Məhkəmə qərarları › İş №2(067)-1401/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1401/2024

16.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1401/2024 16.07.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X7, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.1951-ci ildə anadan olmuş X3 xx.xx.1944-cü ildə anadan olmuş və xx.xx.2018-ci il tarixdə vəfat etmiş atam X8 ilə doğma bacı-qardaş olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, o, xx.xx.1975-ci il tarixdə Xaçmaz şəhərində anadan olmuşdur. X1 və X20r. 20 yanvar 1976-cı il tarixdə Xaçmaz rayon VVAQ Şöbəsindən adına verilmiş İV-ЖГ № 302046 nömrəli doğum haqqında şəhadətnaməsində valideynləri kimi həmin şəxslər göstərilmişdir. Körpə yaşlarından valideynləri ayrılmış və onu doğma bibisi olan X2. Bibisi ilə birlikdə onun mülkiyyətində olan Xaçmaz şəhəri, N.ünvan 1 ünvanadır və ailə qurarkən o, bu evdən gəlin köçmüşdür. xx.xx.2006-cı il tarixdə Xaçmaz rayon VVADQ Şöbəsində rəsmi nikah qeyd etdirməklə vət. X35 ailə həyatı qurmuşdur, aralaında nikah rəsmiləşdirildikdən sonra o, ərinin soyadı olan “Babayeva” soyadını qəbul etdiyindən adına olan AZE № 00****** nömrəli şəxsiyyət vəsiqəsində soyadı “Babayeva” göstərilmişdir. O, hal-hazırda ailəsi ilə birlikdə nikah dövründə inşa etdirdikləri ünvan 2 ünvanda yerləşən evdə yaşayır. Doğma bibisi X9 mülkiyyətində olan ünvan 3-də tək yaşayır. X38 həmin mənzili sağlığında ona bağışlamaq istəyir. Bu məqsədlə onlar Xaçmaz rayon 1 saylı Notariat Ofisinə müraciət etdikdə aralarında mənzilə dair bağışlanma müqaviləsinin təsdiq edilməsindən imtina edilmişdir. Səbəbi olaraq onu göstərmişlər ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş doğma atası X4 doğum haqqmda şəhadətnaməsi tərəfindən təqdim edilməmişdir. Həmin sənəd təqdim olunmazsa X38nın atası Teymurşah Abasovla doğma bacı-qardaş olması müəyyən edilmir. Bağışlanma müqaviləsinin təsdiq edilməsi üçün mütləq bu hal öz təsdiqini tapmalıdır. Əks halda aralarında bağışlanma müqaviləsi təsdiq oluna bilməz. Halbuki X38 öz mənzilini ona təmənnasız bağışlamaq istəyir. O, atası X4 doğum haqqında arayışın verilməsi üçün Xaçmaz rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, həmin şöbənin rəisi Ü.Baxışovanın imzası ilə ona xx.xx.2024-cü il tarixli 05/Ç85 69 saylı arayış verilmişdir ki, xx.xx.1944-cü ildə Xaçmaz rayon Bostançı kəndində anadan olmuş X4 doğumu barəsində Xaçmaz rayon qeydiyyat şöbəsinin arxivində doğum haqqında akt qeydi aşkar olunmadı. Akt qeydi kitabları Xaçmaz rayon qeydiyyat şöbəsinin arxivində 1947-ci ilədək saxlanılmır. Doğum haqqında bərpa akt qeydi kitabları 1949-ctı ildən 1956-cı ilədək yoxlanılmışdır. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. O, dəqiq bilmir atası Teymurşah Abasovun doğum haqqında şəhadətnaməsi olub-olmayıb, evdə bu sənədi tapa bilməmişdir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət edir. Ərizəçi iddia ərizəsinə dəqiqləşmə ilə məhkəməyə müraciət edərək xx.xx.1951-ci ildə anadan olmuş X3 bibisi olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında ərizəçi ərizə ilə eyni məzmunlu izahat verərək, onun təmin edilməsini xahiş etdi. O, eyni zamanda qeyd etdi ki, hüquqi faktın təsdiq edilməsi bibisinin ona evi bağışlaması üçün lazımdır. İş üzrə Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən X29 göstərmişdir ki, ərizəçini tanıyır, ədavəti yoxdur. Ərizəçi tanıyır. Onun əmisi Abbasqulu ilə uşaqlıqdan dost olmuşlar. Xavərin atası Teymurşahı da, digər qardaşları Suleymanı da tanıyır. Hazırda təkcə Abbasqulu həyatdadır. Onlar 3 bacı, 3 qardaş olublar. Bacılarından isə Nurcahanı yaxşı tanıyır. O da həyatdadır. Nərimanovda beşmərtəbəli binada yaşayır. Məhkəmə iclasında şahid qismində ifadə verən X13 göstərmişdir ki, ərizəçini tanıyır, onunla ədavəti yoxdur. Ərizəçi onun qardaşının qızıdır. Atası Teymurşah idi. Onlar 3 qardaş, 3 bacı olmuşlar. Digər qardaşları isə rəhmətə gediblər. Bir qardaşının da adı Suleyman idi. Bacılarından isə Nurcahan həyatdadır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, X9 xx.xx.1951-ci ildə anadan olmuşdur. - Şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1975-ci ildə anadan olmuşdur. - Doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X9 xx.xx.1951-ci ildə anadan olmuş, ata qrafasına X10, ana qrafasında isə X21 qeyd edilmişdir. - Ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X8 xx.xx.2018-ci ildə ölmüşdür. - Nikahın bağlanması haqqında şəhadətnamədən müəyyən olunur ki, X35 ilə Ərizəçi xx.xx.2006-cı ildə nikaha daxil olmuşlar. - Qeydiyyat Vəsiqəsinin surətindən müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən mənzil X3 adına qeydə alınmışdır. - Milli Arxiv İdarəsinin Xaçmaz Rayon İH-nin Xaçmaz Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli Xaçmaz Rayon Qeydiyyat Şöbəsinə ünvanladığı məktubdan müəyyən olunur ki, X6 aid doğum haqqında akt aşkarlanmamışdır. - Arayışdan müəyyən olunur ki, X4 doğumu barəsində Xaçmaz Rayon Qeydiyyat Şöbəsinin arxivində doğum haqqında akt qeydi aşkar olunmamışdır. - Doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X22 xx.xx.1975-ci ildə anadan olmuş, ata qrafasına X8, ana qrafasında isə X30 qeyd edilmişdir. - Məhkəmə sorğusu əsasında məhkəməyə ünvanlanmış Xaçmaz Şəhər İƏD üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 5-49-1/2 48/2024 saylı məktubundan müəyyən olunur ki, ünvan 6 ünvanında yaşamış mərhum X14 və həyat yoldaşı X15 aşağıdakı ailə üzvləri vardır. X8- 2018-ci ildə vəfat edib, X16-1996 -cı ildə vəfat edib, X23-1948 təvəllüdlü, X17 1951-ci il təvəllüdlü, X18-1953-cü il təvəllüdlü və X13-1954-cü il təvəllüdlü. - Məhkəmə sorğusu əsasında məhkəməyə ünvanlanmış Xaçmaz Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli, məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyya informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış xx.xx.1914-cü ildə Xaçmaz rayonunda doğulmuş X5 Xaçmaz rayon qeydiyyat şöbəsində qeydə alınmış 3(üç) övladları olması barədə məlumat aşkar olunmamışdır. 1. X11-xx.xx.1951-ci il. 2. X18- xx.xx.1953-cü il. 3. X13- xx.xx.1954-cü il. X12- xx.xx.2009 ildə Xaçmaz şəhərində vəfat etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, xx.xx.1951-ci il tarixdə doğulmuş X9 ərizəçinin bibisidir. Bu fakt ərizəçinin izahatı, şahidlərin ifadələri və digər iş materialları ilə təsdiq olunur. Məhkəmə ərizə ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin: - 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. -307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. -309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 2-ci bəndindən görünür ki, məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Həmin Qərarın 2.1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, xx.xx.1951-ci il tarixdə doğulmuş X3 ərizəçinin bibisi olması faktı məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla təsdiq olunduğundan, ərizəçinin həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün olmadığından ərizə təmin edilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1951-ci il tarixdə doğulmuş X9 Ərizəçi bibisi olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar