Məhkəmə qərarları › İş №2(067)-1410/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1410/2025

29.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1410/2025 29.05.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək qızı X4 xx.xx.2005-ci il tarixdə Quba rayon Əliməmmədoba kəndində ondan, yəni Ərizəçi doğulması faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, qızı X9 xx.xx.2005-ci ildə Quba rayonu Əliməmmədova kəndində doğulmuş, atası X7, anası Ərizəçidır. Evdə doğulduğu üçün və onların nikahı olmadığından bu günə qədər qızı Vüsalə üçün doğum haqqında şəhadətnamə alınmamış və bu səbəbdən o şəxsiyyət vəsiqəsi ala bilməmişdir. Halhazırda ailə həyatı qurub və şəxsiyyət vəsiqəsi olmadığı üçün nikahı qeyd etdirə bilmir. Hara gedir ondan şəxsiyyət vəsiqəsi istənilir. Artıq bir müddət sonra öz övladı dünyaya gəlməlidir və müayinəyə getmək üçün xəstəxana ondan şəxsiyyət vəsiqəsi tələb edir. Qeydiyyat şöbəsindən qızı Vüsalənin doğum haqqında tibbi şəhadətnaməsi olmadığı üçün ona məhkəməyə müraciət etmək tövsiyyə olunub. Lakin qızı ev şəraitində doğulduğu üçün onun doğum haqqında tibbi şəhadətnaməsini təqdim edə bilmir. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahat vermiş və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Bildirmişdir ki, qızı Vüsalə ev şəraitində anadan olmuşdur. Onun üçün doğum haqqında şəhadətnamə almamışlar. O, Xaçmaz rayonunda qeydiyyatdadır, lakin Quba rayonunun Əliməmmədoba kəndində yaşayır. İş üzrə maraqlı şəxs Xaçmaz rayon Qeydiyyat şöbəsinin məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən X3 ifadəsində göstərmişdir ki, ərizəçi ilə qonşudur. Ərizəçinin qızı Vüsalə 2005-ci ilin may ayının 25-də ev şəraitində anadan olub. Ərizəçinin 2 qızı, 1 oğlu var. Ərizəçinin digər uşaqları ev şəraitində anadan olmamışdır. Ərizəçinin qızı Vüsalənin əkizi yoxdur. Təsdiq edir ki, həqiqətən də X10 adlı şəxs ev şəraitinə xx.xx.2005-ci il tarixdə anadan olmuşdur. Ərizəçinin 3 uşağ var-Nailə, Tunar və Vüsalə. Vüsalə ailə qurub, 1 uşağı var, həyat yoldaşının adı Elnurdur. Məhkəmə iclasında şahid qismində ifadə verən X6 ifadəsində göstərmişdir ki, ərizəçinin əri onun atası ilə əmioğludur. Ərizəçinin qızı Vüsalə evdə dünyaya gəlmişdir, həmin vaxt o həmin evdə olmuşdur. Vüsalə tək dünyaya gəlib, onun əkizi yoxdur. Ərizəçinin 2 qızı, 1 oğlu var. X5 ev şəraitinə xx.xx.2005-ci il tarixdə anadan olması faktını tədiq edir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş; -Maraqlı şəxs arayışından görünür ki, X9 barəsində Maraqlı şəxsndə doğum haqqında akt qeydi aşkar olunmadı. Arxiv məlumatlar Maraqlı şəxs üzrə 2001-2008-ci illər doğum haqqında akt qeydləri yoxlanılmışdır. -Quba RİHB-nın Hacıhüseynli kənd İƏD -üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 841 nömrəli arayışından görünür ki, X9 həqiqətən Quba rayonu Əliməmmədoba kəndində anadan olmuşdur. Şəkildəki şəxs onun özüdür. -Quba RİHB-nın Hacıhüseynli kənd İƏD -üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 834 nömrəli arayışından görünür ki, X9 həqiqətən ailə həyatı quranadək Quba rayonu Əliməmmədoba kəndində yaşamışdır. -Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2010-cu il tаriхdə X7 ilə X2 аrаsındа nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada “Şixməmmədova” soyadı verilmişdir. -Maraqlı şəxs ərizəçiyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 2.5.3 və 2.5.4. bəndlərinə əsasən doğumun qeydə alınması üçün doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma köməklik göstərmiş həkimin verdiyi sənəd təqdim edilməlidir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-cü il tarixli 52 saylı qərarının 13- 16-cı bəndlərinə əsasən itmiş qeydin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təqdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat orqanı tətəfindən icra edilir. İtmiş yazının qeydiyyat orqanı tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Doğum, ölüm, nikah, nikahın pozulması, ad soyad dəyişmə və* övladlıq aktlarının itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlərə əsasən bərpa edilir. Yuxarıda qeyd olunan sənədləri qeydiyyat şöbəsinə təqdim edə bilmədiyinizə görə Vüsalə adlı qızın doğumunun qeydə alınması və ya doğumunun bərpa edilməsi tərəflərindən mümkün deyildir. -Quba-Xaçmaz Regional Təhsil İdarəsi Quba rayonu A.Əliyev adına Əliməmmədoba kənd tam orta məktəbin 23 oktyabr 2023-cü il tarixli 43 nömrəli arayışından müəyyən olunur ki, X9 2014-cü ildə Hacıqayıb kənd tam orta məktəbin İİİ sinfini bitirmişdir. -Xaçmaz rayon qeydiyyat şöbəsinin ərizəçiyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş ‘Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası’nın 2.5.3 və 2.5.4. bəndlərinə əsasən doğumun qeydə alınması üçün doğum faktını, vaxtını və yerini təsdiq edən sənəd, tibb müəssəsindən kənarda doğulduqda doğuma köməklik göstərmiş Həkimin verdiyi sənəd təqdim edilməlidir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.0.2001 -ci il tarixli 52 saylı qərarının 13- 16-cı bəndlərinə əsasən itmiş qeydin bərpası bucür qeydlərin həqiqətən olduğunu təqdim edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat orqanı tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat orqanı tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.Doğum ölüm,nikah,nikahın pozulması,ad soyad dəyişmə və övladlıq aktlarının itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlərə əsasən bərpa edilir. Yuxarıda qeyd olunan sənədləri qeydiyyat şəbəsinə təqdim edə bilmədiyinizə görə Vüsalə adlı qızınızın doğumunun qeydə alınması və ya doğumunun bərpa edilməsi tərəflərindən mümkün deyildir. -Xaçmaz RİHB-nın Yegüc kənd İƏD -üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X1 rayonunun Üçgün kəndində yaşayır. Lakin qeydiyyatda deyil. -Məhkəməyə təqdim olunmuş fotoşəkillərdən ərizəçi ilə barəsində müraciət olunan şəxsin birlikdə müxtəlif tarixlərdə şəkillər çəkdirdiyi müəyyən edilir. -məhkəmənin verdiyi sorğuya əsasən alınmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış xx.xx.2005 ildə Quba rayon Əliməmmədoba kəndində doğulmuş X9 barəsində heç bir məlumat aşkar olunmamışdır. Məhkəmə iclasında iş materialları, ərizəçinin və şahidlərin ifadələri ilə müəyyən edildi ki, Ərizəçi xx.xx.2005-ci il tarixdə Quba rayon Əliməmmədoba kəndində ev şəraitində Ərizəçi adlı övladı doğulmuşdur. Uşaq üçün doğum haqqında şəhadətnamə almamışdır, bunun gələcəkdə hansı hüquqi nəticələrə səbəb olacağına əhəmiyyət verməmişdir. Ərizəçinin müraciəti Xaçmaz və Maraqlı şəxsndə araşdırılmış, Ərizəçi xx.xx.2005-ci il tarixdə doğulan uşağın doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. Yuxarıda qeyd edilən hallarla müəyyən olunur ki, ərizəçinin müvafiq sənədi başqa qaydada əldə etməsi qeyri-mümkündür, ona görə ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmədə tədqiq edilmiş sübutlarla isə ərizənin əsaslı olması tam təsdiq olunur. Bundan əlavə məhkəmə qeyd edir ki, iş materiallarının araşdırılması zamanı ərizəçinin xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olduğu, barəsində hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi üçün müraciət olunan uşağın isə xx.xx.2005-ci il tarixdə doğulduğu müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, həmin uşağın atası barədə məlumatların müəyyən edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11.-ci maddəsinə əsasən qanuvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli Qərarının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Qərarın 4.3-cü bəndinə əsasən uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələbini, Ali Məhkəmənin Plenumunun anoloji işlərlə bağlı gəldiyi hüquqi nəticəni nəzərə alaraq, belə qənaətə gəlir ki, ərizəçinin müvafiq sənədi başqa qaydada əldə etməsi qeyri-mümkündür, ona görə o, hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədə tədqiq edilmiş sübutlarla isə ərizənin əsaslı olması tam təsdiq olunur. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.3-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, anası Ərizəçi olan xx.xx.2005-ci il tarixdə Quba rayon Əliməmmədoba kəndində, ev şəraitində qadın cinsində uşağın doğulması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməli, doğum haqqında akt qeydində doğum tarixi xx.xx.2005-ci il, doğum yeri Quba rayonu, cinsi qadın, ana adı qrafasında Ərizəçi göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. Anası Ərizəçi olan xx.xx.2005-ci il tarixdə, Quba rayon Əliməmmədoba kəndində, qadın cinsində uşağın doğulması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin, doğum haqqında akt qeydində doğum tarixi xx.xx.2005-ci il, doğum yeri Quba rayonu, cinsi qadın, ana adı qrafasında Ərizəçi göstərilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar