Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1351/2021 23.11.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi X6, İddiaçı Xaçmaz rayonunun X5 sədri vəzifəsini icra edən X1 iştirakları ilə İddiaçı Xaçmaz rayonunun X5 Cavabdeh qarşı “Torpağın alqı-satqısına dair aktın, torpağa mülkiyyət hüququna dair dövlət aktının və reyestrdən çıxarışın ləğv edilməsi tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Xaçmaz rayonunun X8 Cavabdeh Firidun oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayonunun X5 19 avqust 2003-cü il tarixli, 10 saylı qərarı əsasında bağlanmış alqı-satqı müqaviləsinin, torpağa mülkiyyət hüququna dair JN- 607 seriyalı, 30212018 kodlu dövlət aktının və həmin akt əsasında verilmiş daşınmaz əmlakın dövlət qeydiyyatına dair reyestrdən çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Xaçmaz rayonunun X5 sədri vəzifəsini icra edən X3 Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddianın həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Xaçmaz rayonunun X5 15 noyabr 2021-ci il tarixli, 12 saylı qərarı ilə X5 mülkiyyətinə aid olmuş Köhnə Xudat kəndi ərazisindən 0,39 ha torpaq sahəsinin Cavabdeh satılması barədə X5 19 avqust 2003-cü il tarixli, 10 nömrəli qərarı ləğv edildiyindən qeyd olunan qərara əsasən Cavabdeh Xaçmaz rayonunun Köhnə Xudat kəndi ərazisindən 0,39 ha torpaq sahəsinin satılması barədə 31 oktyabr 2003-cü il tarixdə qeydə alınmış alqı-satqı aktının, həmin akt və ləğv edilmiş qərar əsasında cavabdehin adına işlənmiş 08 may 2006-cı il tarixli, JN-607 seriyalı, 30212018 kodlu dövlət aktının və həmin dövlət aktı əsasında verilmiş 10 oktyabr 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətli nümayəndəsi iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı Xaçmaz rayonunun X5 sədri vəzifələrini icra edən sədr müavini X3 iddianı hazırki həcmdə müdafiə edərək izahatında göstərdi ki, Xaçmaz rayonunun X5 10.06.2016-cı il tarixli, 09 saylı qərarına əsasən Köhnə-Xudat Bələdiyyəsinin mülkiyyətində olan 0.04 ha torpaq sahəsinin kommersiya obyektinin tikintisi məqsədi ilə hərraca çıxarılaraq satılması üçün torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydə alınması qərara alınmışdır. Bundan sonra qanunvericiliyin tələblərinə əsasən mülkiyyət hüquqlarının qeydə alınması üçün bütün lazım olan zəruri sənədlər, rəylər, torpaq sahəsinin koordinatları və digər lazımı sənədlər toplanılmışdır. Sənədlər hazır olduqdan sonra bələdiyyənin torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün bütün sənədlər DƏDRX-nin 5 saylı Ərazi idarəsinə təqdim edilmiş və İdarənin bələdiyyəyə ünvanladığı 06 noyabr 2018-ci il tarixli məktuba əsasən bildirilmişdir ki, qeyd edilən torpaq sahəsi digər şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyündən çıxarışın verilməsindən imtina edilir. Bundan sonra araşdırmalar zamanı müəyyən olunmuşdur ki, qeyd edilən torpaq sahəsi JN:607 KOD30212018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən çıxarış almış Cavabdeh Firuddin oğluna məxsus 0.39 ha torpaq sahəsi ilə üst-üstə düşüb. JN:607 KOD30212018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı əldə edildikdən sonra məlum olmuşdur ki, qeyd edilən 0.39 ha torpaq sahəsi Xaçmaz rayonunun X5 19 avqust 2003-cü il tarixli 10 saylı qərarı ilə satılmışdır. Lakin araşdırma zamanı müəyyən olunmuşdur bələdiyyənin xəritəsində Cavabdeh Firuddin oğluna 0.10 ha torpaq sahəsi ayrılmışdır. Bundan sonra arxivdən ilkin sənədlər qaldırılıb baxıldıqdan sonra ilkin alqı-satqı müqaviləsində, qərarda və digər sənədlərə sonradan ölçülər, qiymətlər və sair hissələr pozularaq (məsələ "0.10" hissəsində "0.39"-za düzəliş edilərək) sənədlərin saxtalaşdırıldığı və JN:607 KOD30212018 saylı dövlət aktının alındığı məlum olmuşdur. JN:607 KOD30212018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının alınması üçün sənədlərdə belə sonradan düzəlişin edilməsi açıq aydın görünməsinə baxmayaraq, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən, sənədlər qanunsuz olaraq icraata götürülərək akt verilsə də, bu akt xəritələrə otuzdurulmamış və elekrtron bazada olmamışdır. Çünki bu akt elektron bazada və xəritələrə oturmuş olsa idi belə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerində yaradılmış Əmlak Məslələri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrsı və ünvan Reyestri Xidməti və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin 5 saylı Layihə Tədqiqat İdarəsi tərəfindən bələdiyyəyə 28 sentyabr 2016-cı ildə Torpaq Sahəsinin planı və kordinatları verilməzdi. Çünki bir bazada üst-üstə iki şəxsə aid kordinatlar yerləşdirilə bilməzdi. Bütün yuxarıda sadalanlara əsasən məlum olmuşdur ki, bələdiyyənin ilkin torpaq ayırma sənədləri və qərarları saxtalaşdırılmış, bunun əsasında saxta JN:607 KOD30212018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmiş və bələdiyyənin mülkiyyətində olan torpaq sahəsi qanunsuz olaraq əlavə 29 sot torpaq sahəsi mənimsənilməklə bununla da bələdiyyənin hüquqları kobud şəkildə pozulmuşdur. Bu faklar əsasında işə məhkəmədə mahiyyəti üzrə baxılıb qərar qəbul edilənədək Xaçmaz rayonunun X8 15 noyabr 2021-ci il tarixli, 12 saylı qərarı ilə X5 mülkiyyətinə aid olmuş Köhnə Xudat kəndi ərazisindən 0,39 ha torpaq sahəsinin Cavabdeh satılması barədə X5 19 avqust 2003-cü il tarxili, 10 saylı iclas protokolunun qərarı ərazinin baş planına uyğun olmadığına, plan cizgi ölçülərində uyğunsuzluqlar olduğuna görə və torpaqayırma sənədləri həmin dövrdə qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi üçün ləğv edilmişdir. Həmin qərarın surəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsinə, Xaçmaz rayon məhkəməsinə və cavabdehə rəsmi olaraq təqdim edilmişdir. Hazırki günədək cavabdeh tərəfindən qərara münasibət bildirilməmiş və qərar çıxarıldığı gündən qüvvədədir. Hesab edir ki, cavabdehə torpaq sahəsi satılmasına dair X5 19 avqust 2003-cü il tarixli 10 saylı qərarı ləğv edildiyindən həmin qərarın yaratdığı hüquqi nəticələr olan Cavabdeh Xaçmaz rayonunun Köhnə Xudat kəndi ərazisində 0,39 ha torpaq sahəsinin satılması barədə 31 oktyabr 2003-cü il tarixdə qeydə alınmış alqısatqı aktı, həmin akt və qərar əsasında cavabdehin adına işlənmiş 08 may 2006-cı il tarixli, JN-607 seriyalı, 30212018 kodlu dövlət aktı və həmin dövlət aktı əsasında verilmiş 10 oktyabr 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Göstərilənlərə əsasən iddianın hazırki həcmdə təmin edilməsini, Xaçmaz rayonunun Köhnə-Xudat Bələdiyyəsinin 19 avqust 2003-cü il tarixli, 10 nömrəli qərarına əsasən Cavabdeh Xaçmaz rayonunun Köhnə Xudat kəndi ərazisində 0,39 ha torpaq sahəsinin satılması barədə 31 oktyabr 2003-cü il tarixdə qeydə alınmış alqı-satqı aktının, həmin akt və ləğv edilmiş qərar əsasında cavabdehin adına işlənmiş 08 may 2006-cı il tarixli, JN-607 seriyalı, 30212018 kodlu dövlət aktının və həmin dövlət aktı əsasında verilmiş 10 oktyabr 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında dindirilmiş Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Xaçmaz rayonunun X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayonunun X5 19 avqust 2003-cü il tarixli, 10 saylı qərarı əsasında bağlanmış alqı-satqı müqaviləsinin, torpağa mülkiyyət hüququna dair JN-607 seriyalı, 30212018 kodlu dövlət aktının və həmin akt əsasında verilmiş daşınmaz əmlakın dövlət qeydiyyatına dair reyestrdən çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, Xaçmaz rayonunun X2 qarşı iddiasını əsassız hesab edir. Belə ki, Xaçmaz rayonunun X5 19 avqust 2003-cü il tarixli, 10 saylı qərarı əsasında onun mülkiyyətinə Xaçmaz rayonunun Köhnə Xudat kəndi ərazisindən 0,39 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Həmin bələdiyyə qərarı əsasında sonradan adına mülkiyyət sənədi işlənmişdir. Torpaq sahəsi mülkiyyətinə qanuna uyğun şəkildə verilmiş, heç bir qanun pozuntusuna yol verilməmişdir. Torpaq sahəsinin sərhədlərində hər hansı qanunsuz müdaxilə, hər hansı qanunsuz sənədin alınması halı olmamışdır. 2003-cü ildən həmin torpaq sahəsindən istifadə edir. Bu məsələyə Sumqayıt İnzibati məhkəməsində də baxılmışdır. Hesab edir ki, iddiaçı Xaçmaz rayonunun X2 qarşı iddiası əsassızdır, ona görə də iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz rayonunun X5 19 avqust 2003-cü il tarixli, 10 saylı qərarının surətindən görünür ki, Xaçmaz rayonunun X5 qeyd olunan qərarı əsasında Xaçmaz rayonunun Köhnə Xudat kəndi ərazisindən Cavabdeh kafe və digər ticarət obyektinin tikilməsi üçün 0,39 ha torpaq sahəsinin satılmasına icazə verilmişdir. İş materiallarında olan 31 oktyabr 2003-cü il tarixdə 102 nömrə ilə qeydə alınmış torpaq sahəsinin alqı-satqısına dair aktın surətindən görünür ki, Xaçmaz rayonunun X5 19 avqust 2003-cü il tarixli, 10 saylı qərarı əsasında Cavabdeh Xaçmaz rayonunun Köhnə Xudat kəndi ərazisindən 0,39 ha torpaq sahəsi satılmışdır. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-0607 seriuyalı, 30212018 kodlu Dövlət aktının surətindən görünür ki, Xaçmaz rayonunun X5 19 avqust 2003-cü il tarixli, 10 saylı qərarı əsasında Cavabdeh mülkiyyətinə Xaçmaz rayonunun Köhnə Xudat kəndi ərazisindən 0,39 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan RX seriyalı, ******* nömrəli, **********96 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 10 oktyabr 2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Xaçmaz rayonunun Köhnə Xudat kəndi ərazisindən 0,39 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına qeydə alınmışdır. İş materiallarında olan Xaçmaz rayonunun X5 10 iyun 2016-cı il tarixli, 09 saylı qərarından çıxarışın surətindən görünür ki, Xaçmaz rayonunun X5 ərazisindən 0,04 ha torpaq sahəsinin kommersiya obyektinin tikintisi məqsədilə satılması üçün hərraca çıxarılması ilə əlaqədar həmin torpaq saəhsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılması qərara alınmışdır. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin 13 iyun 2016-cı il tarixli, 290 nəmrəli rəyinin və həmin rəyə əlav edilmiş ərazinin baş planından və ərazinin xəritəsindən çıxarışın surətlərindən görünür ki, Xaçmaz rayonunun X5 10 iyun 2016-cı il tarixli, 09 saylı qərarı əsasında satılması nəzərdə tutlan 400 kv.m torpaq sahəsi X5 mülkiyyətinə aiddir və ərazi elektrik, rabitə, nəqliyyat, su, kanalizasiya və digər kommunikasiya xidmətinin mühafizə zolağında yerləşmir. Ona görə də həmin torpaq sahəsinin tikinti norma və qaydalarına əməl etmək şərti ilə kommersiya və sahibkarlıq məqsədilə satılması qanunamüvafiqdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 13 saylı Ərazi şöbəsinə ünvanladığı 25 yanvar 2017-ci il tarixli məktubun surətindən görünür ki, Xaçmaz rayonunun X5 10 iyun 2016-cı il tarixli, 10 nömrəli məktubu əsasında 0,04 ha torpaq sahəsinə hüquqların dövlət qeydiyyatının alınması ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin 13 saylı Ərazi şöbəsindən müvafiq rəy verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin 13 saylı Ərazi şöbəsi tərəfindən verilmiş 25 yanvar 2017-ci il tarixli rəyin, həmin rəyə əlavə edilmiş xidməti məktub, torpaq sahəsinin vəziyyətini müəyyən edən müayinə aktının, torpaq sahəsinin plan və cizgisini müəyyən texniki sənədin və torpaq sahəsinə baxış barədə aktın surətlərindən görünür ki, Xaçmaz rayonunun X8 ərazisindən Bələdiyyənin ehtiyat fonduna aid olan 0,04 ha torpaq sahəsi tədqiq edilmiş və həmin torpaq sahəsi alqı-satqı predmeti hesab edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Xaçmaz rayonunun X7 ünvanladığı 06 noyabr 2018-ci il tarixli məktubun surətindən görünür ki, Xaçmaz rayonunun X8 reyestr xidmətinə müvafiq sənədləri təqdim etməklə 0,04 ha torpaq sahəsinə dair Bələdiyyənin adına mülkiyyət hüququna dair çıxarış verilməsini və torpaq sahəsinin plan və ölçülərinin hazırlanmasını xahiş etmişdir. Təqdim edilmiş sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, Xaçmaz rayonunun X5 27 mart 2018-ci il tarixli, 04 saylı qərarına əsasən kommersiya obyektinin tikintisi məqsədilə satılması məqsədilə açıq hərrac keçirilməsi üçün mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət olunmuş 0,04 ha torpaq sahəsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən dövlət reyestrindən çıxarışla digər şəxsin adına məxsus olan torpaq sahəsinin üzərina düşür. Ona görə də həmin torpaq sahəsinin Bələdiyyənin mülkiyyəti kimi qeydə alınmasında imtina edilmişdir. İş materiallarında olan Xaçmaz rayonunun X5 15 noyabr 2021-ci il tarixli, 12 saylı qərarının surətindən görünür ki, Xaçmaz rayonunun X8 15 noyabr 2021-ci il tarixli, 12 saylı qərarı ilə X5 mülkiyyətinə aid olmuş Köhnə Xudat kəndi ərazisindən 0,39 ha torpaq sahəsinin Cavabdeh satılması barədə X5 19 avqust 2003-cü il tarxili, 10 saylı iclas protokolunun qərarı ərazinin baş planına uyğun olmadığına, plan cizgi ölçülərində uyğunsuzluqlar olduğuna, torpaq sahəsi hərrac və müsahibə keçirilmədən birbaşa satılması qərara alındığından və torpaqayırma sənədləri həmin dövrdə qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi üçün ləğv edilmişdir. İş materiallarında olan məktubun surətindən görünür ki, Xaçmaz rayonunun X5 15 noyabr 2021-ci il tarixli, 12 saylı qərarının surəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsinə göndərilmişdir. İş materiallarında olan 16 noyabr 2021-ci il tarixli sifarişli-xəbərdarlıqlı poçt qəbzinin surətindən görünür ki, Xaçmaz rayonunun X5 15 noyabr 2021-ci il tarixli, 12 saylı qərarı Cavabdeh poçt vasitəsilə göndərilmişdir. İş materiallarında olan poçt xəbərnaməsinin surətindən görünür ki, Xaçmaz rayonunun X5 15 noyabr 2021-ci il tarixli, 12 saylı qərarı 17 noyabr 2021-ci il tarixdə Cavabdeh rəsmi qaydada çatdırılmışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 103-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Həmin maddənin 2-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə tərəflər razı olmadıqda, mübahisələrə qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəmədə baxılır. Həmin maddənin 3-cü bəndinə əsasən torpaq münasibətləri ilə əlaqədar olan əmlak mübahisələri, o cümlədən vurulan zərərin ödənilməsinə və həcminin müəyyən edilməsinə dair mübahisələr qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən həll edilir. Həmin maddənin 4-cü bəndinə əsasən rayonların (şəhərlərin) daxilində torpaq üzərində mülkiyyət, torpaqdan istifadə məsələləri üzrə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin mübahisələrinə müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və məhkəmə tərəfindən baxılır. Həmin maddənin 5-ci bəndinı ısasın rayon (şəhər) daxilində yaşayış məntəqələrinin hüdudlarının müəyyən edilməsinə dair mübahisələrə müvafiq icra hakimiyyəti orqanı və bələdiyyə tərəfindən baxılır. Tərəflər onların qərarı ilə razı olmadıqda, yuxarı dövlət orqanlarına və ya məhkəməyə müraciət edə bilərlər. Həmin Məcəllənin 108-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq mübahisələrinə dair müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı qəbul edildiyi andan qüvvəyə minir. Qərardan müvafiq məhkəməyə şikayət verilməsi onun icrasını dayandırır. Həmin maddənin 2-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin torpaq mübahisəsinə dair qərarının icrasına nəzarəti müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Həmin maddənin 3-cü bəndinə əsasən torpaq mübahisələrinə dair qərarların icrası qərar çıxaran orqan və ya yuxarı orqan tərəfindən dayandırıla və ya onun müddəti uzadıla bilər. İş materiallarından müəyyən olunur ki, Xaçmaz rayonunun X5 15 noyabr 2021-ci il tarixli, 12 saylı qərarı Cavabdeh rəsmi qaydada verilsə də cavabdeh bələdiyyə qərarından müvafiq məhkəməyə şikayət verməsi barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, bələdiyyə qərar qəbul edildiyi andan qüvvəyə mindiyindən və cavabdeh həmin qərardan müvafiq məhkəməyə şikayət verməsi barədə məhkəməyə məlumat vermədiyindən işə mahiyyəti üzrə baxılaraq qərar çıxarılmasını məhkəmə qanunamüvafiq hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 422.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Həmin Məcəllənin 422.2-ci maddəsinə əsasən əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 424.1.-ci maddəsinə əsasən müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmiş şəkildə saxlanılır. Həmin Məcəllənin 424.2.-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 424.3.-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnu tanınmasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5.-ci maddəsinə müvafiq olaraq mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o, cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş həddlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona sərəncam verə bilər. Həmin Məcəllənin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikasının «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına qoşulması milli məhkəmələr tərəfindən İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqini şərtləndirir. Konvensiyanın 46-cı maddəsi İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəyə malik olmasını təsbit edirsə, Konvensiyanın 32-ci maddəsi onların presedent əhəmiyyətinə malik olmasına zəmin yaradır. Həmin maddəyə müvafiq olaraq Avropa Məhkəməsinin Konvensiyanın hər hansı maddəsi ilə bağlı verdiyi şərh həmin maddənin tərkib hissəsinə çevrilir və ona görə də məcburi hüquqi qüvvə kəsb edir. Milli məhkəmələr üçün həmin presedentlərin mahiyyəti ondan ibarətdir ki, məhkəmələr onu əvvəllər Avropa Məhkəməsi tərəfindən baxılan işlərə bənzər işlərdə tətbiq etməlidirlər. İş üzrə Cavabdeh iddia tələbinə etirazının əsası kimi mübahisələndirilən torpaq sahəsini qanuni sənədlərlə və əsaslarla əldə etdiyini göstərsə də öz etirazının əsasını təsdiq edən sənədi və sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı isə Xaçmaz rayonunun X8 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə bələdiyyəyə məxsus 0,04 ha torpaq sahəsinə bələdiyyənin hüquqlarının qeydə alınması ilə bağlı müraciət etdikdə həmin 0,04 ha torpaq sahəsinin Cavabdeh adına qeydə alınmış 0,39 ha torpaq sahəsinin üzərinə düşdüyü, sonradan bununla əlaqədar olaraq bələdiyyə tərəfindən araşdırma aparılarkən X5 mülkiyyətinə aid olmuş həmin kəndin ərazisindən 0,39 ha torpaq sahəsinin Cavabdeh satılması barədə X5 19 avqust 2003-cü il tarxili, 10 saylı iclas protokolu üzrə qərarın ərazinin baş planına uyğun olmadığı, plan cizgi ölçülərində uyğunsuzluqlar olduğu, torpaq sahəsi hərrac və müsahibə keçirilmədən birbaşa satılması qərara alındığı və torpaqayırma sənədləri həmin dövrdə qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi müəyyən edildiyindən göstərilən səbəblərdən Xaçmaz rayonunun X5 15 noyabr 2021-ci il tarixli, 12 saylı qərarı ilə həmin bələdiyyənin 19 avqust 2003-cü il tarxili, 10 saylı qərarı ləğv edilmişdir. Məhkəmə hesab edir ki, 31 oktyabr 2003-cü il tarixdə qeydə alınmış alqı-satqı aktının, həmin akt və ləğv edilmiş qərar əsasında Cavabdeh adına işlənmiş 08 may 2006cı il tarixli, JN-607 seriyalı, 30212018 kodlu dövlət aktının və həmin dövlət aktı əsasında verilmiş 10 oktyabr 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinin əsasını təşkil edən Xaçmaz rayonunun X5 19 avqust 2003-cü il tarxili, 10 saylı qərarı bələdiyyənin 15 noyabr 2021-ci il tarixli, 12 saylı qərarı ilə ləğv edildiyindən, ləğv edilmiş bu qərar hazırda hüquqi qüvvəsini itirdiyindən, bələdiyyə tərəfindən qəbul olunmuş yeni qərar hazırda qüvvədə olduğundan hazırki vəziyyətdə iddiaçı tərəfin tələbi hazırda tələb olunan həcmdə əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə hazırda məhkəmə araşdırması zamanı iddia tələbinin hazırki həcmdə əsaslı olduğu tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddia hazırki həcmdə təmin edilməli, Xaçmaz rayonunun Köhnə Xudat kəndi ərazisindən Cavabdeh 0,39 ha torpaq sahəsinin satılması barədə 31 oktyabr 2003-cü il tarixdə qeydə alınmış alqı-satqı aktı, həmin akt və ləğv edilmiş qərar əsasında Cavabdeh adına işlənmiş 08 may 2006-cı il tarixli, JN-607 seriyalı, 30212018 kodlu dövlət aktı və həmin dövlət aktı əsasında verilmiş 10 oktyabr 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı Xaçmaz rayonunun X8 iddianın qaldırılması ilə bağlı dövlət büdcəsinə ödədiyi 20 manat rüsumu tələb etmədiyinə görə dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 0,39 ha torpaq sahəsinin satılması barədə 31 oktyabr 2003-cü il tarixdə qeydə alınmış alqı-satqı aktı, həmin akt və ləğv edilmiş qərar əsasında Cavabdeh adına işlənmiş 08 may 2006-cı il tarixli, JN-607 seriyalı, 30212018 kodlu dövlət aktı və həmin dövlət aktı əsasında verilmiş 10 oktyabr 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilsin. İddianın qaldırılması ilə bağlı dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər Sədrlik edən Xıdır Quliyev.
Məhkəmə qərarları › İş №2(067)-1351/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1351/2021
23.11.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver