Məhkəmə qərarları › İş №2(067)-1304/2024

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1304/2024

07.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1304/2024 07.03.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızı, İddiaçı Cavabdehnə qarşı nikahın etibarsız sayılması tələbinə dair iddia ərizəsinə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı nikahın etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini araşdıraraq müəyyən etdi ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə uyğun olmadığından geri qaytarılmalıdır. Həmçinin iddia ərizəsinin araşdırılması zamanı müəyyən olunmuşdur ki, Xaçmaz rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(067)-1523/2011 saylı qərardadına əsasən İddiaçı Şəfiyeva (Nemətova) Aycamal İbrahimpaşa qızına qarşı nikah aktının etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilmişdir Beləliklə iş materialları ilə müəyyən olunur ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və qərardadı mövcuddur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.2.-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149 , 153 və 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdehnə qarşı nikahın etibarsız sayılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar