Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1336/2021 24.05.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı öhdəliyin icrası tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh məxsus torpağın mülkiyyətə verilməsinə dair JN 528 saylı, 30220067 kodlu dövlət aktında nəzərdə tutulmuş Xaçmaz rayonunun Yeni-həyat kəndi ərazisində yerləşən 0,49 ha pay torpaq sahəsinin 3018,48 kv metr olan hissəsinə dair cavabdehlə aralarında 25 mart 2002-ci il tarixdə bağlanmış əqdin etibarlı hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh onun həmkəndlisidir. 10 mart 2002-ci il tarixdə cavabdeh ona özünə məxsus Xaçmaz rayonunun Yeni-həyat kəndində yerləşən 0.43 ha pay torpaq sahəsindən 3018,48 kv metr torpaq sahəsini satdığını bildirmişdir. Məhz buna görə o, cavabdehin yanına qedərək bununla əlaqədar maraqlanmışdır. Cavabdeh özünə məxsus Xaçmaz rayonunun Yeni-həyat kəndi ərazisində yerləşən pay torpaq sahəsini satmaq fikrində olduğunu bildirmişdir. Pay torpaq sahəsini təçili olaraq satmaqda məqsədinin özünə münasib yerdən, evlərinə yaxın başqa torpaq sahəsini almaq fikiri olduğu ilə izah etmişdir. Cavabdehin satdığı torpaq sahəsi onun xoşuna qəldiyi üçün və onun torpağına yaxın olduğu üçün torpaq sahəsini almaq fikirinə düşmüşdür. Cavabdehlə qarşılıqlı olaraq qiymət razılaşmışlar və razılaşdıqları məbləğ olan 2.000 ABŞ dollarını qonşularının iştirakı ilə razılaşdıqları ğün, yəni 25 mart 2002-ci il tarixdə cavabdehə ödəmiş və satılan pay torpaq sahəsini satın almışdır. Başqa sözlə deyilsə cavabdehlə aralarında pay torpaq sahəsinin alqı-satqısına dair əqd baş tutmuşdur. Cavabdehlə razılaşmaları əsasında alqı-satqının rəsimləşdirilməsini cavabdeh öz üzərlərinə götürərək qısa müddət ərzində natoriat kontoruna gedərək aralarında bağlanmış əqdin rəsmiləşdirəcəyini vəd vermişdi. O, cavabdehə etibar etdiyi üçün ona inanmış və alqı-satqının rəsmiləşdirilməsi üçün zəruri olan sənədləri hazırlayaraq əqdin rəsimləşdirilməsi üçün ona vaxt vermişdir. Lakin müəyyən vaxt keçdikdən sonra cavabdeh vədinə əməl etməmişdir. Bələ ki, hazırki günədək cavabdeh satdığı pay torpaq sahəsini natoriat ofisinə gələrək onun adına rəsmiləşdirməkdən boyun qaçırır. O, da ona hər dəfə bu barədə müraciət etdikdə, cavabdeh əqdi rəsmiləşdirməkdən müxtəlif bəhanələr gətirir. Satın aldığı pay torpaq sahəsi 2002-ci ilin mart ayından etibarən onun istifadəsindədir. O, notarial qaydada təsdiqlənməsi tələb olunan əqdi tamamilə icra etmişdir, lakin cavabdehin hərəkətləri nəticəsində faktiki olaraq aralarında baş tutmuş əqd rəsimləşdirilmədən qalmışdır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməməsi ucbatından onun hüquqları pozulmuşdur, bu səbəbdən məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, torpaq sahəsinin pulunu cavabdehə onun evində həmkəndliləri X2 və X1 yanında vermişdir. Onlar da cavabdehi əvvəldən tanımışlar. 2002-ci ildən cavabdehdən satın aldığı torpağın vergilərini də köçürərək torpaq sahəsindən öz torpağı kimi istifadə edir. Həmin torpaq sahəsinə dair heç kimin tələbi yoxdur. Cavabdehin hazırda harada olduğunu bilmir, dəfələrlə onun ardınca evinə getmiş, lakin onu orada tapmamışdır. Göstərilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, onun məlum olan son yaşayış yerində yaşamaması barədə qeyd aparılmaqla, məhkəmə bildirişi geri qaytarılmışdır. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X4 ifadəsində göstərmişdir ki, iddiaçı həmkəndlisidir, cavabdehi də qonşu Pirqulu-oba kəndinin sakini kimi tanıyır. Tərəflərlərin heç biri ilə qohumluğu, ədavəti və düşmənçiliyi yoxdur. O, Cavabdeh Xaçmaz rayonunun Pirqulu-oba kəndində yerləşən özünə məxsus 0,43 ha torpaq sahəsinin 3018,48 kv.metr hissəsini satdığını bilmişdir. İddiaçı həmin torpaq sahəsini 25 mart 2002-ci ildə 2000 ABŞ dollarına cavabdehdən satın almışdır. İddiaçı cavabdehə torpaq sahəsinə görə 2000 ABŞ dollarını onun və həmkəndliləri X1 yanında vermiş və 3018,48 kv.metr torpaq sahəsini satın almışdır. Cavabdeh həmin vaxt söz vermişdir ki, tez bir zamanda torpaq sahəsini iddiaçının adına rəsmiləşdirəcək. İddiaçı da cavabdehə bunun üçün vaxt vermişdir. Lakin cavabdeh hazırkı vaxtadək torpaq sahəsini iddiaçının adına keçirməmişdir. 3018,48 kv.metr torpaq sahəsi 2002-ci ilin mart ayından iddiaçının istifadəsindədir.Cavabdehin hazırda harada olması barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X3 ifadəsində göstərmişdir ki, iddiaçı həmkəndlisidir, cavabdehi də qonşu Pirqulu-oba kəndinin sakini kimi tanıyır. Tərəflərlərin heç biri ilə qohumluğu, ədavəti və düşmənçiliyi yoxdur. O, Cavabdeh Xaçmaz rayonunun Pirqulu-oba kəndində yerləşən özünə məxsus 0,43 ha torpaq sahəsinin 3018,48 kv.metr hissəsini satdığını bilmişdir. İddiaçı həmin torpaq sahəsini 25 mart 2002-ci ildə 2000 ABŞ dollarına cavabdehdən satın almışdır. İddiaçı cavabdehə torpaq sahəsinə görə 2000 ABŞ dollarını onun və həmkəndliləri X2 yanında vermişdir və 3018,48 kv.metr torpaq sahəsini satın almışdır. Cavabdeh həmin vaxt söz vermişdir ki, tez bir zamanda torpaq sahəsini iddiaçının adına rəsmiləşdirəcək. İddiaçı da cavabdehə bunun üçün vaxt vermişdir. Lakin cavabdeh hazırkı vaxtadək torpaq sahəsini iddiaçının adına keçirməmişdir. 3018,48 kv.metr torpaq sahəsi 2002-ci ilin mart ayından iddiaçının istifadəsindədir. Cavabdehin hazırda harada olması barədə məlumatı yoxdur. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, işdə olan sübutlara hüquqi qiymət verərkən hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə mübahisələndirilən pay torpaq sahəsinin alqı-satqısına dair cavabdehlə aralarında əqdin bağlandığını və həmin əqdin etibarlı hesab edilməsi üçün qanunvericilikdə müəyyən olunmuş əsasların mövcud olduğunu sübutetmə yükü iddiaçının üzərinə düşür. İş materiallarında olan AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1983-cü ildə Xaçmaz rayonunun Yeni-həyat qəsəbəsində anadan olmaqla, həmin qəsəbədə yaşayır. İş materiallarında olan JN-528 seriyalı 30220067 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın 17.12.1997-ci il tarixli 16 saylı qərarı ilə Cavabdeh mülkiyyətinə Xaçmaz rayonunun Yeni-həyat kəndindən 0.43 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan 12.06.2017-ci il tarixli arayışdan müəyyyən olunur ki, Cavabdeh Xaçmaz rayonunun Yeni-həyat bələdiyyəsinə vergi borcları yoxdur. Vergilər İddiaçı tərəfindən hər il ödənilmişdir. İş materiallarında olan 12.04.2021-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki,iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 10 (on) manat dövlət rüsumu köçürülmüşdür. A.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 19 noyabr 2004-cü il tarixli qərarında izah edilir ki, daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsepsual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna blər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Məhkəmə şərh olunanlara əsasən və konkret işin hallarını tədqiq edərək hesab edir ki, tərəflər arasındakı alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması mübahisəli torpaq sahələrinə alqısatqı müqaviləsinin etibarlı hesab edilməməsi üçün əsas ola bilməz. Belə olan halda iddiaçının qeyd olunan torpaq sahəsinə münasibətdə pozulmuş hüquqları bərpa edilə bilər. İddiaçının izahatından və şahidlərin ifadələrindən müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında cəmi 0.43 ha mübahisəli torpaq sahəsinin alqı-satqısına dair əqd bağlanılmışdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmə əqdi etibarlı saya bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib, əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendum ilə qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr əsas götürülməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə müvafiq olaraq bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikasının «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına qoşulması milli məhkəmələr tərəfindən İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqini şərtləndirir. Konvensiyanın 46-cı maddəsi İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəyə malik olmasını təsbit edirsə, Konvensiyanın 32-ci maddəsi onların presedent əhəmiyyətinə malik olmasına zəmin yaradır. Həmin maddəyə müvafiq olaraq Avropa Məhkəməsinin Konvensiyanın hər hansı maddəsi ilə bağlı verdiyi şərh həmin maddənin tərkib hissəsinə çevrilir və ona görə də məcburi hüquqi qüvvə kəsb edir. Milli məhkəmələr üçün həmin presedentlərin mahiyyəti ondan ibarətdir ki, məhkəmələr onu əvvəllər Avropa Məhkəməsi tərəfindən baxılan işlərə bənzər işlərdə tətbiq etməlidirlər. Avropa Məhkəməsinin presedentini Konvensiya müddəalarının şərhi kimi qəbul etsək, göstərilən şərhlərə Konvensiyanın tərkib hissəsi kimi baxılmalıdır. Belə bir nəticəyə gəlmək olar ki, Azərbaycan Respublikasında bütün məhkəmələr Konstitusiyasının 12-ci maddəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarını Konvensiyanın mətni ilə yanaşı, həmçinin Avropa Məhkəməsinin qərarlarında ona verilən şərhə uyğun tətbiq etməlidir. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi özünün “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Məhkəmə işdə olan sübutların məcmusuna hüquqi qiymət verərkən, yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməli və İddiaçı ilə Cavabdeh arasında cavabdehə məxsus torpağın mülkiyyətə verilməsinə dair JN 528 saylı, 30220067 kodlu dövlət aktında nəzərdə tutulmuş, Xaçmaz rayonunun Yeni-həyat kəndi ərazisində yerləşən 0,49 ha pay torpaq sahəsinin 3018,48 kv metr olan hissəsinə dair 25 mart 2002-ci il tarixdə bağlanmış əqd etibarlı hesab edilməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-cı, 241- 242-ci, 244-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında cavabdehə məxsus torpağın mülkiyyətə verilməsinə dair JN 528 saylı, 30220067 kodlu dövlət aktında nəzərdə tutulmuş, Xaçmaz rayonunun Yenihəyat kəndi ərazisində yerləşən 0,49 ha pay torpaq sahəsinin 3018,48 kv metr olan hissəsinə dair 25 mart 2002-ci il tarixdə bağlanmış əqd etibarlı hesab edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-1336/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1336/2021
24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver