Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1143/2021 26.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı2, İddiaçı3 nümayəndəsi, eləcə də İddiaçı1, Cavabdeh iştirakı ilə İddiaçı2, İddiaçı3, İddiaçı1 Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində 26 aprel 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı2, İddiaçı3, İddiaçı1 məhkəmədə iddia qaldıraraq Cavabdeh ünvan 1 ünvanında yerləşən yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianı onunla əsaslandırmışlar ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 23.11.2020-ci il qeydiyyat tarixli, **********0 qeydiyyat nömrəli, **********93-10301 reyestr nömrəli çıxarış əsasən ünvan 1 ünvanındabirgə mülkiyyətlərində yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi vardır. 0,0215 ha torpaq sahəsi və fərdi yaşayış evinin 6/8 hissəsi iddiaçılardan İddiaçı1, qalan hissə isə hər birinin payı torpaq sahəsinin 0,005 ha hissəsi, habelə evin 1/8 hissəsi digər iddiaçılara məxsusdur. Cavabdehin qeyd olunan mülkdə 1/8 hissədə payı olmuşdur. 08.10.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh özünə məxsus payı İddiaçı1 satmışdır. Əmlakın dəyərini alaraq evdən köçərək getmişdir. Cavabdeh uzun müddət həmin evdə yaşasa da, evdən ona çatası hissəni satmış və onun həmin evə heç bir hüququ qalmamışdır. Cavabdeh evdən köçsə də hələ də evlərində pasport qeydiyyatındadır və müxtəlif bəhanələrlə qeydiyyatdan çıxmaq istəmir. Nəticədə əmlakları üzərində mülkiyyət hüquqlarını reallaşdıra bilmirlər. Məhkəmə iclasında iddiaçı tərəf iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan 08 oktyabr 2020-ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 70,8 kv.metr olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus hissəni )1/8 hissə, 8,85 kv.metr) İddiaçı1 satmışdır. İş materiallarında olan ********** qeydiyyat nömrəli, **********93-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Xaçmaz şəhəri X4 küçəsi dalan 1, ev 19 ünvanda yerləşən fərdi yaşayış evi 1/8 hissə, torpaq sahəsi 0,005 ha İddiaçı3, fərdi yaşayış evi 1/8 hissə, torpaq sahəsi 0,005 ha İddiaçı2, fərdi yaşayış evi 6/8 hissə, torpaq sahəsi 0,0215 ha İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 23.11.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Göründüyü kimi, yaşayış evi hazırda iddiaçıların xüsusi mülkiyyətindədir. İş materiallarından görünür ki, cavabdeh hazırda Xaçmaz şəhəri X4 küçəsi dalan 1, ev 19 ünvanında pasport qeydiyyatındadır. İşin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Məhkəmə hesab edir ki, mülkiyyətçiyə heç bir aidiyyəti olmayan şəxslərin mənzildə qeydiyyatda qalması ona öz mülkiyyətindən maneəsiz istifadə hüququnu həyata keçirməyə mane olur. Cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılması üçün isə onun mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin və əvvəlki Mənzil Məcəlləsinin tələblərinə əsasən də hesab edir ki, cavabdehlərin həmin evdə istifadə hüququ itirilmiş hesab edilməlidir. Həmçinin məhkəmə onu da qeyd edir ki, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehlərin evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Odur ki, şəxsin yaşayış sahəsində istifadə hüququnun olmadığının müəyyən edilməsi həmin maddənin göstərişinin mənasına uyğundur, şəxsin qeydiyyatdan çıxarılmasına əsas verir. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Xaçmaz şəhəri X4 küçəsi dalan 1, ev 19 ünvanında yerləşən yaşayış evindən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamə qanuni qüvvəyə mindikdən sonra “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən Cavabdeh Xaçmaz şəhəri X4 küçəsi dalan 1, ev 19 ünvanında yerləşən yaşayış evindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-1143/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1143/2021
26.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver