Məhkəmə qərarları › İş №2(067)-1323/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1323/2020

03.07.2020 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1323/2020 03.07.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi x12, Ərizəçi AydəmirovTuran Tehran oğlunun, Maraqlı şəxs səlahiyyətli nümayəndəsi x9 iştirakları ilə, Ərizəçi «Şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1916-cı ildə anadan olmuş nənəsi x1 19 noyabr 1995-ci il tarixdə Xaçmaz rayonunun Nərəcan kəndində vəfat etməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, o, xx xxxx 1986-cı ildə Xaçmaz rayonunun Nərəcan kəndində anadan olmuşdur. Xaçmaz rayonunun Nərəcan kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Onun valideynləri x6 və x4 olmuşlar. Atasının valideynləri x13 və x5 olmuşlar. Mərhum nənəsi x5 1916-cı il təvəllüdlü olmaqla o, 19 noyabr 1995-ci il tarixdə yaşadığı Xaçmaz rayonunun Nərəcan kəndində vəfat etmiş və qohum-qonşunun və digər şəxslərin iştirakı ilə Xaçmaz rayonunun Nərəcan kənd qəbirstanlığında dəfn edilmişdir. Nənəsinin vəfatından sonra hüquqi savadsızlıqdan valideynləri onun ölümü ilə əlaqədar həkimə müraciət edərək müvafiq arayış almamışlar. Yaxın vaxtlarda vərəsəlik məsələlərinin həlli ilə əlaqədar sənəd toplayarkən mərhum nənəsinin ölüm haqqında şəhadətnaməsi lazım olduğundan Maraqlı şəxsnə müraciət etmiş, orada aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, nənəsinin ölüm akt qeydiyyatı müvafiq qeydiyyata alınmamışdır. Hazırki vəziyyətdə müvafiq həkim arayışı olmadan ölümün qeydə alınması mümkün olmadığı bildirilməklə ona Qeydiyyat orqanı tərəfindən nənəsinin vəfat etməsi faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. O, nənəsinin ölümü barədə tibbi şəhadətnaməni digər qaydada əldə edə bilmədiyindən və səlahiyyətli orqanlar tərəfindən ona məhkəməyə müraciət etməsi tövsiyyə olunduğundan hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən ərizəsinin təmin edilməsini, 1916-cı ildə anadan olmuş nənəsi x1 19 noyabr 1995-ci il tarixdə Xaçmaz rayonunun Nərəcan kəndində vəfat etməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında dindirilən Maraqlı şəxs səlahiyyətli nümayəndəsi x19 izahatında göstərdi ki, Ərizəçi mərhum nənəsi x5 üçün ölüm şəhadətnaməsi verilməsindən ötrü Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin arxiv sənədləri yoxlanılarkən ərizəçinin nənəsinin Maraqlı şəxsndə ölüm akt qeydi tapılmamış, nə də ki, ərizəçinin nənəsinin ölümü barədə həkim arayışı təqdim edilməmişdir. Bu səbəbdən ərizəçinin müraciətinin həlli mümkün olmamış və ona şəxsin vəfat etməsi faktının təsdiq edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Əgər məhkəmə tərəfindən 1916-cı ildə anadan olmuş x1 19 noyabr 1995-ci il tarixdə Xaçmaz rayonunun Nərəcan kəndində vəfat etməsi hüquqi faktı müəyyən edilərsə Qeydiyyat Şöbəsi tərəfindən bu barədə ölüm haqqında şəhadətnamə verilə bilər. Ona görə də ərizənin təmin olunmasına etirazı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən ərizəçinin həmkəndlisi x7 ifadəsində göstərdi ki, Ərizəçi onun həmkəndlisi və qonşusudur. x5 ərizəçinin nənəsi olmuşdur. Həqiqətən də ərizəçinin nənəsi x5 19 noyabr 1995-ci il tarixdə Xaçmaz rayonunun Nərəcan kəndində vəfat etmiş və qeyd edilən tarixdə qohumların və qonşuların iştirakı ilə Xaçmaz rayonunun Nərəcan kənd qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən ərizəçinin digər həmkəndlisi x10 şahid x2 ifadəsi ilə eyni məzmunlu ifadə vermiş və ərizəçinin nənəsi x1 həqiqətən 19 noyabr 1995-ci il tarixdə Xaçmaz rayonunun Nərəcan vəfat etməsini və mərhumun qeyd edilən tarixdə qohumların və qonşuların iştirakı ilə Nərəcan kənd qəbirstanlığında dəfn olunmasını bir daha təsdiq etmişdir. Mülki işə əlavə olunmuş AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Xaçmaz rayonunun Nərəcan kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Nərəcan kənd x21 üzrə nümayəndəsi tərəfindən verilmiş 28 fevral 2020-ci il tarixli, 251 nömrəli arayışdan görünür ki, Ərizəçi Xaçmaz rayonunun Nərəcan kəndində yaşayır. Mülki işə əlavə olunmuş 10 noyabr 1986-cı il tarixli, Xİ-JQ seriyalı, 474389 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 1986-cı ildə Xaçmaz rayonunun Nərəcan kəndində anadan olmuş, onun valideynləri x6 və x4 olmuşlar. Mülki işə əlavə olunmuş 10 fevral 1957-ci il tarixli, İJ seriyalı, 254008 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin atası x3 valideynləri x13 və x5 olmuşlar. Mülki işə əlavə olunmuş 01 dekabr 2007-ci il tarixli, AZ-İ seriyalı, 272128 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin atası x6 02 sentyabr 2007-ci ildə Xaçmaz rayonunun Nərəcan kəndində vəfat etmişdir. Mülki işə əlavə olunmuş 22 aprel 2016-cı il tarixli, AZ-İ seriyalı, 805707 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin anası x4 23 mart 2016-cı ildə Xaçmaz rayonunun Nərəcan kəndində vəfat etmişdir. Mülki işə əlavə olunmuş şahidlərin iştirakı ilə tərtib olunaraq Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Nərəcan kənd x21 üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş 28 fevral 2020-ci il tarixli aktdan görünür ki, Xaçmaz rayonunun Nərəcan kəndində yaşamış 1916-cı il təvəllüdlü x5 həqiqətən 19 noyabr 1995-ci il tarixdə Xaçmaz rayonunun Nərəcan kəndində vəfat etmiş və həmin tarixdə kənd camaatının iştirakı ilə Xaçmaz rayonunun Nərəcan kənd qəbirstanlığında dəfn olunmuşdur. Mülki işə əlavə edilmiş fotoşəkillərdən görünür ki, ərizəçinin nənəsi x1 qəbir abidəsinin fotoşəkilləri çəkilmiş, qəbir daşının üzərində mərhumun soyadı, adı və atasının adı, doğulduğu və vəfat etdiyi illər həkk olunmuşdur. Mülki işə əlavə edilmiş Maraqlı şəxs verdiyi 28 fevral 2020-ci il tarixli, 35 saylı məktubdan görünür ki, Ərizəçi Qeydiyyat Şöbəsinə müraciəti ilə əlaqədar sonuncunun mərhum nənəsi x1 01.01.1992-28.02.2020-ci illər üzrə Maraqlı şəxsndə ölümünün qeydə alınıb-alınmaması yoxlanılmışdır. Lakin mərhumun Qeydiyyat Şöbəsində göstərilən illər üzrə ölüm akt qeydi tapılmamışdır. Ərizəçiyə rəsmi qaydada izah edilmişdir ki, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm şəhadətnaməsinin verilməsi mümkün deyildir və ölüm faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Bununla əlaqədar məhkəməyə müraciət edə bilər. Mülki işə əlavə olunmuş Xaçmaz rayon x11 Hüquqi şəxsinin baş həkimi tərəfindən verilmiş 21 may 2020-ci il tarixli, 563 saylı məktubdan görünür ki, Ərizəçi mərhum nənəsi x1 19 noyabr 1995-ci il tarixdə vəfat etməsi və bu barədə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi barədə ünvanlandığı müraciət ərizəsinə baxılaraq bildirilmişdir ki, 1995-ci il üçün Xaçmaz rayon Mərkəzi Xəstəxanasında ölüm haqqında tibbi şəhadətnmələrin qeydiyyatı kitabı saxlanılmadığından x1 ölümü barədə məlumat verilməsi mümkün deyildir. Məhkəmə ərizəçinin, maraqlı şəxsin nümayəndəsinin izahatlarını və şahidlərin ifadələrini dinləyərək, mülki iş üzrə toplanmış sənədləri hərtərəfli tədqiq edib belə bir nəticəyə gəlir ki, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi xx xxxx 1986-cı ildə Xaçmaz rayonunun Nərəcan kəndində anadan olmuşdur. Xaçmaz rayonunun Nərəcan kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Ərizəçinin valideynləri x6 və x4 olmuşlar. Ərizəçinin atasının valideynləri x13 və x5 olmuşlar. Ərizəçinin nənəsi x5 1916-cı il təvəllüdlü olmaqla o, 19 noyabr 1995-ci il tarixdə yaşadığı Xaçmaz rayonunun Nərəcan kəndində vəfat etmiş və qohum-qonşunun və digər şəxslərin iştirakı ilə Xaçmaz rayonunun Nərəcan kənd qəbirstanlığında dəfn edilmişdir. Balaxanım Aydəmirovanın vəfatından sonra hüquqi savadsızlıqdan ərizəçinin valideynləri onun ölümü ilə əlaqədar həkimə müraciət edərək müvafiq arayış almamışlar. Yaxın vaxtlarda Ərizəçi vərəsəlik məsələlərinin həlli ilə əlaqədar sənəd toplayarkən mərhum nənəsinin ölüm haqqında şəhadətnaməsi lazım olduğundan o, Maraqlı şəxsnə müraciət etmiş, lakin Qeydiyyat Şöbəsində aparılmış araşdırma zamanı ərizəçinin nənəsinin ölüm akt qeydiyyatının müvafiq qeydiyyata alınmadığı müəyyən edilmişdir. Hazırki vəziyyətdə müvafiq həkim arayışı olmadan ölümün qeydə alınması mümkün olmadığı bildirilməklə ərizəçiyə Qeydiyyat orqanı tərəfindən nənəsinin vəfat etməsi faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ərizəçi nənəsinin ölümü barədə tibbi şəhadətnaməni digər qaydada əldə edə bilmədiyindən və səlahiyyətli orqanlar tərəfindən ona məhkəməyə müraciət etməsi tövsiyyə olunduğundan hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilən hüquqi faktın müəyyənləşdirilməsində Ərizəçi məqsədi yalnız gələcəkdə vərəsəlik məsələrini həll etməkdən ibarətdir. Hansı ki, həmin hüquqi faktın məhkəmədən kənar digər orqanlarda müəyyən edilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən də şəxsin vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bütün yuxarda şərh edilib göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə hazırki həcmdə təmin edilməklə, ərizəçi x8 1916-cı il təvəllüdlü nənəsi x1 19 noyabr 1995-ci il tarixdə Xaçmaz rayonunun Nərəcan kəndində vəfat etməsi hüquqi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307-311, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: x1 19 noyabr 1995-ci il tarixdə Xaçmaz rayonunun Nərəcan kəndində vəfat etməsi hüquqi faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar