Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1324/2021 26.05.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Babayeva Rəfiqə Cəfər qızına, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Babayeva (Səfərova) Rəfiqə Fikrət qızına qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 Niftəli oğlu, Cavabdeh7 və Babayeva (Səfərova) Rəfiqə Fikrət qızının onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 114,3 kv. metr olan fərdi yaşayış evindən və həmin evin yerləşdiyi 0.04 ha torpaq sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi, eləcə də tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun onlardan müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin daşınmaz əmlakın dövlət reyestrində edilmiş 01 noyabr 2012-ci il tarixli, **********61-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli qeyd və həmin qeyddən verilmiş çıxarışa əsasən ünvan 2 ünvanda yerləşən 0,04 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 114,3 kv.metr olan fərdi yaşayış evinə onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və həmin qeyddən çıxarış verilmişdir. Mülkiyyətində olan həmin yaşayış sahəsində kimlərin qeydiyyatda olduğu ona bəlli deyildir. Belə ki, daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydi həyata keçirilərkən istifadəçilər barədə məlumat verilmir. Hazırda, “ASAN xidmət” mərkəzindən əldə etdiyi “elektron notariat” Avtomatlaşdırılmış informasiya sistemindən Çıxarışdan ona bəlli olmuşdur ki, mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən evdə cavabdehlər Cavabdeh1, X6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Şahbazova (Səfərova) Rəfiqə Fikrət qızı daimi qeydiyyatdadırlar. Qeydiyyatdan çıxmalarını cavabdehlərdən dəfələrlə xahiş və tələb etsə də, onlar onun evindən qeydiyyatdan çıxıb özlərinə məxsus evə qeydiyyata düşmələrinə dəfələrlə vəd versələr də vədlərinə əməl etməmişlər. Cavabdehlərin günahı səbəbindən öz mülkiyyəti üzərində onun hüquqları məhdudlaşdırılmışdır. Hesab edir ki, cavabdehlərin hərəkətləri qanunsuzdur, onlar onun qanunla qorunan mülkiyyət hüququnu pozurlar. Onun mülkiyyətində olan Xaçmaz şəhəri, Mehmandarov küçəsi, ev 48 ünvanda yerləşən fərdi yaşayış evindən onların istifadə hüquqları itirilmiş hesab edilməlidir. Bu səbəbdən də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X7 iddiasını müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, İddiaçı onun bacısıdır. O, ünvan 3 ünvandakı 0,04 ha həyətyanı torpaq sahəsini və orada yerləşən evi Cavabdeh1 satın amışdır. Həmin vaxt evdə kiminsə qeydiyyatda olmasından xəbəri olmamışdır. Alqı-satqı zamanı da evdə kiminsə qeydiyyatda olması barədə heç nə bildirilməmişdir. Bacısı evi alandan sonra oraya köçüb yaşamağa başlamışdır və hazırkı vaxtadək orada yaşayır. 01.11.2012-ci ildə həmin evə mülkiyyət hüququna dair bacısı İddiaçı adına mülkiyyət sənədi işlənilib və hazırda da qeyd olunan ev bacısının mülkiyyətindədir və orada o, öz ailə üzvləri ilə birlikdə yaşayır. Bacısı xəstə olduğuna görə məhkəmədə iştirak edə bilmir. ünvan 3 ünvandakı evlə bağlı cavabdehlərin nə özlərinin, nə də yaxınlarının heç bir iddiaları olmamışdır və hazırda da yoxdur. Cavabdehlər Cavabdeh1 ailə üzvləridir. Onlar bacısının evini satın alandan sonra bir gün belə orada yaşamamışlar, amma cavabdehlər evdə onların xəbərləri olmadan qeydiyyatda qalmışlar, bu isə mülkiyyətçi kimi bacısının hüquqlarını pozur. Onun cavabdehlərin mənzilində qeydiyyatda olmasından xəbəri olmamışdır. Hazırda cavabdehlərin olduqları yeri də bilmir. Onları başqa qaydada evdən qeydiyyatdan çıxara bilmədiyi üçün bacısı məhkəmədə iddia qaldırmalı olub. Göstərilənlərə əsasən iddiaçı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1, X4, Babayeva Rəfiqə Cəfər qızına, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh3 Fikrət qızına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1, X3, Babayeva Rəfiqə Cəfər qızının, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh3 Fikrət qızının iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106-cı maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* saylı çıxarışından müəyyən olunur ki, ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 114,3 kv. metr olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.04 ha torpaq sahəsi İddiaçı qızının mülkiyyətindədir. İş materiallarında olan “elektron notariat” Avtomatlaşdırılmış informasiya sistemindən Çıxarışdan müəyyən olunur ki, Cavabdeh1, X6, Cavabdeh3, Cavabdeh4 Cavabdeh5, Cavabdeh6 Niftəli oğlu, Cavabdeh7 və Babayeva (Səfərova) X8 şəhəri Mehmandarov küçəsi, ev 48 ünvanda qeydiyyatdadırlar. İş materiallarında olan 09.04.2021-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 10 (on) manat dövlət rüsumu köçürülmüşdür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə iddiaçının izahatını və iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara qiymət verərək, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Avropa İnsan Hüquqları Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, mülkiyyətçinin iradəsinin ziddinə olaraq cavabdehin mübahisəli mənzildən istifadə hüququnun saxlanılmasının davam etməsi iddiaçının evə olan mülkiyyət hüququnu şərti və qeyri-sabit xarakterli edir. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə mülkiyyətçinin iradəsinə zidd onun mülkiyyətindən istifadəyə yol verilmir. İşin hallarından müəyyən olunur ki, Cavabdeh1, X6, Cavabdeh3, Cavabdeh4 Cavabdeh5, Cavabdeh6 Niftəli oğlu, Cavabdeh7 və Babayeva (Səfərova) X8 şəhəri Mehmandarov küçəsi, ev 48 ünvanda qeydiyyatdadırlar və onların həmin mənzildə qeydiyyatda qalmaları mülkiyyətçi kimi iddiaçının hüquqlarını pozur. Buna görə də, məhkəmə iddianın təmin edilməli olduğunu hesab edir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ : İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 Niftəli oğlunun, Cavabdeh7 və Babayeva (Səfərova) Rəfiqə Fikrət qızının ünvan 4 ünvandakı mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. İddia ərizəsi verilərkən ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 Niftəli oğlundan, Cavabdeh7 və Babayeva (Səfərova) Rəfiqə Fikrət qızından İddiaçı xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-1324/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1324/2021
26.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver