Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1149/2020 11.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, Ərizəçi nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi şəxsin ölmüş elan edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçi ərizəiləməhkəməyəmüraciətedərək,əri X5 ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 2017-ci il tarixdə Xaçmaz Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, əri X5 itkin düşmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-5725/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə ərizəsi təmin edilmişdir. xx.xx.2014-cü il tarixdə X8 ilə nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X10 anadan olmuşdur. Həyat yoldaşı 2014-cü ildən evdən çıxıb getmiş, bir daha geri qayıtmamışdır. Hazırkı vaxtadək ondan xəbər yoxdur. Onu aşkar edə bilmədiyindən aliment tələb edə bilməmişdir. O, ünvanlı sosial yardım almaq üçün Xaçmaz rayon X7 Mərkəzinə müraciət etmişdir, lakin oradan ona bildirilmişdir ki, həyat yoldaşı məhkəmə qaydasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan ediləcəyi təqdirdə ona ünvanlı sosial yardım təyin edilə bilər. Bunun üçün ərinin ya ölüm haqqında şəhadətnaməsi, yaxud da ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi təqdim olunmalıdır. Ona görə də, məhkəməyə müraciət etmişdir. İş üzrə Ərizəçi nümayəndəsi X2 məhkəmə iclasında ərizədə yazılanlara uyğun izahat verərək, qızı Ərizəçi uşağını saxlamaqda çətinlik çəkdiyinə görə uşağı üçün ailə başçısını itirməsinə görə pensiya təyin etdirmək istədiyini, lakin bunun üçün ərinin ölmüş elan edilməsi haqqında qətnamə tələb olunduğunu, ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etdiyini, X3 ötən müddət ərzində heç bir xəbər almadıqlarını bildirmiş, ərizə ilə bağlı məhkəməyə təqdim edəcəkləri başqa sübutlarının olmadığını göstərərək, ərizənin təmin edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs DSMF Xaçmaz rayon Şöbəsinə və Xaçmaz Rayon Qeydiyyat Şğbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx xxxx 2020-ci il tarixli məhkəmə iclasında maraqlı şəxs DSMF-nun Xaçmaz rayon şöbəsinin nümayəndəsi X6 ərizədə göstərilən tələbə etiraz edərək, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(067)-5725/2017 saylı qətnaməsi ilə Ərizəçi ərizəsi əsasında əri X5 xx.xx.2015-ci il tarixdən xəbərsiz itkin düşmüş elan edildiyini, DSMF-nun Xaçmaz rayon şöbəsinin pensiya təyin olunması məsələsinə baxdığını, vətəndaşın ölmüş elan edilməsi ilə bağlı işlərdə isə bilavasitə maraqlı şəxs kimi Qeydiyyat şöbəsinin çıxış etməli olduğunu bildirmişdir. Bundan başqa ərizəçinin ərinin ölüm faktını təsdiq edən sübutları yoxdur. Ona görə də ərizənin təmin edilməsinə etiraz edir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, məhkəmə iş materiallarını və təqdim olunmuş sübutları tədqiq etməklə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, əri X8 xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(067)- 5725/2017 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, Ərizəçi ərizəsi əsasında əri X8 xx.xx.2015-ci il tarixdən xəbərsiz itkin düşmüş elan edilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2020-ci il tarixli, 33/ 3079 saylı məktubuna əsasən X5 xx.xx.2016-cı il tarixdən hazırkı vaxtadək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Məhkəmə X5 Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(067)- 5725/2017 saylı qətnaməsinə əsasən xx.xx.2015-ci il tarixdən xəbərsiz itkin düşməsi faktının artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edildiyini, həmçinin həmin şəxsin xx.xx.2016-cı il tarixdən hazırkı vaxtadək olan müddət ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat olmadığını nəzərə alaraq, ərizənin təmin edilməli olduğunu hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.1-ci maddəsinin tələblərinə əsasən əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.2-ci maddəsinə əsasən itkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş X8 ölmüş elan edilsin. Qətnamənin qanuni qüvvəsini aldığı gün X5 ölüm günü hesab edilsin. Bu qətnamə X5 ölümü haqqında qeyd aparılması və onun adına ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədirlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-1149/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1149/2020
11.09.2020 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver