Məhkəmə qərarları › İş №2(067)-1306/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1306/2021

08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1306/2021 08.09.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi İzzətli Anat İzzət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı istehsalatda baş vermiş bədbəxt hadisəyə görə ödəniş tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" ASC-dən onun xeyrinə 01 mart 2020-ci il tarixdən 12 aprel 2021-ci il tarixədək olan dövr üçün 14 ayın hər aya görə 225 manat olmaqla cəmi 3150 manat ödənc pulun alınıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra, iddiaçı iddiasının dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək cavabdeh tərəfindən 31 avqust 2021-ci il tarixədək olan dövr üçün 4050 manat pulun 1200 manatı ödəməsini nəzərə alaraq, 2850 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz rayon məhkəməsinin 2(067)-596/2012 saylı 06 iyun 2012-ci il tarixli qətnaməsi ilə (hakim R.E.Xəlilov) eyni məzmunlu iddia tələbi təmin olunaraq cavabdehdən onun xeyrinə 2020-ci ilin mart ayının 1-dən qətnamə çıxarılan gününədək yəni 12 aprel 2021-ci il tarixədək olan dövr üçün, yəni 14 ay müddəti üçün ayda 225 manat olmaqla cəmi olaraq 3762 manat məbləğində pulun alınaraq verilməsi qət edilmişdir. Həmin məbləğdən cavabdeh tərəfindən bir hissəsi ona ödənilmiş qalan pulu cavabdeh bu vaxta kimi ödəməmişdir. 31 avqust 2021-ci il tarixədək olan dövr üçün 4050 manat pulun 1200 manatı ödəməsini nəzərə alaraq 2850 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. İddia tələbinin hüquqi əsasları Xaçmaz rayon məhkəməsinin 06 iyun 2012-ci il tarixli qətnaməsində əks olunduğundan, təkrarən onların hazırki iddia ərizəmdə göstərilməsinə zərurət görmür. İddiasının təmin olunmasını xahiş edir. Cavabdehin nümayəndəsi X1 məhkəmənin ünvanına teleqram göndərərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini xəbər verməklə, iddiaçıya 1200 manat pulun ödənilməsini və sentyabr ayının sonunadək əlavə ödəniş olunacağını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 2(067)-596/2012-ci il tarixli qətnaməsindən görünür ki, "xxxx" ASC-dən 06 may 2011-ci il tarixdən 06 iyun 2012ci il tarixədək olan dövr üçün hər aya görə 99 manat olmaqla, cəmi 1287 manat ödənc pulu alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 06 may 2011-ci il tarixli qətnaməsindən görünür ki, "xxxx" ASC-dən ödənilməmiş ödəncin məbləği kimi 3762 manat məbləğində pul alınaraq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı istehsalatda baş vermiş bədbəxt hadisəyə görə ödəniş tələbinə dair mülki işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. Lakin, onların arasında olan münasibətlər davamlı xarakter daşıdığından, iddiaçı yenidən məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. İş materiallarında olan teleqramdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya 1200 manat pulun ödənilmiş və sentyabr ayının sonunadək əlavə ödəniş olunacağını bildirilmişdir. Bununla da, müəyyən olunur ki, cavabdeh iddiaçının tələbini qəbul edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş göstərməli və i.a ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 31 avqust 2021-ci il tarixədək olan dövr üçün ödənilməmiş 2850 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar