Məhkəmə qərarları › İş №2(067)-1375/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1375/2024

04.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1375/2024 04.07.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Ərizəçi, ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi şəxsin doğum faktının müəyyən müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək oğlu, yəni X2 29 aprel 2015-ci il tarixdə Xaçmaz rayonunda ev şəraitində anadan olması faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, onun 29 aprel 2015-ci il tarixdə Xaçmaz rayonunda ev şəraitində oğlan övladı anadan olmuşdur. Həmin uşağa ad olaraq Ramin adını qoymuşlar. Həmin vaxt o Murad Rüstəmov adlı şəxslə faktiki nikah münasibətlərində yaşamışdır və aralarında rəsmi nikah bağlanmamışdır. Hal hazırda X1 cəzaçəkmə müəssisəsəində cəza çəkməkdədir. Övladı ev şəraitində anadan olduğu üçün doğumu rəsmi olaraq heç yerdə qeydiyyata alınmamış, doğumunun qeydə alınması üçün heç bir tədbir görməmişdir. Nəticəsi olaraq oğlunun bu günə kimi nə doğum haqqında şəhadətnaməsi, nə də ki, şəxsiyyət vəsiqəsi yoxdur. Bu səbəbdən də ümumiyyətlə məktəb oxumamışdır. Hal-hazırda onun 9 yaşı vardır. İstəyir ki, özünə doğum haqqında şəhadətnamə, digər sənədləri hazırlasın. Övladının həqiqətən də 29 aprel 2015-ci il tarixdə Xaçmaz rayoununda ev şəraitində anadan olmağını anası şahidlərdə təsdiq edə bilərlər. Uşağının doğumunun qeydə alınıb müvafiq doğum haqqında şəhadətnamənin alınması üçün Maraqlı şəxsnə müraciət etmiş, həmin şöbənin rəisinin imzası ilə 22 fevral 2024-cü il tarixli məktubla ona rədd cavabı verilmişdir ki, doğum qeydi doğum haqqında tibbi şəhadətnamə olmadıqda məhkəmə qərarı əsasında aparılır. Həmin şəhadətnaməni təqdim edə bilmədiyi üçün doğumun qeydiyyat şöbəsində qeydə alınması mümkün deyildir. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahat vermiş və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Bildirmişdir ki, Muradla 2020-ci ildə ayrılmışlar, əlaqələri yoxdur. Muradın hansı cəzaçəkmə müəssisəsində cəza çəkdiyini bilmir. Muradla bir yerdə yaşayarkən uşağa münasibəti pis olmuş, uşağı döymüşdür. Murad uşağın atası olduğunu qəbul etmişdir. Məhkəmə iclasında ərizəçi nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahat vermiş və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Bildirmişdir ki, 29 aprel 2015-ci iİ tarixdə Xaçmaz ravonunda ev şəraitində ərizəçinin oğul övladı anadan olmuşdur. Uşağa Ramin adını qoyublar. Ərizəçi həmin vaxt Murad Rüstəmov adlı şəxslə faktiki nikah münasibətlərində vaşayıb və aralarında rəsmi nikah olmamışdır. Bu onların ikinci uşağıdır. Birinci uşaqları 2012-ci ildə anadan olub. X5 cəzaçəkmə müəssisəsində cəza çəkir. Hazırda Raminin 9 yaşı var. Uşaq bu vaxta qədər məktəbə getməyib. Uşaq üçün doğum haqqında şəhadətnamə hazırlayıb onun məktəbə getməsinə çalışırlar. İş üzrə Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 ifadəsində göstərmişdir ki, ərizəçi eltisidir, yəni onun mərhum əri ərizəçinin əri Muradın qardaşı olub. Münasibətləri yaxşıdır. 2015-ci ilin martın 15-də ərizəçinin qardaşı Rəfailə ərə gəlmişdir. Əri 2022-ci ildə ölmüşdür. O, evə gəlin gələndə Aynurə ilə Murad artıq ailə qurmuşdular. Onların uşağı 2015-ci ildə doğulub, lakin uşaq üçün sənəd almayıblar. O, gəlin gələndə onların bir nəfər böyük uşaqları da var idi. İkinci uşaqları Ramin ev şəraitində doğulub. Həmin vaxt o qayınanasıgildə olmuşdur. Muradın birinci arvadı gəlib evdə alimentə görə dava salmış, stressdən Aynurə uşağını evdə dünyaya gətirməli olmuşdur. Qayınanası doğuş olanda evdə olmuş, o gələndə görmüşdür ki, artıq uşaq doğulub. Doğuşu qaynanası ilə qonşuda yaşayan tibb bacısı qəbul etmişlər. Tibb bacısı ölmüşdür. Sonradan Aynurə ilə əri və uşaqlar Bakı şəhərinə gedib orada qalıblar. Muradın nə vaxt həbs edildiyini bilmir. Onun özünün də əri ilə nikahı olmamışdır, uşağı üçün atalıq müəyyən olunub. 29 aprel 2015-ci ildə doğulmuş uşağın doğum günü onun qızı ilə eyni gündədir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 ifadəsində göstərmişdir ki, ərizəçinin əri Muradın birinci arvadı olmuşdur. Onun 16 yaşlı bir qızı var. Uşaq doğulan gün o alimentlə bağlı qayınanasının evinə getmişdir. Orada mübahisə yaranmış və Aynurəni doğum sancısı tutmuşdur. Həmin vaxt evdə qayınanası, baldızı, onun uşaqları olmuşdur. Qonşunu da çağırmışlar, doğuş olmuşdur. Doğuş olandan sonra bir saat yarım orada qalmışdır. Doğuşu qaynanası ilə bir nəfər yaşlı qadın qəbul ediblər. Qayınanası ölmüşdür. Uşağın adı Ramindir. Fotoşəkillərdəki uşaq Ramindir. Onun qardaşı ilə bir şəklini o özü Novruz bayramında çəkmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş; -Maraqlı şəxs ərizəçiyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “xx.xx.2015-cu ildə doğulmuş övladınızın doğumunun qeydə alınıb-alınrnaması barədə müraciətinizə baxılmışdır. Müraciətinizlə bağlı 01.01,2015-xx.xx.2024-cü illər üzrə Maraqlı şəxs Vətəndaşlıq Vəziyyəti aktlarının arxivində saxlanılan akt qeydləri, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindəki məlumatlar yoxlanılmış və xx.xx.2015-ci il tarixdə doğulmuş uşağınızın doğumunun qeydə alınması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Naizrlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq Vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.5-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: 2.5.1 valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2 valideynlərin nikah haqqında şəhadətnaməsi; 2.5.3 doğum faktının vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.6 Bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilir. Göstərilənlərlə əlaqədar izah edirik ki, doğum haqqında tibbi şəhadətnamə olmadıqda, doğum faktı məhkəmə tərəfindən müəyyən edilir. Bununla əlaqədar məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur. Şəxsən gələ bilmədikdə isə notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında səlahiyyətli nümayəndə vasitəsilə müraciət edə bilər”. -«Xaçmaz rayon Mərkəzi Xəstəxanası» X6 xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, Xaçmaz rayon Qaraçı kənd sakini X2 29 aprel 2015-ci il tarixdə Xaçmaz RMX-da doğulması barədə və onun adına doğum haqqında tibbi şəhadətnamənin (F 103) alınması barədə heç bir məlumat yoxdur.. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi X1 ilə faktiki nikahlarından 29 aprel 2015-ci il tarixdə Xaçmaz rayonunda ev şəraitində X4 adlı övladı doğulmuşdur. Övladı ev şəraitində anadan olduğu üçün doğumu rəsmi olaraq heç yerdə qeydiyyata alınmamış, doğumunun qeydə alınması üçün heç bir tədbir görməmişdir və bunun gələcəkdə hansı hüquqi nəticələrə səbəb olacağına əhəmiyyət verməmişlər. Ərizəçinin müraciəti Maraqlı şəxsndə araşdırılmış, X2 doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2015-xx.xx.2024-cü illər üzrə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. Yuxarıda qeyd edilən hallarla müəyyən olunur ki, ərizəçinin müvafiq sənədi başqa qaydada əldə etməsi qeyri-mümkündür, ona görə ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmədə tədqiq edilmiş sübutlarla isə ərizənin əsaslı olması tam təsdiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11.-ci maddəsinə əsasən qanuvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Qərarın 4.3-cü bəndinə əsasən uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələbini, Ali Məhkəmənin Plenumunun anoloji işlərlə bağlı gəldiyi hüquqi nəticəni nəzərə alaraq, belə qənaətə gəlir ki, ərizəçinin müvafiq sənədi başqa qaydada əldə etməsi qeyri-mümkündür, ona görə o, hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədə tədqiq edilmiş sübutlarla isə ərizənin əsaslı olması tam təsdiq olunur. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.3-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X2 29 aprel 2015-ci il tarixdə Xaçmaz rayonunda ev şəraitində doğulması faktı müəyyən edilsin. Göstərilən vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının aparılaraq X2 adına doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar