Məhkəmə qərarları › İş №2(067)-1299/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1299/2024

10.09.2024 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1299/2024 10.09.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi və ərizəçilər Ərizəçi1 və Ərizəçi2 qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 qanuni nümayəndəsi Qanuni nümayəndə şəxsin ölmüş elan edilməsinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 qanuni nümayəndəsi Qanuni nümayəndə ərizə ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, qızı X3 həyat yoldaşı X7 2015-ci ildə döyüş şəraitində ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 qanuni nümayəndəsi Qanuni nümayəndə ərizəsini onunla əsaslandırmışdır ki, kürəkəni X11 xx.xx.1979-cu ildə Tərtər rayonunun Qarağacı kəndində anadan olaraq, orada yaşamışdır. Daha sonra onun X17 ilə 2014-cü ildə Türkiyə vasitəsi ilə İraqa qeyri-qanuni olaraq daxil olmuş, İŞİD terror qruplaşması onu qarşılamış, Suriyadan qaçaq yolla İraqa gəlmiş, Suriyada olarkən İŞİD terror təşkilatına sədaqət andı içmiş və 2014-cü ildən təşkilatın cinayət işlərində iştirak etmiş, döyüşlərdə yaralanmış, daha sonra sağalaraq ikinci dəfə döyüşlərə qatılmış, İraqa qeyri-qanuni yolla daxil olaraq Talafarda məskunlaşmışdır. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə xx.xx.2023-cü il tarixdə göndərdiyi müraciətə cavab olaraq qızı X3 barəsində İraqın məhkəmə orqanının qərarının surəti ona verilmiş, həmin qərardan məlum olmuşdur ki, X1 İqar qüvvələri və İŞİD arasında olan Talafarın azad edilməsi əməliyyatında öldürülmüşdür. Ölüm haqqında şəhadətnaməni almaq üçün ərizə ilə Maraqlı şəxsnə müraciət etmiş, oradan aldığı cavab məktubunda göstərilir ki, ölüm faktını tibbi müəssisənin müvafiq sənədi ilə, həmin sənəd olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Qızının onunla telefon danışıqlarında dediklərindən və onun ərə gedərək üçüncü övladını dünyaya gətirməyindən hesab edir ki, X11 2015-ci ildə döyüş şəraitində, döyüş vaxtı öldürülmüşdür. Ərizəçi1 və Ərizəçi2 atası X11, anası isə X4r. O, Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli sərəncamına əsasən Ərizəçi1 və Ərizəçi2 qəyyumu təyin edilmişdir. X7 ölüm haqqında şəhadətnaməsi olmadığı üçün o, uşaqların bir çox hüquqlarını həyata keçirə, onlara təyin olunan ödənişləri əldə edə, qəyyum kimi uşaqlara baxmağa görə dövlət ödənişlərini ala bilmir. İş üzrə ərizəçilər Ərizəçi1 və Ərizəçi2 qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında ərizəsində yazılanlara uyğun izahat vermiş, əlavə olaraq izahatında göstərmişdir ki, X17 hazırda İraqda əsirlikdədir. Onun əri X18 qüvvələri və İŞİD arasında olan əməliyyatlarda öldürülmüşdür. Uşaqların ikisini 2018-ci ildə Azərbaycana gətirtmişlər. X17 əri öləndən sonra İraqda ikinci dəfə ailə qurub və həmin ərindən bir uşağı da var. Qızının 4 uşağı olmuşdur. Uşaqlardan biri atası ilə birgə ölmüşdür. Digər 3 uşağı isə onlar ölkəyə gətirtmişlər. O, nəvələrinin atası X7 ölüm haqqında şəhadətnaməsini almaq istəyir. İş üzrə maraqlı şəxs DSMF Xaçmaz rayon Şöbəsinə və Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını və təqdim olunmuş sübutları tədqiq etməklə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZ-İ seriyalı 145083 saylı doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, Ərizəçi1 xx.xx.2010-cu ildə doğulmuşdur. Onun atası X11, anası isə X5r. AZ-T seriyalı 132522 saylı doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, Ərizəçi2 xx.xx.2012-ci ildə doğulmuşdur. Onun atası X11, anası isə X5r. AZ-İV seriyalı 732829 saylı doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X9 xx.xx.2017-ci ildə doğulmuşdur. Onun atası Sadıqov Gökhan, anası isə X5r. Şəxsiyyət vəsiqələrinin surətlərindən müəyyən olunur ki, Ərizəçi1 xx.xx.2010-cu ildə, Ərizəçi2 isə xx.xx.2012-ci ildə doğulmuşlar. Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 37 saylı sərəncamından müəyyən olunur ki, Ərizəçi1 və Ərizəçi2 nənəsi Qanuni nümayəndə onların qəyyumu təyin edilmişdir. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 103 saylı məktubundan müəyyən olunur ki, xx.xx.1979-xx.xx.2024-cü illər üzrə X7 ölümünün qeydə alınması Ümumrespublika elektron məlumatlar yoxlanılmış və onun ölüm qeydi aşkar edilməmişdir. Ərizəçiyə ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İraq Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X7 İŞİD terror təşkilatının üzvü olması, Azərbaycan Respublikası ərazisindən Türkiyə Respublikası ərazisinə keçməsi, ardınca Suriya Ərəb Respublikası, daha sonra isə İraqın Neynava vilayətinin (Mosul) daxil olması və 2016-cı ildə öldürüldüyü barədə məlumat diqqətə çatdırılır. Nazirlik eyni zamanda bildirir ki, X8 hazırda İraqın Rusafa həbsxanasında cəza çəkir. İraq Respublikası Ali Məhkəmə Şurasının Bağdad Apelyasiya Məhkəməsi/X19 İttihadiyyə, Mərkəzi Cinayət Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmündən müəyyən olunur ki, X8 2005-ci il tarixli 13 saylı X6 4/1 maddəsinin müddəalarına və 1/3 maddəsinə uyğun olaraq asılaraq edama məhkum edilmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, X7 xx.xx.2014-cü il tarixdən xx.xx.2024-cü il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında xx.xx.2014-cü il tarixdə çıxış qeydə alınmışdır. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, X2 və İraq ərazisində fəaliyyət göstərmiş qanunsuz silahlı birləşmələrin iştirakçısı kimi məlumdur. O, xx.xx.2014-cü il tarixdə ölkə ərazisini tərk etmiş və bu günədək geri qayıtmamışdır. X7 Suriya və İraqdakı münaqişə bölgələrində hərbi əməliyyatlar zamanı öldürülməsi istisna edilmir. Lakin onun ölüm faktını təsdiqləyən rəsmi məlumatlar daxil olmamışdır. X7 Türkiyədən xaricə rəsmi yolla səfərinə dair məlumatlar əldə edilməmişdir və bununla əlaqədar onun həmin ölkə ərazisindən qeyrileqal yollarla Suriyaya getdiyi ehtimal edilir. X7 həyat yoldaşı X8 isə rəsmi məlumatlara əsasən hazırda İraq Respublikasının Bağdad şəhərində yerləşən “Rusafa-6” həbsxanasında cəza çəkir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 41.1.-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.2.-ci maddəsinə əsasən hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən altı aydan tez olmayaraq ölmüş elan edə bilər. 41.3.-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. 41.4.-cü maddəsinə əsasən Bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Məhkəmə iş üzrə araşdırılmış sənədlərə məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən X7 Suriya və İraq ərazisində fəaliyyət göstərmiş qanunsuz silahlı birləşmələrdə iştirak etmək üçün xx.xx.2014-cü il tarixdə ölkə ərazisini tərk etməsi və bu günədək geri qayıtmaması, onun Suriya və İraqdakı münaqişə bölgələrində hərbi əməliyyatlar zamanı öldürülməsi istisna edilmədiyindən, həmçinin İraq Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən X7 İŞİD terror təşkilatının üzvü olması, Azərbaycan Respublikası ərazisindən Türkiyə Respublikası ərazisinə keçməsi, ardınca Suriya Ərəb Respublikası, daha sonra isə İraqın Neynava vilayətinin (Mosul) daxil olması və 2016-cı ildə öldürülməsi təsdiqini tapdığından, xx.xx.1979-cu ildə Tərtər rayonunun Qarağacı kəndində anadan olmuş X11 2016-cı ildə döyüş şəraitində ölmüş elan edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1979-cu ildə Tərtər rayonunun Qarağacı kəndində anadan olmuş X11 2016-cı ildə döyüş şəraitində ölmüş elan edilsin. Bu qətnamə X7 ölümü haqqında qeyd aparılması və onun adına ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar