müəyyən olunur. Həmin Məcəllənin 152.1.1 və 152.1.2-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə; iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, yuxarıda qeyd olunanlara əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, göstərilən nöqsanları aradan qaldırmaqla və tələbin yönəldildiyi şəxsi dəqiqləşdirməklə iddia ərizəsi ilə təkrar məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa; 114.2. Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. İddia ərizəsi geri qaytarıldığına görə iddiaçının xx.xx.2021-ci il tarixdə Xaçmaz Rayon Məhkəməsinə ödədiyi 20 manat məbləğində dövlət rüsumu özünə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M : İddiaçı Cavabdeh qarşı miras əmlaka mülkiyyət hüququnun tanınması və qərəzli hərəkətlərə son qoyulması tələbinə dair iddia və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunur ki, göstərilən nöqsanları aradan qaldırmaqla və tələbə cavab verməli olan şəxsi (cavabdehi) dəqiqləşdirməklə təkrar iddia ərizəsi ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ vardır. İddia ərizəsi geri qaytarıldığına görə iddiaçının xx.xx.2021-ci il tarixdə Xaçmaz rayon məhkəməsinə ödədiyi 20 manat məbləğində dövlət rüsumu özünə qaytarıl Qərardaddan 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlkin Xəlilov. İş № 2(067)-1140/2021 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətlər barədə protokol xx xxxx 2021-ci il Xaçmaz şəhəri Mən Xaçmaz Rayon məhkəməsinin hakimi Xəlilov İlkin Ələkbər oğlu Tərəflərin iştirakı olmadan İddiaçı Cavabdeh qarşı miras əmlaka mülkiyyət hüququnun tanınması və qərəzli hərəkətlərə son qoyulması tələbinə dair iş üzrə məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdim. Posessual hərəkət 09:39-da başladı Məhkəmə İddiaçı Cavabdeh qarşı miras əmlaka mülkiyyət hüququnun tanınması və qərəzli hərəkətlərə son qoyulması tələbinə iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul etdi. Prosessual hərəkət 09:42-də qurtardı. Hakim: İlkin Xəlilov
Məhkəmə qərarları › İş №2(067)-1140/2021
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1140/2021
19.03.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver