Məhkəmə qərarları › İş №2(067)-1342/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1342/2025

12.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1342/2025 12.06.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunın sədrliyi, Məhkəmə iclas katibi X2, Ərizəçi və onun vəkili Vəkil iştirakı ilə, Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1995-ci ildən hazıra kimi Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında 1995-ci ildən hazıra kimi daimi yaşaması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, o, Ərizəçi 01 yanvar 1978-ci il tarixdə Gürcüstan Respublikası, Maxaradze rayonu, Laituri qəsəbəsində anadan olmuş, atası: gürcü milliyyətindən olan X6, anası: kürd milliyyətindən olan X10muşdur. O, bir yaşında olanda anası vəfat edib, nənəsi onu Rusiya Federasiyasının Krasnodar diyarına aparmışdır. 1995-ci ildə Azərbaycan Respublikasının vətəndaşı Gürcu oğlu Camal ilə ailə qurub Xaçmaz rayonu, Xudat şəhəri, 2-ci şöbəyə köçmüşdür. Lakin aralarında nikah qeyd edilməmişdir. 2010-cu ilə kimi Xudat şəhəri, 2-ci şöbədə daimi yaşamış, övladı olmamışdır. Ona görə də, Camal Gürcü oğlundan boşanıb Xudat şəhərində 2-3 ay kirayədə tək yaşamışdır. 2010-cu ildə Azərbaycan Respublikasının vətəndaşı X5 ilə nikah qeyd etdirmədən ailə qurmuş və həmin vaxtdan hazıra kimi Xudat şəhəri, Əbilov küçəsi, 57 nömrəli evdə yaşayır. Onların övladı X7 xx.xx.2011-ci il tarixdə anadan olmuşdur. Oğlu Azərbaycan Respublikasının vətəndaşıdır. O özü hazırda heç bir ölkənin vətəndaşı deyil. Rusiya Federasiyasının, Gürcüstan Respublikasının və Azərbaycan Respublikasının vətəndaşı olmaması barədə müvafiq arayışlar mövcuddur. Həmin arayışları ərizəsinə əlavə etmişdir. 1995-ci ildən hazıra kimi Xaçmaz rayonu, Xudat şəhərində daimi və fasiləsiz yaşamağı barədə qonşuları yaxşı bilir və məhkəmədə təsdiq edə bilərlər. Bundan əlavə, Azərbaycan Respublikasında torpaq islahatı keçirilən zaman Xaçmaz rayon AİK-nin 24 iyun 1998-cı ıl tarixli 08 nömrəli qərarı ilə ərinin ailə üzvləri ilə birlikdə ona da 1.59 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin ona verilməsinə dair JN 0056 nömrəli, 30202005 kodlu, xx.xx.1998-ci il tarixli Dövlət Aktı və "Çıxarışlar" işlənmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixii qərardadı ilə ərizəsi baxılmamış saxlanmışdır və onun anadan olduğu Gürcüstan Respublikasının vətəndaşı olmadığı barədə arayış tələb olunmuşdur. xx.xx.2022-ci il tarixdə bu məsələ ilə əlaqədar məhkəməyə müraciət etmişdir. Xaçmaz Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixli qərardadı ilə həmin ərizəsi və əlavə edilmiş sənədləri geri qaytararaq bildirmişdir ki, maraqlı şəxsin ünvanı göstərilərək yenidən müraciət etsin. Odur ki, maraqlı şəxsin ünvanını yazmaqla yenidən məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəsini müdafiə etdiyini bildirmişdir. Məhkəmə iclasında Ərizəçi vəkili Vəkil izahatında göstərmişdir ki, ərizəni müdafiə edir. Onun adına 4 sot yarım torpaq sahəsi var. Həmin yeri övladının adına keçirmək istəyir. Lakin ərizəçi 1995-ci ildən Azərbaycan Respublikasında yaşayır. Heç bir dövlətin vətəndaşı deyil, 1 yaşında Rusiyaya gedib. 1995-ci ildə Azərbaycana gəlib. Gürcüstan Rüspublikası və Rusiya Federasiyasının arayışlarına əsasən o həmin ölkələrin vətəndaşı deyil. Qonşuları da onun illərdir burada yaşamasını şahidlik edərək təsdiqləyə bilər. Onun adına Aqrar İslahat Komissiyası tərəfindən torpaq sahəsi də ayrılmışdır. Ərizəçi xx.xx.1978-ci il tarixdə Gürcüstan Respublikası, Maxaradze rayonu, Laiturı qəsəbəsində anadan olmuşdur. Xudat şəhərində yaşayır. Atası milliyyətcə gürcü - X6, anası kürd - X10muşdur. O, bir yaşında olanda anası vəfat edib və nənəsi onu Rusiya Federasiyasının Krasnodar diyarına aparmışdır. 1995-ci ildə Azərbaycan Respublikasının vətəndaşı Gürcu oğlu Camal ilə ailə qurub Xaçmaz rayonu, Xudat şəhəri, 2-ci şöbəyə köçmüşdür. Lakin aralarında nikah qeyd edilməmişdir. 2010-cu il kimi Xudat şəhəri, 2-ci şöbədə daimi yaşamış, övladı olmamışdır. Ona görə də, Camal Gürcü oğlundan boşanıb Xudat şəhərində 2-3 ay kirayədə tək yaşamışdır. 2010-cu ildə Azrbaycan Respublikasının vətəndaşı X5 ilə nikah qeyd etdirmədən ailə qurmuş və həmin vaxtdan hazıra kimi Xudat şəhəri, Əbilov küçəsi, 57 nömrəli evdə yaşayır. Bu birgə yaşayışlarından X7 xx.xx.2011-cl il tarixdə anadan olmudur. Oğlu Azərbaycan Respublikasının vətəndaşıdır. O, özü hazırda heç bir ölkənin vətəndaşı deyil. Rusiya Federasiyasının Gürcüstan Respublikasının və Azərbaycan Respublikasının vətəndaşı olmadığı barədə müvafiq arayışları var. Həmin arayışlar ərizəsinə əlavə edilib. 1995-ci ildən hazıra kimi Xudat şəhərində daimi və fasiləsiz yaşamağı barədə qonşuları bilir və məhkəmədə təsdiq edə bilər. Bundan əlavə Azərbaycan Respublikasında torpaq islahatı keçirilən zaman Xaçmaz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı ilə ailə üzvləri ilə birlikdə ona da 1.59 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin ona verilməsinə dair Dövlət Aktı və Çıxarışlar vardır. Çox kasıb ailədirlər. Həyat yoldaşı vəfat edib. Qaynanası xəstədir. Şəxsiyyət vəsiqəsi olmadığı üçün heç yerdə işə qəbul olunmur. O, heç bir ölkənin vətəndaşı deyil. Xahiş edir ərizəsi təmin edilsin. Əvvəlki məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Respublikaı Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X11 izahatında göstərmişdir ki, ərizə ilə tanışdır. Onun iddiaya etirazı yoxdur. Məhkəmə ərizəçinin, onun vəkilinin izahatlarını dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Ərizəçi ünvanladığı xx.xx.2022-ci il tarixli, 08/-K-140 saylı məktubundan müəyyən olunur ki, Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyindən Azərbaycan Respublikasnın Dövlət Miqrasiya Xidmətinə daxil olmuş 12 may 2022-ci il tarixli 12/14478 nömrəli məktubda Ərizəçi Gürcüstan vətəndaşı hesab edilmədiyi qeyd olunmuşdur. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2015-ci il tarixli, 1500 saylı məktubundan müəyyən olunur ki, xx.xx.2011-ci ildə Quba şəhərində anadan olmuş X7 Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı sayılır. - doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 xx.xx.2011-ci ildə Quba şəhərində anadan olmuşdur. Ata qrafasında X4 oğlu, ana qrafasında isə Ərizəçi qeyd edilmişdir. - Xaçmaz rayon Xudat İƏD-nin xx.xx.2021-ci il tarixli, 988 saylı Arayışından müəyyən olunur ki, Ərizəçi həqiqətən də 1995-ci ildən Xaçmaz rayon Xudat şəhərində yaşayır. Halhazırda ünvan 1 ünvanda yaşayır. - Azərbaycan Respublikası Torpağa Mülkiyyət hüququna dair kod-30202005, JN-0056 saylı Dövlət Aktından müəyyən olunur ki, X3 və ailə üzvləri X8, X16, Qaxadze İrmaya Azərbaycan Respublikasında torpaq islahatı keçirilən zaman Xaçmaz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı ilə ailə üzvlərinə 1.59 ha torpaq sahəsi verilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan müəyyən olunur ki, X9 xüsusi mülkiyyətinə Xudat şəhər ərazisindən 0.7289 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi Ərizəçi və başqalarının ümumi birgə mülkiyyətindədir. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Ərizəçi ünvanladığı xx.xx.2021-ci il tarixli, 1133 saylı məktubundan müəyyən olunur ki, Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyindən müvafiq arayışı əldə etdikdən (Gürcüstan vətəndaşı olmaması haqqında) və heç bır dövlətin vətəndaşlığına mənsub olmaması məhkəmə qaydasında müəyyən edildikdən sonra onun Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edə biləcəyi bildirilmişdir. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın nəticəsinə dair 03 mart 2022-ci il tarixli, ******* saylı Arayışdan müəyyən olunur ki, 01 yanvar 1978-ci il təvəllüdlü Ərizəçi 48568/m nömrəli, 28 fevral 2022-ci il tarixli müraciətinə baxılaraq, onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2024-cü il tarixli, № 3-37/2- K-397-26-1-08-1471/2024-cü nömrəli Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın nəticəsinə dair Arayışdan müəyyən olunur ki, təqdim edilmiş sənədlərə əsasən aparılan icraat nəticəsində xx.xx.1978-ci il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti araşdırılmış və onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı barədə xx.xx.2022-ci il tarixli ******* nömrəli inzibati akt (arayış formasında) qəbul edilmişdir. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri baş İdarəsinin Ərizəçi ünvanladığı xx.xx.2022-ci il tarixli, 08/h-K-140 saylı məktubundan müəyyən olunur ki, Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyindən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə daxil olmuş 12 may 2022-ci il tarixli 12/14478 nömrəli məktubda onun Gürcüstan vətəndaşı hesab edilmədiyi qeyd olunmuşdur. - Doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1978-ci ildə X1 rayonu, Laituru qəsəbəsində anadan olmuşdur. Məhkəmə ərizə ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarının 12-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası MPM-nin 307.2.10-1-ci maddəsin əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktını müəyyən edərkən mütləq mövcud qanunvericiliyin tələblərini rəhbər tutmalıdırlar. Sözügedən Qanunun 14-cü maddənin 4-cü hissəsində göstərilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda, keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən şəxsin Azərbaycan Respublikasının vətəndaşı olması kimi faktın müəyyən edilməsi yolverilməzdir. Göründüyü kimi, ərizəçi 1995-ci ildən Azərbaycan Respublikasında daimi yaşayır, eyni zamanda heç bir dövlətin vətəndaşlığına mənsub deyildir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və ərizəçinin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı müəyyən edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, hüquqi əhəmiyyəti olan fakt məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla təsdiq edilir, ona görə ərizə təmin edilməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i Ərizə təmin edilsin. xx.xx.1978-ci il tarixdə Gürcüstan Respublikası, Maxaradze rayonun Laituri qəsəbəsində anadan olmuş Ərizəçi Aftandilovnanın heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə 1995-ci ildən hazıra kimi Azərbaycan Respublikasında daimi yaşaması faktı müəyyən edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar