Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1292/2021 17.06.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin ölmüş elan edilməsinə dair ərizəsi üzrə mülki işə 17 iyun 2021-ci ildə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək 07.01.1972-ci ildə Xaçmaz şəhərində doğulmuş və Xaçmaz rayon məhkəməsinin 25.06.1997-ci il tarixli 2-248/1997 nömrəli qətnaməsi ilə itkin düşmüş hesab edilmiş X3 ölmüş elan edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, qardaşı X6 14 may 1995-ci ildə Rusiyanın Tula şəhərinə getmiş və bir daha geri qayıtmamışdır. Həmin vaxt axtarışların heç bir nəticəsi olmamış, qardaşı tapılmamışdır. Xaçmaz rayon məhkəməsinin 25.06.1997-ci il tarixli qətnaməsi ilə qardaşı X6 xəbərsiz itkin düşmüş hesab edilmişdir. Ötən 23 il ərzində də qardaşından heç bir soraq ala bilməmişlər. Məhkəmə iclasında ərizəçi ərizədə yazılanları müdafiə edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə nümayəndənin gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, ərizəçi ilə qonşudur. Ərizəçinin qardaşı Ədalət onun sinif yoldaşı olub. Ədalət 1995-ci ildə Rusiyaya gedib və orada itkin düşüb. Həmin vaxtdan hazıra kimi Ədalətdən heç bir məlumat yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, ərizəsi ilə qonşudur. Ərizəçinin qardaşı Ədaləti tanımışdır. 1995-ci ildə Ədalət Rusiyaya getmiş və bir daha geri qayıtmamışdır. 1995-ci ildən sonra Ədaləti görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 şahid Qabil Xalidşahovun ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan Qeydiyyat şöbəsinin arayışından müəyyən olunur ki, X6 barəsində qeydiyyat şöbəsində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 7.01.1972-ci ildə anadan olmuşdur. X1, anası X5 qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1955-ci ildə anadan olmuşdur. X1, anası X5 qeyd edilmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 25.06.1997-ci il tarixli 2- 248/1997 nömrəli qətnaməsinin əslindən müəyyən olunur ki, 07.01.1972-ci ildə Xaçmaz şəhərində doğulmuş X6 xəbərsiz itkin düşmüş hesab edilmişdir. İş materiallarında olan Maraqlı şəxs ərizəçiyə ünvanladığı 28.04.2021-ci il tarixli məktubundan görünür ki, X6 barəsində Maraqlı şəxsndə ölümü qeydə alınıb-alınmaması yoxlanılmışdır. Həmin şəxs barəsində Azərbaycan Respublikası ümumrespublika elektron məlumatınan yoxlama aparılmışdır, ölüm akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Xaçmaz şəhər İƏD üzrə nümayəndəsinin 24.05.2021-ci il tarixli aktından müəyyən olunur ki, Xaçmaz rayon məhkəməsinin 25.06.1997-ci il tarixli qətnaməsinə əsasən xəbərsiz itkin düşmüş hesab edilmiş X6 həqiqətən də İsmət Rəsulov küçəsi 42 saylı ünvanda yaşamır. Məhkəmə sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.1-ci maddəsinə əsasən əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görüüməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.1-ci maddəsinə əsasən xəbərsiz itkin düşmüş fiziki şəxsin qanuni əmlakının daimi idarə edilməsi zərurəti yarandıqda, əgər onun qanuni vərəsələri yoxdursa, məhkəmənin qərarı ilə bu əmlak qəyyumluq və himayəçilik orqanı tərəfindən müəyyənləşdirilən və həmin orqanla bağlanan etibarnamə ilə idarəetmə müqaviləsi əsasında fəaliyyət göstərən şəxsə verilir. Xəbərsiz itkin düşmüş şəxsin əmlakının idarəçisi itkin düşmüş şəxsin əmlakı hesabına onun borclarını ödəyir, əmlakı həmin şəxsin xeyrinə idarə edir, xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verir. Əgər idarəçinin təyin edildiyi gündən üç il keçənədək şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında məhkəmə qərarı ləğv edilməzsə və şəxsin ölmüş sayılması haqqında məhkəməyə müraciət edilməzsə, qəyyumluq və himayəçilik orqanı fiziki şəxsin ölmüş sayılması haqqında ərizə ilə məhkəməyə müraciət etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə görə şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinin tələblərinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə hesab edir ki, X6 barəsində uzun müddət ərzində məlumat olmadığından onun ölmüş elan edilməsi hüquqi əhəmiyyətli olduğundan bu məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 07.01.1972-ci ildə Xaçmaz şəhərində anadan olmuş X6 ölmüş elan edilsin. Qətnamənin qanuni qüvvəyə mindiyi gün X3 ölüm günü sayılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Ölmüş elan edilmiş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun ölmüş elan edilməsi barədə qərarı ləğv edir. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-1292/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1292/2021
17.06.2021 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver