Məhkəmə qərarları › İş №2(067)-1157/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1157/2021

21.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1157/2021 21.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı evə köçürmə tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia qaldıraraq onun xx xxxxxxx 2006-ci il təvəllüdlü X4 və xx xxxxx 2010-cu il təvəllüdlü X5 oglu ilə birlikdə cavabdehlərə məxsus Xaçmaz rayonu Qaraçı kəndində yerləşən fərdi yaşayış evinə köçürülməyinə dair qətnamə qəbul edilməsni xahiş etmişlər. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə 2005-ci ildə faktiki olaraq ailə qurmuşlar və nikahları xx.xx.2010-cu il tarixdə rəsmiləşdirilmişdir. Birgə nikahdan iki uşaqları-xx xxxxxxx 2006-ci il tarixdə X4 və xx xxxxx 2010-cu il tarixdə X5 oglu anadan olmuşlar. O, bir ailə üzvü kimi cavabdehlər tərəfindən 2005-ci ildə Xaçmaz rayonu, Qaraçı kəndində yerləşən fərdi yaşayış evinə köçürülmüş və həmin vaxtdan da cavabdehlərlə birlikdə yaşamaqla təsərrüfatı aparmış, faktiki olaraq evdən istifadə etmiş və bu yaşayış sahəsi onun daimi yaşayış yeri olmuşdur. Hətta həmin fərdi yaşayış evinin həyətində yerləşən, 3 sot sahəsi olan torpaq sahəsində onlar fərdi yaşayış evinin tikintisi qərarına gəlmişlər və onun valideynləri həmin torpaq sahəsinin üç tərəfdən hasara alınması və əlavə olaraq evin tikintisi üçün kubik daşlar və sement almışlar, tikili 5 daş hündürlüyündə qaldırılmışdır və sonradan yarımçıq qalmışdır. 2020-ci ilin iyul ayında onu və uşaqlarını evdən çıxarmışlar. Qeyd olunmalıdır ki, cavabdehlə ailə qurduqdan sonra onun şəxsi həyatında dəyişiklik baş vermiş və cavabdehlər tərəfindən daimi yaşayış yeri ilə təmin edilmişdir. Onun şəxsi yaşayış yeri olmadığından müvəqqəti valideynlərinə məxsus mənzildə yaşayır və bu da onun iki uşaqla birlikdə yaşamağına çətinliklər törədir. Belə ki, valideynlərinin mənzili 3 otaqlıdır və bu mənzildə valideynləri və qardaşı ailəsi ilə birlikdə yaşayır. Qeyd olunanlardan da görünür ki, cavabdehlər tərəfindən qeyri-qanuni olaraq o, azyaşlı uşaqla birlikdə yaşayış yerindən məhrum edilmiş və onun hüquqlarını kobud şəkildə pozmuşlar. Fərdi yaşayış evinə köçürülməsini və pozulmuş hüquqlarının bərpa edilməsini xahiş edir. Ona görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, o, hazırda qaynanasının yaşadığı evdə yaşamışdır. Qaynanası onların ailə işlərinə müdaxilə etmiş, onu oğluna döydürmüşdür. Həmin evin yanında torpaq sahəsi olmuşdur. Qaynanası ondan 1 Kamaz mişar daşını onun, 1 Kamaz mişar daşını isə özünün gətirməsini, bundan sonra ev tikib orada yaşamalarını xahiş etmişdir. Bundan sonra 5 cərgə mişar daşı hündürlüyündə ev qaldırılmış, lakin tikintisi hələ bitməmişdir. Sonradan əri yoxa çıxmış, yəni xx.xx.2019-cu ildə evdən çıxaraq Almaniyaya getdiyini bildirmişdir. Amma sonradan onun Türkiyədə olduğu məlum olmuşdur. Əri Türkiyəyə gedəndən sonra onunla danışmışdır. Bundan sonra qaynanası onu dəfələrlə evdən qovmuş, sonradan digər oğlu onu evə geri qaytarsa da, qaynanası yenidən onu qovmuşdur. Sonuncu dəfə qaynanası qızına ağır küçə sözü dediyinə görə aralarında mübahisə yaranmış və o, uşaqları ilə birlikdə onu evdən qovmuşdur. Köçürülməyini istədiyi evə gəlin köçmüşdür. Həmin ev bilavasitə cavabdehlərin mülkiyyəti kimi qeydə alınmamışdır. Adı çəkilən evə gəlin köçəndə cehiz gətirməmişdir. Ona görə ki, həmin ərəfədə qaynanası ilə qaynatasının münasibətləri yaxşı olmamış, qaynatası evdə olan əmlakları yandırmışdır. Hazırda onun çarpayısı, paltaryuyanı, divan-kreslosu, televizoru gəlin köçdüyü evdədir. Həmin əmlakları onun üçün anası almışdır. Digər əmlakları kirayə qaldığı evlərdə sınmışdır. O, əri ilə məhkəmə qaydasında boşanmışdır. İddiası ilə bağlı məhkəməyə təqdim edəcəyi əlavə sübutu yoxdur. Göstərilənlərlə əlaqədar iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən iş üzrə Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı evinə cehizsiz gəlin gəlmiş, bir neçə il qalandan sonra keçən il bir köhnə taxt, 2 ədəd kreslo gətirmişdir. Həmin əşyaları iddiaçının istədiyi vaxt gəlib götürməsinə etiraz etmir. Onun adına ev yoxdur, ev oğlu Rəşadın adına alınmış torpaq sahəsində tikilmişdir.. Aybala adlı şəxs oğlu Rəşada torpaq sahəsi satmış, o, da həmin torpaq sahəsində hazırda yaşadıqları evi inşa etmişdir. İddiaçı hazırda onun yaşadığı evə gəlin gəlib, keçən ilin yay aylarında da evdən çıxıb getmişdir. Oğlu Türkiyəyə getdikdən sonra o iddiaçıya baxa bilməmiş, ona görə də iddiaçı çıxıb getmişdir. O, iddiaçının evdən dəqiq nə vaxt çıxıb getməsini bilmir. İddiaçı evdən getməzdən əvvəl də aralarında sözsöhbət olmuşdur. O, iddiaçını birinci qaynanasının evinə gəlin gətirmiş, sonra iddiaçı onların evinə gəlmişdir. İddiaçı və onun oğlu ilə bir müddət mübahisəli evdə yaşadıqdan sonra onlar kirayədə yaşamışlar, sonra yenidən gəlib mübahisəli evə yaşamış və yenə də çıxıb getmişlər. Sonuncu dəfə iddiaçı onun evində 1-2 il bundan əvvəl yaşamışdır. İddiaçı evdən getməyinə 2-3 ay qalmış köhnə taxt gətirmiş, 1 ay qalmış da paltaryuyan gətirmişdir. Televizoru kiçik oğlu iddiaçı əri ilə kirayədə yaşayanda onlara vermişdir, sonra evlərinə gətirmişlər, daha sonra o, ondan böyük diaqonallı televizor aldığına görə oğlu da öz televizorunu aparmışdır. Göstərilənlərə əsasən cavabdeh iddianın rədd olunmasını xahiş etmişdir. İş üzrə Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, o, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-879/2021 saylı qətnaməsindən müəyyən olunur ki, Cavabdeh1 ilə İddiaçı arasındakı xx.xx.2010-cu il tarixli rəsmi nikah qeydi pozulmuşdur. İş materiallarında olan xx xxxxxx 2007-ci il tarixli, AN-İ seriyalı ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, Süleymanova (Hüseynova) X2 rayonunun Qaraçı kəndində yerləşən 0,18 ha torpaq sahəsini 3000 manata X1. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 10 (on) manat dövlət rüsumu köçürülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından iddiaçının xx.xx.2010-cu il tarixdə Cavabdeh1 ilə nikaha daxil olduqdan sonra mübahisəli evə gəlin köçüb, orada yaşadığı, bir müddət evdən çıxıb əri ilə kirayədə yaşadıqdan sonra yenidən həmin evə qayıdıb evdən gedənə kimi azyaşlı uşaqları ilə birlikdə orada yaşadığı, sonradan qaynanası olan Cavabdeh2 ilə münasibətləri pozulduqdan sonra evdən çıxıb getdiyi müəyyən edilir. Hazırda mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır, lakin evin yerləşdiyi torpaq sahəsi cavabdehlərə deyil, xx xxxxxx 2007-ci il tarixli, AN-İ seriyalı ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən X3 məxsusdur. Mübahisəli evin yerləşdiyi torpaq sahəsi iddia tələbinin yönəldiyi şəxslərə, yəni cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məxsus olmadığından məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi ona cavab verməli olmayan şəxslərə qarşı yönəlmişdir. Cavabdehlərin iddiaçı qarşısında hər hansı bir öhdəliyini şərtləndirən hüquqi faktlar mövcud deyil. Hüquq münasibətləri müəyyən həyati faktların baş verməsi nəticəsində yaranır, dəyişir və ya xitam edilir. Hüquqi faktlar – hüquq münasibətlərinin yaranması, dəyişməsi və ya xitam olunmasınını hüquq normaları ilə əlaqələndirdiyi konkret həyati hallardır. Hüquqi faktlar hüquq normasının hipotezasında ifadə edilir. Müəyyən subyektin hüquq və vəzifələrinin tanınıb-tanınmaması müvafiq hüquqi faktın olub-olmamasından asılıdır. Hüquqi fakt 2 cür olur: sadə, mürəkkəb. Hüquq münasibətlərində 1 hüquqi fakt çıxış edirsə sadə, 2 və daha artıq hüquqi fakt çıxış edirsə mürəkkəb tərkib adlanır.Hüquqi faktlar subyektin fərdi iradəsi ilə əlaqəsinə görə 2 qrupa bölmək olar: Hadisələr – insanların iradəsindən asılı olmadan baş verən hallardır. 2 hissəsə bölünür: mütləq və nisbi. Hərəkətlər – elə hüquqi faktlardır ki, onların baş verməsi insanların iradəsindən, şüurundan asılıdır. Qanunçuluq nöqteyi-nəzərindən baxsaq insanların əməlləri hüquqa uyğun və hüquqa zidd hərəkətlərə bölünür. Hüquqa uyğun hərəkətlər şəxslərdə hüquq normalarında nəzərdə tutulmuş hüquq və vəzifələrin əmələ gəlməsinə səbəb olur. Bölünür: Hüquqi aktlar – insanlar tərəfindən xüsusi müəyyən hüquq münasibətlərinə daxil olmaq məqsədilə törədilən hüquqa uyğunhərəkətlərdir; Hüquqi əməllər – xüsusi olaraq hüquq münasibətlərinin yaranmasına, dəyişməsinə və xitamına yönəlməsə də bu cür nəticələrə səbəb olan hüquqa uyğun hərəkətlərdir. Hüquqazidd hərəkətlər (hüquq pozuntusu) – elə hüquqi faktlardır ki, onlar hüquq normalarının tələblərinə zidd olur. Bütün bu pozuntular cinayət və xətalara bölünür. İntizam, inzibati, mülki-hüquqi xətalar fərqləndirilir.Hüquqi faktların əlamətləri: hüquqi faktlar konkret və fərdi hallardır. Konkret subyektlər tərəfindən edilir və konkret sosial, hüquqi məzmuna malik olurlar; hüquqi tənzimetmə predmetinə daxil olan ictimai münasibətlərin vəziyyəti haqqında məlumat daşıyır; müəyyən şəkildə, zahirdə ifadə olunurlar; Düzünə (hipoteza) və dolayı (dispozisiya və sanksiya) yolla hüquq normaları ilə nəzərdə tutulmalıdırlar. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddianın əsaslı olması üçün onun ilk növbədə ona cavab verməli olan subyektə yönəldilməsi zəruridir. İddiaçı tərəfindən iddiaya cavab verməli olan subyektin düzgün seçilməməsi, iddia tələbinin əsaslılığını özü –özlüyündə istisna edən mühüm amildir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı evə köçürmə tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar