Məhkəmə qərarları › İş №2(067)-1372/2021

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1372/2021

29.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1372/2021 29.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlu, Ərizəçi işləmə faktının müəyyən edilməsinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM : Ərizəçi X1 xx.xx.2014-cü il tarixdə Azərbaycan Müəllimlər İnstitutunun Quba filialında filial direktorunun müavini işləməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni araşdıraraq müəyyən etdim ki, ərizə onu imzalamaq hüququ olmayan şəxs tərəfindən verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə əsasən fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Qanunvericiliyin göstərilən normalarının məzmunundan müəyyən edildiyi ki, fiziki şəxs yalnız özü üçün öz adından hüququ münasibətlərində iştirak edə bilər. Başqa sözlə hazırkı ərizə ilə müraciət etmək hüququ yalnız işləmə faktının müəyyən edilməsi tələb edilən şəxsin özünə məxsusdur. Göstərilənlərlə yanaşı Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizədən göründüyü kimi ərizəç həmin faktın müəyyən edilməsinin başqa qaydasının mümkün olmamasını təsdiq edən sənədi ərizəsinə əlavə etməmiş, mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına dair qanunvericilikdə müəyyən olunmuş prosessual qaydaya əməl etməmişdir. Bununla yanaşı Azərbaycan Respublikası MPM-in 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.Lakin, ərizəçi ərizəsində başqa şəxsin müvafiq müəssisədə işləməsi faktının müəyyən edilməsinin ona nə məqsəd üçün lazım olduğunu, onun üçün hansı hüquqi nəticələr yaratdığını əsaslandırmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizənin geri qaytarılması üçün Azərbaycan Respublikası MPM-in 152.1.1 (ərizənin forma və məzmununa riayət edilməməsi), 152.1.2 (ərizənin onu imzalamaq hüququ olmayan şəxs tərəfindən verilməsi) və 152.1.6-cı (məhkəməyə qədər pretenziya qaydasına əməl edilməməsi) Qeyd edilənlərə əsasən hesab edirəm ki, ərizə və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Ərizəçiyə izah olunmalıdır ki, göstərilən nöqsanları aradan qaldırmaqla, ərizəni imzalamaq hüququ olan şəxsdən müvafiq etibarnamə almaqla və digər nöqsanları aradan qaldırmaqla təkrar məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M : Ərizəçi işləmə faktının müəyyən edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olunmalıdır ki, ərizəni imzalamaq hüququ olan şəxsdən müvafiq etibarnamə almaqla və digər nöqsanları aradan qaldırmaqla təkrar məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlkin Xəlilov. İş № 2(067)-1372/2021 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətlər barədə protokol xx xxxxx 2021-ci il Xaçmaz şəhəri Mən Xaçmaz Rayon məhkəməsinin hakimi Xəlilov İlkin Ələkbər oğlu Tərəflərin iştirakı olmadan Ərizəçi işləmə faktının müəyyən edilməsinə dair iş üzrə məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Prosessual hərəkət 10:22-də başladı. Məhkəmə Ərizəçi işləmə faktının müəyyən edilməsinə dair ərizəsinin gerti qaytarılması barədə qərardad qəbul etdi. Prosessual hərəkət 10:24-də qurtardı. Hakim: İlkin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar