Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-132/2025 06.10.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Xaçmaz şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə N.Nərimanov küçəsinin kəsişdiyi yerdə “Uşaq Aləmi” mağazasının yan tərəfində yerləşən torpaq sahəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən özbaşına inşa edilmiş tikililərin onların öz hesablarına sökülərək torpaq sahəsinin boşaldılaraq istifadəsinə qaytarılması, habelə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdeh tərəfdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1971 -ci ildə nikahlarını Xaçmaz rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirməklə X11 ailə həyatı qurmuşlar. Həyat yoldaşı X18 19 dekabr 2023-cü il tarixdə vəfat etmişdir. Xaçmaz rayon 1 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 683 saylı arayışında göstərilir ki, İddiaçı xx.xx.2023-cii il tarixdə vəfat etmiş X5 üzrə vərəsələri sırasına daxildir. Xaçmaz şəhər Keçmiş ZDS-nin xx.xx.1967-ci il tarixli, 03 nömrəli qərarı ilə Xaçmaz şəhərinin indiki M.Ə.Rəsulzadə küçəsi ilə N.Nərimanov küçəsinin kəsişdiyi yerdə “Uşaq aləmi” mağazasının yan tərəfində televizorların təmiri üçün köşkün quraşdırılmasına mərhum həyat yoldaşı X16 icazə verilmiş, eskiz layihəsi hazırlanaraq verilmişdir. Quraşdırılmış köşk 1999-cu ildə yararsız hala düşdüyü üçün köşk oradan götürülmüş və Xaçmaz rayon İHB-nin xx.xx.1999-cu il tarixli, 289 saylı sərəncamı ilə yerində mişar daşından milli üsluba uyğun tikinti aparılmasına icazə verilmişdir. Göstərilən ərazidə tikinti işləri aparılarkən “Uşaq aləmi” mağazasının müdiri cavabdeh Süleyman Səfıxanov buna imkan verməmişdir. Bu səbəbdən də həyat yoldaşı X18 Xaçmaz rayon məhkəməsində torpaq sahəsindən hüququnun bərpa edilməsi barədə iddia qaldırmışdır. Xaçmaz rayon məhkəməsinin xx.xx.1999-cu il tarixli, 2-398 saylı qətnaməsi ilə iddiası təmin olunaraq torpaq sahəsindən istifadə hüququ bərpa olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin xx.xx.2000- ci il tarixli qərarı ilə Xaçmaz rayon məhkəməsinin xx.xx.1999-cu il tarixli, 2-398 saylı qətnaməsi qüvvədə saxlanılmışdır. Göstərilən hallar məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən həmin halların yenidən sübut edilməsinə ehtiyac yoxdur. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün Xaçmaz rayon İcra Şöbəsinə göndərilmişdir. Xaçmaz şəhər Keçmiş ZDS-nin xx.xx.1967-ci il tarixli, 03 nömrəli qərarı ilə Xaçmaz şəhərinin indiki M.Ə.Rəsulzadə küçəsi ilə N.Nərimanov küçəsinin kəsişdiyi yerdə “Uşaq aləmi” mağazasının yan tərəfində 1967-ci ildə ayrılmış torpaq sahəsində Xaçmaz rayon İHB-nin xx.xx.1999-cu il tarixli, 289 saylı sərəncamı ilə tikinti işlərinin aparılmasına icazə verilməsinə baxmayaraq bir müddət müvəqqəti olaraq İsrail Dövlətində olduqları zaman Xaçmaz rayon İcra Şöbəsi məhkəmə qətnaməsini icra etməmiş, həmin ərazidə cavabdeh tərəfindən tikinti işləri aparılmışdır. Həyat yoldaşı X1yıtdıqdan sonra qətnamənin icra olunması üçün aidiyyatı üzrə müraciət etmişdir. Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən ünvanına daxil olmuş xx.xx.2023-cü il tarixli, 241298/2023 saylı məktub və ona əlavə olunmuş həmin tarixli icrası mümkün olmayan icra sənədinin məhkəməyə qaytarılması haqqında icra məmurunun qəbul etdiyi qərarda göstərilir ki, Xaçmaz rayon məhkəməsi tərəfindən verilmiş 2(067)-238/1999 saylı, xx.xx.1999-cu il tarixli icra sənədinə əsasən İcra sənədi üzrə X13 məxsus radio-televiziya təmiri üçün köşkün öz əvvəlki yerinə Xaçmaz şəhərinin M.Ə.Rəsulzadə küçəsi ilə N.Nərimanov küçəsinin kəsişdiyi yerdə “Uşaq Aləmi” mağazasının yan tərəfdə qoyulması təmin edilməli və həmin sahədən onun istifadə hüququ bərpa edilməlidir. Belə ki, qeyd olunan icra sənədi üzrə Xaçmaz şəhərinin M.Ə.Rəsulzadə küçəsi ilə N.Nərimanov küçəsinin kəsişdiyi yerə gedilmiş və məlum olmuşdur ki, hazırda köşkün yerləşdiriləcəyi yerdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 70a/53 p saylı mənzildə yaşayan Cavabdeh2 məxsus olan 2 mərtəbəli mağaza inşa edilmişdir. Qeyd olunan icra sənədində Cavabdeh2 borclu kimi nəzərdə tutulmadığı və həmin ərazidə 2 mərtəbəli mağazanın söküntüsü nəzərdə tutulmadığı üçün icra sənədinin icrası mümkün deyildir. İcra məmurunun qərarından da göründüyü kimi X2 məsuliyyətdən yayınmaq üçün birgə yaşadığı Cavabdeh2 qabağa vermişdir. Halbuki əvvəlki məhkəmə qərarlarında da qeyd olunur ki, torpaq sahəsindən istifadələrinə məhz X3 imkan vermir. Xaçmaz rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin xx.xx.2021-ci il tarixli, 375 nömrəli cavabında göstərilir ki, məsələ ilə əlaqədar müvafiq tapşırıqlar əsasında araşdırmalar aparılmışdır. Təqdim edilən sənədlərə əsasən 26 may 1967-ci ildə Xaçmaz şəhər ZDS-nin 3 nömrəli protokolu ilə indiki M.Ə.Rəsulzadə küçəsi ilə N.Nərimanov küçəsinin kəsişdiyi yerdə “Uşaq Aləmi” mağazasının yan tərəfində televizorların təmiri üçün köşkün quraşdırılmasma icazə verilmişdir. 1999-cu ildə köşk yararsız hala düşdüyü üçün köşk oradan götürülmüş və yerində mişar daşından tikinti aparılması üçün Xaçmaz Rayon İHB-nın xx.xx.1999-cu il 289 saylı sərəncamı ilə tikintiyə icazə almışdır. “Uşaq Aləmi” mağazasının müdiri Süleyman Səfıxanov imkan verməmiş və sonralar orada S.Səfıxanov tikinti aparmışdır. Torpaq sahəsi qanuni əsaslarla mərhum həyat yoldaşımın istifadəsinə verildiyinə görə cavabdehlər tərəfindən həmin torpaq sahəsində inşa edilmiş özbaşına tikili onların öz vəsaiti hesabına sökülərək torpaq sahəsi boşaldılmalıdır. İş üzrə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 məhkəməyə elektron qaydada ərizə göndərərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə ərizə təqdim edərək, işə onların iştirakı olmadan baxılaraq, iddianın rədd edilməsini xahiş etmişlər. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı tərəf iddianı müdafiə edərək bildirmişdir ki, ekspertiza rəyində göstərilir ki, torpaq sahəsi Uşaq Aləminin yan tərəfində müəyyən edilmişdir və 9,4 kv.metrin torpaq sahəsinin plan və ölçüsündə göstərilən koordinatlarla üst-üstə düşməsi müəyyən edilmişdir. İşdən də görünür ki, həm burada bələdiyyənin 2005-ci il tarixli qərarı var, həm də iddiaçının torpaq sahəsindən istifadə etməsinə dair sənəd vardır və bununla məhkəmə qətnamələri vardır. Ona görə xahiş edirəm müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi Xaçmaz bələdiyyəsini də cəlb edəsiniz. Çünki bələdiyyənin 2005-ci il tarixli qərarı var. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək göstərmişdir ki, onlar o torpağı 3 kvadratlıq köşk götürüləndən 5 il sonra bələdiyyədən pul köçürüb almışlar, qəbz də var. Torpağın çıxarışı da var. Ondan sonra İcra Hakimiyyətindən, Torpaq şöbəsindən və Fövqəladə Hallar Nazirliyindən razılıq almışdır. Orada heç bir qanunsuz tikili tikməmişdir. Qanuni şəkildə boş torpağı alıb tikmişdir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh1 göstərmişdir ki, onlar o torpağı 3 kvadratlıq köşk götürüləndən 5 il sonra bələdiyyədən pul köçürüb almışlar, qəbz də var. Torpağın çıxarışı da var. Ondan sonra İcra Hakimiyyətindən, Torpaq şöbəsindən və Fövqəladə Hallar Nazirliyindən razılıq almışdır. Orada heç bir qanunsuz tikili tikməmişdir. Qanuni şəkildə boş torpağı alıb tikmişdir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək Cavabdeh1 izahatı ilə razı olduğunu bildirmişdir. Məhkəmə tərəflərin əvvəlki məhkəmə iclasında verdikləri izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X17 ilə X9 arasında nikah xx.xx.1971-cı ildə bağlanmışdır. Nikahdan sonra qadın Pinxasova soyadını qəbul etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən çıxarışdan görünür ki, X17 xx.xx.2024-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx.xx.1999-cu il tarixli 2-238 nömrəli qətnaməsinin surətindən görünür ki, X10 Cavabdeh1 qarşı torpaq sahəsindən istifadə hququnun bərpa edilməsi və radio-televiziya köşkünün əvvəlki yerinə qoyulması tələbinə dair iddiası təmin edilmişdir. X14 məxsus radio-televiziya təmiri üçün köşkün öz əvvəlki yerində, Xaçmaz şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə N.Nərimanov küçəsinin kəsişdiyi yerdə keçmiş “Uşaq Aləmi” mağazasının yan tərəfində qoyulması və həmin sahədən onun istifadə hüququ bərpa edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2000-ci il tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə məhkəmə kollegiyasının həmin iş üzrə 6 oktyabr 1999-cu il tarixli qərardadı ləğv edilmiş, Xaçmaz rayon məhkəməsinin xx.xx.1999-cu il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. İş materiallarında olan Xaçmaz rayon İH-nin Memarlıq və Tikinti Şöbəsinin 375 nömrəli məktubundan görünür ki, təqdim edilən sənədlərə əsasən 26 may 1967-ci ildə Xaçmaz şəhər ZDS-nin 3 nömrəli protokolu ilə indiki M.Ə.Rəsulzadə küçəsi ilə N.Nərimanov küçəsinin kəsişdiyi yerdə “Uşaq Aləmi” mağazasının yan tərəfində televizorların təmiri üçün köşkün quraşdırılmasına icazə verilmişdir. 1999-cu ildə köşk yararsız hala düşdüyü üçün köşk oradan götürülmüş və yerində mişar daşından tikinti aparılması üçün Xaçmaz rayon İHB-nın xx.xx.1999-cu il 289 saylı sərəncamı ilə tikintiyə icazə almışdır. “Uşaq Aləmi” mağazasının müdiri Cavabdeh1 imkan verməmiş və sonralar orada Cavabdeh1 tikinti aparmışdır. Sözü gedən məsələyə 1999-cu ildə Xaçmaz Rayon Məhkəməsi və Apellyasiya Məhkəməsində, 2000-ci ildə isə Ali məhkəmə tərəfindən baxılmışdır və müvafiq qərarlar qəbul edilmişdir. Buna görə də məsələ mübahisəli olduğu və bu məsələyə əvvəllərdə məhkəmə qaydası ilə baxıldığı üçün Sizə izah edilmişdir ki, məhkəmə qaydası ilə baxılmış məsələyə digər dövlət orqanları tərəfindən araşdırılması yolverilməzdir. İş materiallarında olan Xaçmaz bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 08 saylı qərarının surətindən müəyyən olunur ki, Cavabdeh2 fərdi mağaza tikmək üçün Xaçmaz şəhər N.Nərimanov küçəsindəki ərazisindən 38 kv.metr torpaq sahəsinini satılmasına icazə verilmişdir. İş materiallarında olan rəydən görünür ki, DT və XK-nin Xaçmaz rayon şöbəsi bildirir ki, fərdi mağaza obyekti tikmək məqsədilə satılması nəzərdə tutulan torpaq sahəsi Xaçmaz bələdiyyəsinin şəhərdaxili torpaqlarına aiddir və alqı-satqı predmetidir. Satılmsı nəzərdə tutulan torpaq sahəsi Xaçmaz bələdiyyəsinin şəhərdaxili torpaqlarına aid olmaqla həmin məqsəd üçün satılması qanuna müvafiqdir. İş materiallarında olan torpqların alqı-satqızına dair aktdan müəyyən olunur ki, Cavabdeh2 tərəfindən Xaçmaz bələdiyyə orqanına xx.xx.2005-ci il tarixdə torpaq sahəsi almaq barədə müraciət edilmişdir.Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Xaçmaz bələdiyyə ərazisində 38 kv.metr torpaq sahəsinin satılması barədə xx.xx.2005-ci ildə 08 saylı qərar qəbuledilmişdir. Bunun müqabilində Cavabdeh2 tərəfindən Xaçmaz bələdiyyəsinin hesabına əvvəlcədən 129.600 manat haqq ödənilmişdir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 197 saylı sərəncamından çıxarışdan görünür ki, Xaçmaz şəhrəri.N.Nərimanov küçəsi 70a\53 saylı mənzildə yaşayan Cavabdeh2 Xaçmaz şəhəri N.Nərimanov küçəsində “Uşaq aləmi” mağazasının yanında mülkiyyətinə aldığı 38 kv.m. (10kv.m+28kv.m) torpaq sahəsində iki mərtəbəli fərdi mağaza binalarının tikintisinə icazə verilmişdir. Aparılacaq tikinti işləri RİH-nin Memarlıq və Tikinti İşləri Şöbəsi ilə razılaşdırılmış eskiz layihələr əsasında aparılması, sərəncamın icrasına nəzarət RİH-nin Memarlıq və Tikinti İşləri Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan Cavabdeh2 etirqaz ərizəsindən görünür ki, Xaçmaz rayonu Xaçmaz Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 08 saylı qərarı ilə ona, yəni Cavabdeh2 Xaçmaz şəhəri, N.Nərimanov küçəsindəki ərazisindən 10 kv.m + 28 kv.m, cəmi 38 kv.m torpaq sahəsinin satılması qərara alınmışdır. DT və XK-nin Xaçmaz rayon şöbəsinin müdiri Ş.Aslanovun imzası ilə Xaçmaz bələdiyyəsinin sədri V.Hacımirzəyevə xx.xx.2005-ci il tarixli, 542/1 saylı rəy göndərilmişdir ki, fərdi mağaza obyekti tikmək üçün Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 70/53 saylı evin sakini Cavabdeh2 38 kv.m torpaq sahəsinin satılmasına dair təqdim edilmiş sənədlərə baxılaraq fərdi mağaza obyekti tikmək məqsədilə satılması nəzərdə tutulan torpaq sahəsi Xaçmaz bələdiyyəsinin şəhərdaxili torpaqlarına aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi Xaçmaz bələdiyyəsinin şəhərdaxili torpaqlarına aid olmaqla həmin məqsəd üçün satılması qanuna müvafiqdir. 27 iyun 2005-ci il tarixdə göstərilən 10 kv.m + 28 kv.m, cəmi 38 kv.m torpaq sahəsinə dair torpaqların alqı-satqısma dair akt tərtib olunaraq, həmin akt onun Xaçmaz bələdiyyəsinin sədri V.V.Hacımirzəyev və DT və XK Xaçmaz rayon şöbəsinin müdiri Ş.Aslanov tərəfindən imzalanmaqla, bələdiyyə və torpaq şöbəsinin möhürləri ilə təsdiq olunmuşdur. Göstərilən torpaq sahəsinin dəyəri olan 129600 AZM manat məbləğində pul xx.xx.2005-ci il tarixli, 9 nömrəli qəbzlə tərəfindən Xaçmaz bələdiyyəsinin hesabına ödənilmişdir. Bələdiyyə qərarı ilə ona satılmış 10 kv.m + 28 kv.m torpaq sahələri bələdiyyənin səlahiyyətli nümayəndələri tərəfindən ona yerində ölçülərək təhkim edilmişdir. Həmin vaxt göstərilən torpaq sahələri boş olmuş, orada hər hansı tikili və s. olmamışdır. Həmin torpaq sahələrinə dair Xaçmaz rayon torpaq şöbəsi tərəfindən onun adına A № 336538 və A № 336537 saylı torpaq sahəsinin planı və ölçüsü sənədləri verilmişdir. Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 197 saylı sərəncamı ilə ona, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 70A/53 saylı mənzildə yaşayan Cavabdeh2 Xaçmaz şəhəri N.Nərimanov küçəsində “Uşaq Aləmi” mağazasının yanında mülkiyyətinə aldığı 38.kv.m (10 kv.m + 28 kv.m) torpaq sahəsində iki mərtəbəli fərdi mağaza binalarının tikintisinə icazə verilmişdir. Həmçinin rayon baş memarı V.Vəliyevin rayon torpaq şöbəsinin müdiri Ş.Aslanovun və Xaçmaz bələdiyyəsinin sədri V.Hacımirzəyevin imzaları və idarələrin möhürləri ilə təsdiq edilmiş, Xaçmaz şəhər baş planından (m 1:2000) çıxarışda verilmişdir. Torpaq sahələri 2005-ci ildə bələdiyyənin qərarı ilə ona satıldıqdan sonra rayon icra hakimiyyəti başçısının müvafiq sərəncamı aldıqdan sonra o həmin 10 kv.m və 28 kv.m torpaq sahələrində 2005-ci ilin avqust-sentyabr aylarında fərdi mağaza binalarını inşa etdirmişdir. Beləliklə Xaçmaz şəhəri N.Nərimanov küçəsində yerləşən “Uşaq Aləmi” mağazasının yanında yerləşən 10.kv.rn və 28 kv.m, cəmi 38 kv.m torpaq sahələri o Azərbaycan Respublikasının vətəndaşı olaraq müvafiq qaydada Xaçmaz bələdiyyəsinə müraciət edib, bələdiyyənin qərarı ilə satın almışdır. Orada tikinti işlərini 2005-ci ildə rayon icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə aparmışdır. Yəni hal-hazırda onun mülkiyyətində olan həmin 10 kv.m və 28 kv.m torpaq sahələrini o qanuni əsaslarla əldə etmişdir. Orada tərəfindən inşa etdirilmiş tikililərdə qanuna müvafiq qaydada həyata keçirilmişdir. Yəni göstərilən torpaq sahələrini o iddiaçının iddia ərizəsində göstərildiyi kimi zəbt etməmiş və orada tərəfindən inşa etdirilmiş fərdi mağaza tikililəri heç də özbaşına tikinti deyildir. Ona görə də o iddiaçının fərziyyələrə əsaslanan iddia tələbini qətiyyətlə rədd edir və hörmətli məhkəmədən xahiş edir ki, etiraz ərizəsində göstərilənləri və müvafiq sənədlərini nəzərə almaqla iddiaçının əsassız iddia tələbini təmin edilməsin. İş materiallarında olan mədaxil qəbzindən müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə qarşı iddia tələbi ilə əlaqədar 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyindən müəyyən olunur ki, AN 336538 nömrəli, xx.xx.2011-ci tarixli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən, Xaçmaz bələdiyyəsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən Cavabdeh2 satılmış Xaçmaz şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə N.Nərimanov küçəsinin kəsişdiyi yerdə "Uşaq Aləmi" mağazasının yan tərəfində yerləşən torpaq sahəsinin müəyyən edilmişdir, (sxem əlavə olunur). AN 336538 nömrəli, xx.xx.2011-ci tarixli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən, Xaçmaz bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarına əsasən Cavabdeh2 satılmış Xaçmaz şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə N.Nərimanov küçəsinin kəsişdiyi yerdə "Uşaq Aləmi" mağazasının yan tərəfində yerləşən 9.4 kv.m torpaq sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə olunur. Sözügedən 9.4 kv.m torpaq sahəsinin Cavabdeh2 xx.xx.2005-ci il tarixli 08 saylı qərarı ilə Xaçmaz bələdiyyəsi tərəfindən verilmiş torpaq sahəsi ilə plan və ölçüsündə göstərilmiş koordinatlarına əsasən üst-üstə düşdüyü müəyyən edilmişdir, (sxem əlavə olunur). Tam olaraq istifadə olunduğu müəyyən edilmişdir. Qeyd olunan torpaq sahəsi hüdudları daxilində cavabdehlər tərəfindən 2 mərtəbəli tikinti altı 3.42 x 2.75 metrə ölçüdə mağaza binası tikilmişdir. Göründüyü kimi Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən də müəyyən olunmuşdur ki, AN 336538 nömrəli, xx.xx.2011-ci tarixli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən, Xaçmaz bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarına əsasən Cavabdeh2 satılmış Xaçmaz şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə N.Nərimanov küçəsinin kəsişdiyi yerdə "Uşaq Aləmi" mağazasının yan tərəfində yerləşən 9.4 kv.m torpaq sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə olunur. Sözügedən 9.4 kv.m torpaq sahəsinin Cavabdeh2 xx.xx.2005-ci il tarixli 08 saylı qərarı ilə Xaçmaz bələdiyyəsi tərəfindən verilmiş torpaq sahəsi ilə plan və ölçüsündə göstərilmiş koordinatlarına əsasən üst-üstə düşdüyü müəyyən edilmişdir. Eyni zamanda iddiaçı cavabdehlərdən özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılmasını tələb etdiyi torpaq sahəsinin özünün daimi istifadəsində və ya sahibliyində olmasına dair heç bir hüquqmüəyyənedici sənəd və ya torpaq sahəsinin mülkiyyətində olmasını təsdiq edən heç bir sənədi məhkəməyə təqdim etməmişdir. Belə olan halda iddia təmin oluna bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X8 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5 ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair iddia tələbi təmin olunmasın. İş üzrə ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pul İddiaçı alınaraq X4, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-132/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-132/2025
06.10.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver