Məhkəmə qərarları › İş №2(067)-1292/2025

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1292/2025

26.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1292/2025 26.02.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Bayramov Samir Zakir oğlu, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şəhid övladı X2 ilə cavabdeh arasında Xaçmaz rayonu Dədəli İƏV-də xx.xx.1994-cü il tarixdə bağlanmış 0002 saylı nikah qeydinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1237/2023 saylı, xx.xx.2023-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı qıznın Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bundan başqa, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-803/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı qıznın Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilmişdir. Göründüyü kimi, məhkəməyə xx.xx.2025-ci il tarixində daxil olmuş hazırki iddia ərizəsində göstərilən tələb üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Məhkəmə belə nəticəyə gəlir ki, əvvəllər eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmə mübahisəsi olmuş və məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Bu isə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Məhkəmə hesab edir ki, məhkəmə qərardadı ilə iddia ərizəsini qəbul etməkdən imtina edildiyindən həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırıla bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152.2-152.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh X1 qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar