Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-134/2024 16.04.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X9, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən geri alınması və sair tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı məhkəmədə iddia qaldıraraq, Xaçmaz rayonu, Çaykənarı (Alekseyevka) kəndində yerləşən 2.5895 torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilmiş 40 sot torpaq sahəsinin onların qanunsuz sahibliyindən alınaraq ona qaytarılması, cavabdehdən ona dəymiş zərərin əvəzi olaraq 2000 (iki min) manat pulun alınaraq ona verilməsi və ödənilmiş 190 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 24 iyun 1998-ci il tarixli 08 nömrəli qərarı ilə 11 nəfərdən ibarət ailəsinə Xaçmaz rayonu, Alekseyevka kəndi ərazisindən 4,85 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Həmin torpaq sahəsinin mülkiyyətə verilməsinə dair əvvəllər JN-446 nömrəli 30204018 kodlu 10 noyabr 2004-cü il tarixli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı da verilmiş, xx.xx.2021-ci il tarixdə isə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən adılarlna 2.26 ha torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli və 2.5895 ha torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. Belə ki, cavabdehlər onunla torpaq qonşularıdlrlar və onlar onunla həmsərhəd hissəsindən torpaq sahəsini zəbt etmişlər. Dəfələrlə cavabdehlərdən xahiş və tələb etmişdir ki, zəbt etdikləri torpaq sahəsini açsınlar, lakin onlar könüllü olaraq bunu etmək istəmirlər. Hal-hazırda 2.5895 ha torpaq sahəsində qonşusu Cavabdeh özbaşınalıq edərək 0.40 ha torpaq sahəsini zəbt etmişdir. Bundan əlavə torpağı öz vəsaitləri hesabına atdıqları su arxını özbaşına bağlamışdır, yola atdıqları su borusunu çıxartmışdır, həmin 0.40 ha torpaq sahəsinə özbaşına sərhəd qoymuşdur. O, həmin bağda əkdiyi 2500 cır gilas qələmləri hal-hazırda susuzluğdan quruyaraq məhv olmuşdur, bundan əlavə 200 ədəd gilas qələmlərim susuz qalaraq, qurumaq ehtimalı vardır. Bundan əlavə yeznəsi Tural orada tikinti tikmək istədikdə, həmin Cavabdeh ona mane olmuş və tikintini aparmağa imkan verməmişdir. Belə ki, yeznəsi Tural həmin torpaq sahəsinə bir Kamaz daş, bir Kamaz qum tökmüşdür. Ona görə də hazırki iddia ərizəsilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə edərək iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək, təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan müəyyən olunur ki, İddiaçı, X10, X1, X4, X11, X12, X5, X2, X3, X6 və X7 ümumi birgə mülkiyyətinə Xaçmaz rayonu Çaykənarı kəndi ərazisində 2.5895 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Torpaq sahəsinin planı və ölçüsü sənədindən müəyyən olunur ki, Xaçmaz rayonu, Çaykənarı kəndi ərazisindən 2.5895 ha torpaq sahəsinin planı və ölçüsü İddiaçı oğlunun adına işlənmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz ərazi idarəsinin mütəxəssis rəyindən müəyyən olunur ki, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin çıxarışına əsasən Xaçmaz rayonu, Çaykənarı (Alekseyevka) kəndində yerləşən 2.5895 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Həmin torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya (TEKUİS) sistemində və naturada 2.5887 ha ölçüdə öz əksini tapmışdır. (Sxem tərtib olundu). 2. İddiaçıya məxsus torpaq sahəsinin mülkiyyət sənədinə əsasən Xaçmaz rayonu, Çaykənarı (Alekseyevka) kəndində yerləşən 2.5895 ha torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya (TEKUİS) sisteminə əsasən cavabdeh tərəfindən istifadə edilmir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 15 yanvar 2024-cü il tarixli, 10/8192 saylı rəyindən müəyyən olunur ki: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Salman Abbasovun mütəxəssis rəyində qeyd edilir ki, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin çıxarışına əsasən Xaçmaz rayonu, Çaykənarı (Alekseyevka) kəndində yerləşən 2,5895 torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Həmin torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya (TEKİUS) sistemində və naturada 2.5887 ha ölçüdə öz əksini tapmışdır (Sxem tərtib olundu). - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Salman Abbasovun mütəxəssis rəyində qeyd edilir ki, İddiaçıya məxsus torpaq sahəsinin mülkiyyət sənədinə əsasən Xaçmaz rayonu, Çaykənarı kəndində yerləşən 2.5895 ha torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya (TEKİUS) sisteminə əsasən cavabdeh tərəfindən istifadə edilmir. Məhkəmə Ekspertiza Mərkəzinin 15.01 2024-cü il tarixli, 10/8192 saylı rəyindən müəyyən olunur ki, İddiaçı aparılmış tədqiqatın dəyəri 100 manat məbləğində pul alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırkı mübahisə ilə bağlı aparılmış araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edərək, iddia tələbinin təmin olunmaması qənaətinə gəlmişdir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X15 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı cavabdeh tərəfindən mülkiyyətində olan torpaq sahəsinin hər hansı bir hissəsinin zəbt edilməsini əsaslandıra bilməmiş və bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Vurulmuş ziyanla bağlı iddia tələbinə gəldikdə isə qeyd edilməlidir ki, iddiaçı iddia ərizəsində ona dəymiş zərərin 2000 manat məbləğində olmasını qeyd etsə də, iddiaçı ona cavabdehin hansı təqsirli hərəkətləri nəticəsində maddi ziyan dəydiyini əsaslandıra bilməmiş və bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə , tərəflərin izahatlarını, ekspert rəyini nəzərə alaraq hesab edir ki, hazırki iddia əsaslı sayıla bilməz və təmin edilməməlidir. Məhkəmə, iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, ekspertizası tədqiqatının dəyərinin əvəzi olaraq İddiaçı 100 manat tutularaq X8 hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən geri alınması və sair tələbinə dair iddia tələbi təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul İddiaçı alınaraq X13, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-134/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-134/2024
16.04.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver