Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1172/2022 04.05.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, iddiaçı Samur-Yalama Milli Parkının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Samur-Yalama Milli Parkının Cavabdeh qarşı ərazinin boşaldılması və əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Samur-Yalama Milli Parkı Cavabdeh qarşı ərazinin boşaldılması və əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh istifadə etdiyi zəbt olunan ərazinin boşaldılaraq əvvəlki vəziyyətinə gətirilməsi və müvafiq qaydada İddiaçına təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Samur-Yalama Milli Parkının nümayəndəsi X2 iddiaya xitam verilməsinə dair ərizə təqdim edərək bildirmişdir ki, iddiadan imtina edir. Ona görə ki, mübahisəli torpaq sahəsi cavabdeh tərəfindən boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılıb. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş edir. Bu barədə ərizəni məhkəməyə təqdim edir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının iddiadan imtina etməsini və iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini nəzərə alaraq hesab edir ki, iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının 261, 262,263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Samur-Yalama Milli Parkının Cavabdeh qarşı ərazinin boşaldılması və əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətinə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1172/2022
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1172/2022
04.05.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver