Məhkəmə qərarları › İş №2(067)-1404/2022

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1404/2022

06.05.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1404/2022 06.05.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi torpaq sahəsinin eyniliyinin yoxlanılaraq təsdiq edilməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonu, Fərzəli Oba kəndində yerləşən JN-0228 KOD 30212068 saylı mülkiyyət hüququna dair dövlət aktı üzrə müəyyən edilmiş 1.44 ha torpaq sahəsinin 1.0 ha hissəsinə İddiaçı mülkiyyətçi hüququnun tanınması, torpaq sahəsinin İddiaçı məxsus, faktiki istifadəsində olan 1.0 ha torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi və torpaq sahəsinin mülkiyyət hüququna dair dövlət aktı olan 1.44 ha hissəsinin satılmış 1.0 ha torpaq sahəsi ilə eyniliyinin yoxlanaraq təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında Cavabdeh nümayəndəsi Nümayəndə bildirmişdir ki, hazırkı mülki iş üzrə tərəflər arasında eyni tələb üzrə eyni əsaslarla məhkəmədə mülki işə baxılıb və məhkəmənin bu barədə qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli 2(067)- 980/2021 saylı qətnaməsi mövcuddur. Ona görə də hazırkı mülki iş üzrə icraata xitam verilməsini xahiş edir. İddiaçı və maraqlı tərəflər DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Xaçmaz şəhər 1 saylı Notariat kontoruna məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilsə də, iddiaçı və maraqlı tərəflərin nümayəndələri heç bir üzrlü səbəb göstərmədən məhkəmə hazırlıq iclasına gəlməmişlər. Məhkəmə İddiaçı və maraqlı tərəflər DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin və Xaçmaz şəhər 1 saylı Notariat kontorunun nümayəndələrinin iştirakları olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(067)-980/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddiaçı ilə cavabdeh arasında olan torpaq mübahisəsi mahiyyət etibarı ilə əvvəlki mülki işlə eynilik təşkil edir. Hazırki iddia ərizəsində cavabdehə qarşı bir neçə oxşar tələb əlavə olunsa da, bu formal xarakter daşıyır. Həmçinin üçüncü tələb formal xarakterli olmaqla yanaşı, məhkəmə tərəfindən müəyyən edilə biləcək hala aid deyil və mahiyyəti üzrə ikinci tələblə eyni məna daşıyır. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Beləliklə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan İddiaçı Cavabdeh qarşı torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi və torpaq sahəsinin eyniliyinin yoxlanılaraq təsdiq edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 261-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARVERDİ: İş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar