Məhkəmə qərarları › İş №2(067)-1310/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1310/2021

18.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1310/2021 18.05.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X14, Ərizəçi iştirakları ilə Ərizəçi «Şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y ƏN E T D İ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 20 dekabr 1998-ci ildə vəfat etmiş X9 və 14 aprel 2002-ci ildə vəfat etmiş X10 ilə aralarında qohumluq münasibətləri, yəni X4 doğma anası və X5 isə doğma atası olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxs Xaçmaz rayon 1 saylı Notariat ofisinin səlahiyyətli nümayəndəsi iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxs Xaçmaz rayon 1 saylı Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilən Ərizəçi ərizəsini müdafiə edərək göstərdi ki, o, xx xxxxxx 1961-ci ildə Xaçmaz rayonunun 3-cü Yalama kəndində anadan olmuşdur. Xaçmaz rayonunun Şimali kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Onun valideynləri- atası X10, anası isə X9 olmuşlar. X1 20 dekabr 1998-ci ildə, atası X10 isə 14 aprel 2002-ci ildə vəfat etmişlər. Valideynlərinin vəfatından sonra onlardan miras qalmış əmlakların vərəsəlik qaydasında adına rəsmiləşdirilməsi ilə bağlı Xaçmaz rayon 1 saylı Notariat ofisinə müraciət etmişdir. Orada təqdim etdiyi sənədlərə baxılarkən onun doğum haqqında şəhadətnaməsində ata qrafasında mərhum atasının şəxsiyyəti «X10» olduğu halda «X11», mərhum anasının şəxsiyyəti «X9» olduğu halda «X12» kimi yazılması sənədlərdə uyğunsuzluğa səbəb olmuş və bu səbəbdən vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün olmamışdır. Notarius tərəfindən ona izah edilmişdir ki, hazırki vəziyyətdə onunla mərhum valideynlərinin qohumluq dərəcələrinin müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməlidir. Yalnız bundan sonra vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olacaqdır. Baş vermiş uyğunsuzluğu digər qaydada aradan qaldıra bilmədiyindən hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən ərizəsinin təmin edilməsini, 20 dekabr 1998-ci ildə vəfat etmiş X9 və 14 aprel 2002-ci ildə vəfat etmiş X10 ilə aralarında qohumluq münasibətləri, yəni X4 doğma anası və X5 isə doğma atası olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 göstərdi ki, Ərizəçi uzun müddətdir ki, tanıyır, həmkəndlisi olmaqla həm də onunla qonşuluqda yaşayır. Ərizəçinin valideynləriatası X10, anası isə X9 olmuşlar. X1 1998-ci ildə, atası X10 isə 2002-ci ildə vəfat etmişlər. Valideynlərinin vəfatından sonra ərizəçi onlardan miras qalmış əmlakların vərəsəlik qaydasında adına rəsmiləşdirilməsi ilə bağlı Xaçmaz rayon 1 saylı Notariat ofisinə müraciət etmişdir. Orada təqdim etdiyi sənədlərə baxılarkən ərizəçinin doğum haqqında şəhadətnaməsində ata qrafasında mərhum atasının şəxsiyyəti «X10» olduğu halda «X11», mərhum anasının şəxsiyyəti «X9» olduğu halda «X12» kimi yazılması sənədlərdə uyğunsuzluğa səbəb olmuş və bu səbəbdən vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün olmamışdır. Notarius tərəfindən ona izah edilmişdir ki, hazırki vəziyyətdə onunla mərhum valideynlərinin qohumluq dərəcələrinin müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməlidir. Yalnız bundan sonra vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olacaqdır. Baş vermiş uyğunsuzluğu digər qaydada aradan qaldıra bilmədiyindən Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən ərizəçinin digər həmkəndlisi X8 şahid X2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Mülki işə əlavə edilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Xaçmaz rayonunun Şimali kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Nabran kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 25 fevral 2021-ci il tarixli, 78 saylı arayışdan görünür ki, Ərizəçi Xaçmaz rayonunun Şimali kəndində yaşayır. Mülki işə əlavə edilmiş 23 fevral 2010-cu il tarixli, AZ-İİİ seriyalı, 410761 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx xxxxxx 1961-ci ildə Xaçmaz rayonunun 3-cü Yalama kəndində anadan olmuş, həmin doğum haqqında şəhadətnamədə ərizəçinin atası kimi «X11», anası kimi «X12» yazılmışdır. Mülki işə əlavə olunmuş 21 yanvar 1999-cu il tarixli, V-CQ seriyalı, 316245 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin X1 20 dekabr 1998-ci ildə vəfat etmişdir. Mülki işə əlavə olunmuş 23 iyul 2002-ci il tarixli, AZ seriyalı, 150029 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin atası X13 14 aprel 2002-ci ildə vəfat etmişdir. Mülki işə əlavə edilmiş Xaçmaz rayon 1 saylı Notariat ofisinin notriusunun Ərizəçi oğluna ünvanladığı 30 mart 2021-ci il tarixli, 212 nömrəli məktubdan görünür ki, Ərizəçi 20 dekabr 1998-ci ildə vəfat etmiş X1 və 14 aprel 2002-ci ildə vəfat etmiş atası X3 miras qalmış Xaçmaz rayonunun Şimali kəndi ərazisində yerləşən əmlaklara dair vərəsəliyin qəbul edilməsi və adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Xaçmaz rayon 1 saylı Notairat ofisinin notariusuna müraciət etmişdir. Təqdim etdiyi sənədlər nəzərdən keçirilərkən sənədlərdə uyğunsuzluğun olması müəyyən edildiyindən vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün olmamış, notarius tərəfindən ərizəçiyə qohumluq münasibətlərinin müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin izahatı, şahidlərin ifadələri və iş materialları ilə müəyyən edilmişdir ki, Ərizəçi xx xxxxxx 1961-ci ildə Xaçmaz rayonunun 3-cü Yalama kəndində anadan olmuşdur. Xaçmaz rayonunun Şimali kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Ərizəçinin valideynləri- atası X10, anası isə X9 olmuşlar. Ərizəçinin X1 1998-ci ildə, atası X10 isə 2002-ci ildə vəfat etmişlər. Valideynlərinin vəfatından sonra ərizəçi onlardan miras qalmış əmlakların vərəsəlik qaydasında adına rəsmiləşdirilməsi ilə bağlı Xaçmaz rayon 1 saylı Notariat ofisinə müraciət etmişdir. Orada təqdim etdiyi sənədlərə baxılarkən ərizəçinin doğum haqqında şəhadətnaməsində ata qrafasında mərhum atasının şəxsiyyəti «X10» olduğu halda «X11», mərhum anasının şəxsiyyəti «X9» olduğu halda «X12» kimi yazılması sənədlərdə uyğunsuzluğa səbəb olmuş və bu səbəbdən vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün olmamışdır. Notarius tərəfindən ona izah edilmişdir ki, hazırki vəziyyətdə onunla mərhum valideynlərinin qohumluq dərəcələrinin müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməlidir. Yalnız bundan sonra vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olacaqdır. Baş vermiş uyğunsuzluğu digər qaydada aradan qaldıra bilmədiyindən Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə tədqiqatı zamanı 20 dekabr 1998-ci ildə vəfat etmiş X9 və 14 aprel 2002ci ildə vəfat etmiş X10 ilə Ərizəçi arasında qohumluq münasibətləri, yəni 20 dekabr 1998ci ildə vəfat etmiş X4 ərizəçinin doğma anası və 14 aprel 2002-ci ildə vəfat etmiş X6 isə ərizəçinin doğma atası olması hüquqi faktı tamamilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən də şəxslərin qohumluq münasibətləri faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçi qohumluq faktının müəyyən olunmasını təsdiq edən sənədləri başqa qaydada əldə edə bilməmişdir. Bu isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən olunması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Bütün yuxarda şərh edilib göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 20 dekabr 1998-ci ildə vəfat etmiş X9 və 14 aprel 2002-ci ildə vəfat etmiş X10 ilə Ərizəçi arasında qohumluq münasibətləri, yəni X4 ərizəçinin doğma anası və X6 isə ərizəçinin doğma atası olması məhkəmə tədqiqatı zamanı öz təsdiqini tapdığından qeyd edilən hüquqi əhəmiyyətli fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307-311, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. 20 dekabr 1998-ci ildə vəfat etmiş X9 və 14 aprel 2002-ci ildə vəfat etmiş X10 ilə Ərizəçi arasında qohumluq münasibətləri, yəni X4 Ərizəçi doğma anası və X5 isə ərizəçinin doğma atası olması hüquqi faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev. Düzdür: HAKİM XİDİR QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar