Məhkəmə qərarları › İş №2(067)-1199/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1199/2021

06.05.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1199/2021 06.05.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçılar İddiaçı və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil Cavabdeh3 iştirakları ilə, İddiaçılar İddiaçı və Cavabdeh1 Cavabdeh3 qarşı mirasın qəbul edildiyi faktın müəyyən edilməsinə dair iddia ərizəsinə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçılar İddiaçı və Cavabdeh1 Cavabdeh3 qarşı mirasın qəbul edildiyi faktın müəyyən edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 mart 2013-cü il tarixdə vəfat etmiş X2 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən və həmin evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsindən onların paylarına münasibətdə mirasın iddiaçılar tərəfindən qəbul edildiyinin müəyyən edilməsi, Xaçmaz şəhəri, M.Ə.Sabir küçəsi 59 ünvanda yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsindən hər birinin ¼ hissədə payın müəyyən edilməsi və ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən və həmin evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsindən hər birinin ayrılıqda payına düşən ¼ hissəsi istifadələrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, qanuni qüvvəyə minmiş Sumqayıt Apellyasiya Məhkəməsinin 25.11.2020-ci il tarixli 2(105)-2651/2020 saylı qətnaməsindən, həmin qətnamə ilə əlaqəli Xaçmaz Rayon Məhkəməsinin 17.03.2020-ci il tarixli, 2(067)- 81/2020 saylı qətnaməsindən və iş materiallarından görünür ki, ataları X4 öldüyü məqamda ünvan 1 ünvanda yerləşən 0.04 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 62,0 kv.m yaşayış sahəsi, 164.0 kv.rn köməkçi sahəsi, 226.0 kv.m ünuni şahəsi ümumi sahəsi olan fərdi yaşayış evinə malik olub və vəfat etdiyi günədək vəsiyyətnamə qoymamışdır. Miras açıldığı gündən birinci növbəli vərəsələr – onlar (İddiaçı və Cavabdeh1), cavabdeh X5 və maraqlı şəxs Cavabdeh2, miras evində ataların yas mərasimini birgə həyata keçirmişlər, miras qoyanın əmlakını birgə idarə edərək əmlaka faktiki sahiblik etmişlər, miras qoyanın 40 (qırx) gün, o cümlədən 01 (bir) il yas mərasimi tədbirlərini həmin miras evində birgə həyata keçirərək mirası faktiki qəbul etdiklərini açıq nümayiş etdirmişlər. Həmin mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 17.03.2020-ci il tarixli, 2(067)-81/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, X2 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən və həmin evin yerləşdiyi 0.04 ha həyətyanı torpaq sahəsindən payına münasibətdə mirasın iddiaçı Cavabdeh2 tərəfindən qəbul edildiyinin müəyyən edilməsi və ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən və həmin evin yerləşdiyi 0.04 ha həyətyanı torpaq sahəsindən iddiaçı Cavabdeh2 ¼ hissədə payının müəyyən edilməsi qət edilmişdir. Həmin iş üzrə son məhkəmə aktı olan Sumqayıt Apellyasiya Məhkəməsinin 25.11.2020- ci il tarixli, 2(105)-2651/2020 saylı qətnaməsi ilə Xaçmaz Rayon Məhkəməsinin 17.03.2020-ci il tarixli, № 2(067)-81/2020 saylı qətnaməsinin - “X2 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 24,0 kv.m olan üst otağı naturada bölünməklə iddiaçı Cavabdeh2 qızma verilsin” hissəsində ləğv edilməsi və iddianın həmin hissədə təmin edilməməsi və qətnamənin “Xaçmaz Rayon Məhkəməsinin 17.03.2020-ci il tarixli, № 2(067)-81/2020 saylı qətnaməsinin - “X2 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən və həmin evin yerləşdiyi 0.04 ha həyətyanı torpaq sahəsindən payına münasibətdə mirasın iddiaçı Cavabdeh2 tərəfindən qəbul edildiyi müəyyən edilsin, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi 0.04 ha həyətyanı torpaq sahəsindən iddiaçı Cavabdeh2 ¼ hissədə payı müəyyən edilsin və ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən və həmin evin yerləşdiyi 0.04 ha həyətyanı torpaq sahəsindən iddiaçının payına düşən ¼ hissə, yaşayış evinin 24,0 kv.m olan alt otaq, həyətyanı torpaq sahəsinin isə 0,01 ha hissəsi istifadə etdiyi otaqdan giriş-çıxış qapısı açıldığı istiqamətdə naturada bölünməklə iddiaçı Cavabdeh2 istifadəsinə verilsin” hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Hazırki iş üzrə biz iddiaçılar Sumqayıt Apellyasiya Məhkəməsinin 25.11.2020- ci il tarixli, 2(105)- 2651/2020 saylı qətnaməsi ilə əlaqəli işdə iddiaçı olmasalar da və onlar tərəfindən mirasın qəbul edilməsi faktı mübahisələndirilməsədə, mirasın onlar tərəfindən qəbul edildiyi fakt təsdiq olunur. Məhkəmə qətnaməsi ilə 27 mart 2013-cü il tarixdə vəfat etmiş X2 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən və həmin evin yerləşdiyi 0.04 ha həyətyanı torpaq sahəsindən onların paylarına münasibətdə mirasın onlar tərəfindən qəbul edildiyinin müəyyən edilməsi, həmin əmlakın iddiaçıların hər birinin ¼ hissədə payı müəyyən edilməsi və istifadələrinə verilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddia ərizəsini müdafiə edib təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddia ərizəsini qəbul etməyərək, bildirmişdir ki, atası 2013-cü ildə vəfat etdikdən sonra ondan miras qalmış evdə o və digər bacısı Cavabdeh2 yaşayır. Mirası faktiki olaraq onlar ikisi qəbul ediblər. Buna baxmayaraq, Abasova Pərvanə Əsədulla qızı 2019-cu ildə ona qarşı oxşar məzmunlu iddia tələbi ilə məhkəməyə müraciət edərək, mirasdan payın müəyyən edilməsini və naturada bölünməsini xahiş etmişdir və iddiası təmin olunmuşdur. Hal-hazırki iddiaçılar isə, yəni İddiaçı və Cavabdeh1 həmin məhkəmə proseslərində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə qoşularaq, müvafiq ifadələr vermişlər. Həmin ifadələrə əsasən hazırki, iddiaçılar mərhum atalarından qalan miras əmlaka dair hər hansı bir tələb irəli sürməmişlər. İndi isə, iddiaçılar qanunla mirasın qəbul edilməsi ilə bağlı müəyyən edilmiş müvafiq müddəti ötürmüşlər. Bundan əlavə, məhkəmə qətnamələrində də qeyd edilib ki, mirasi faktiki olaraq o və bacısı Pərvanə qəbul etmişdir. Qardaşı Cavabdeh1 ümumiyyətlə miras qalan evdən hələ ataları sağ ikən çıxmış və hal hazırda başqa ünvanda yaşayır, bunu Samir özü əvvəlki məhkəmə prosesində də təsdiq etmişdir, bacısı Kəmalə isə ataları vəfat edən zaman evli idi və ayrı yaşayırdı, atalarının vəfatından bir neçə il sonra isə ayrılıb, ondan xahiş etmişdir ki, miras qalmış evdə yaşamaq üçün ona şərait yaratsın. O, bacısına etiraz etməyib, evin bir hissəsini ayırıb bacısına vermiş və bacısı Kəmalə də hal-hazırda qeyd olunan evdə yaşayır. İddianın rədd olunmasını xahiş etmişdir. Maraqlı şəxs Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sübutları araşdırıb, hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, iş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)- 2651/2020 saylı 25.11.2020-ci il tarixli qanuni qüvvəsini almış qətnamənin nəticə hissəsindən görünür ki, X3 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsindən payına münasibətdə mirasın iddiaçı Cavabdeh2 tərəfindən qəbul edildiyi müəyyən edilmiş, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsindən iddiaçı Cavabdeh2 ¼ hissədə payı müəyyən edilmiş və M.Ə.Sabir küçəsi 59 saylı ünvanda yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsindən iddiaçının payına düşən ¼ hissə, yaşayış evinin 24.0 kv.m olan alt otaq, həyətyanı torpaq sahəsinin isə 0,01 ha hissəsi istifadə etdiyi otaqdan giriş-çıxış qapısı açdığı istiqamətdə naturada bölünməklə iddiaçı Cavabdeh2 istifadəsinə verilmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 2(067)-81/2020 saylı 17.03.2020-ci il tarixli qanuni qüvvəsini almış qətnamənin əsaslandırıcı hissəsindən görünür ki, məhkəmə iclasında dindirilən müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı izahatında bildirmişdir ki, o da ünvan 4 ünvanında yaşayır. Bacısı Cavabdeh2 ataları X1 ikən və vəfat etdikdən sonra miras qalmış Xaçmaz şəhəri, M.Ə. Sabir küçəsi 59 saylı evdə yaşayır, evin və həyətyanı torpaq sahəsinin bir hissəsi Pərvanənin istifadəsindədir. İş üzrə qanuni qərar qəbul olunmasını xahiş etmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 2(067)-81/2020 saylı 17.03.2020-ci il tarixli qətnamənin əsaslandırıcı hissəsindən görünür ki, məhkəmə iclasında dindirilən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh1 izahatında bildirmişdir ki, atasının ölümündən sonra ev və torpaq sahəsi miras qalmışdır. Atanın vəfatından sonra həmin evdə hazırda bacısı Cavabdeh2, qardaşı Cavabdeh3 və digər bacısı İddiaçı yaşayırlar. O isə, həmin miras evdən çıxmış və hazırda başqa ünvanda yaşayır. Həmin əmlakdan payların qanuna müvafiq qaydada ayrılmasına heç bir etirazı olmamışdır. Göründüyü kimi, hazırki mülki iş üzrə iddiaçılar Cavabdeh1 və İddiaçı atalarından miras qalmış torpaq sahəsinə və fərdi yaşayış evində dair digər məhkəmə prosesində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində çıxış etmişlər və qanuni qərarın qəbul edilməsini məhkəmədən xahiş etməmişlər. Və bununla da, qanuni qüvvəsini almış məhkəmə qətnamələrindən görünür ki, X2 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlak faktiki olaraq Cavabdeh2 və Cavabdeh3 tərəfindən qəbul olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Qeyd olunan Məcəllənin 1243.2-ci maddəsinin mənasına görə, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır Mülki Məcəllənin 1246-ci maddəsinə əsasan vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1- ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) busübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı və Cavabdeh1 Cavabdeh3 qarşı mirasın qəbul edildiyi faktın müəyyən edilməsinə dair iddia tələbləri rədd edilsin. İddia ərizəsi verilərkən iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar