Məhkəmə qərarları › İş №2(067)-1361/2023

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1361/2023

31.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1361/2023 31.03.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlu, Ərizəçi işləmə faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi cavabdeh “işləmə faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər Məhkəmə ərizəni nəzərdən keçirib hesab edir ki, ərizə Azərbaycan Respublikası MPM-nin tələblərinə uyğun tərtib edilmədiyindən geri qaytarılmalıdır. Belə ki, ərizədən görünür ki, ərizədə imza olsa da, həmin imza ərizəçiyə məxsus deyil. İş materiallarında olan ərizəçinin şəxsiyyət vəsiqəsinin surətindən göründüyü kimi, şəxsiyyət vəsiqəsində olan imza ilə ərizədə olan imzalar kəskin şəkildə fərqlənir və vizual baxış zamanı müəyyən edilir ki, imzalar ayrı-ayrı şəxslərə məxsusdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.1.3-cü maddəsinə əsasən iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə də, ərizədən müəyyən olunur ki, ərizə onu imzalamağa səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Ərizə imzalanmadıqda yaxud onu imzalamağa səlahiyyəti olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda ərizə geri qaytarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə onu imzalamağa səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığı üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi geri qaytarılmalı, iddiaçılara izah olunmalıdır ki, göstərilən nöqsanları ardan qaldırıldıqdan sonra ərizə ilə məhkəməyə müraciət etmək hüquqları var. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi işləmə faktının müəyyən edilməsinə dair ərizəsi geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, göstərilən nöqsanları ardan qaldırıldıqdan sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları var. Qərardaddan 10 gün müddətinə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar