Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1420/2020 09.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun, iddiaçı “xxxxxxxxxx” X2 Təşkilatı MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, iddiaçı “xxxxxxxxxx” X2 Təşkilatı MMC-nin Cavabdeh qarşı müqavilənin ləğvi və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “xxxxxxxxxx” X2 Təşkilatı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh arasında xx xxxxxx 2018-ci il tarixdə bağlanmış icarə müqaviləsinin ləğv edilməsi, Cavabdeh 3040 manat icarə haqqının, 7752 manat dəbbə pulunun və 30 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə ödənilməsi, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 107.7 kv.metr olan qeyri yaşayış sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki,“xxxxxxxxxx” X2 Təşkilatı MMC ilə cavabdeh arasında xx xxxxxx 2018-ci il tarxdə bağlanmış icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 107.7 kv.metr olan qeyri yaşayış sahəsi vergilər daxil olmaqla aylıq 190 manat olmaqla, icarə haqqının hər təqvim ayının 10-u tarixinədək «İcarəyəverən”in “xxxxxxxxxxxxxxx” ASC-də açılmış hesabına ödənilməsi razılaşdırılmışdır. Cavabdeh müqavilə şərtlərinə uyğun olaraq yalnız xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək cəmi 9 ay ərzində hər ay 190 manat olmaqla cəmi 1710 manat icarə haqqını ödəmişdir. Cavabdeh 2018-ci ilin noyabr ayından 2020-ci ilin mart ayınadək on altı təqvim ayı üçün hesablanmış 3040 manat icarə haqqını ödəməməklə gecikdirmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh tərəfindən 2018-ci ilin noyabr ayınadək icarə haqqı ödənilmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək 107 kv.metr ərazinin iddiaçıya təhvil verilməsinə etiraz etməmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçı ilə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə xx.xx.2018-ci il tarixdə xitam verilmişdir və sonrakı tarixdən həmin sahədən istifadə etmir. Məhkəmə tərəflərin izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən Sadıxova Rəna Göyərçin qızı ifadəsində göstərmişdir ki, cavabdehin arvadıdır. İddiaçı tərəf 3000 manat borc yazıb, guya icarə haqqı ödəməmişlər. 01 avqustda müqavilənin müddəti bitəndə Rafik banka müraciət etmişdir. Bildirmişlər ki, ödənişləri davam edin, məlumat verəndə obyekti təhvil verərlər. 2018-ci ilin noyabr ayında bankın müdiri obyekti plomblamış, sonra onlara göstəriş vermişlər ki, obyekti boşaltsınlar. Onlar da bildirmişlər ki, obyekt çoxdan boşaldılıb və istifadə olunmur. İş materiallarında olan RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, **********59-06301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 107.7 kv.metr olan qeyri yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə “xxxxxxxxxx” X2 Təşkilatı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 62nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli bildirişdən müəyyən edilir ki, “xxxxxxxxxx” X2 Təşkilatı MMC (İcarəyəverən) ilə Cavabdeh (İcarəçi) arasında xx xxxxxx 2018-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Qeyd olunan müqavilənin şərtlərinə uyğun olaraq “İcarəyə verən” onun mülkiyyətində olan və ünvan 2 ünvanında yerləşən 107.7 kv.metr ümumi sahəsi olan qeyri yaşayış sahəsini “İcarəçi”nin istifadəsinə vermişdir. xx xxxxxx 2017-ci il tarixli icarə müqaviləsinə xx xxxxxx 2018-ci il tarixdə xitam verilməsi cavabdehə bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 704.1-ci maddəsinə əsasən əgər hər hansı torpaq sahəsinin, hüququn və ya müəssisənin icarəsi müqaviləsi bağlanarkən icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin ləğvinə yalnız azı altı aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilir. Həmin Məcəllənin 691.3-cü maddəsinə əsasən müqavilənin ləğvinə dair xəbərdarlıq edilməsinin bu Məcəllənin 691.1.3 və 691.3-cü maddələrində göstərilmiş və kirayəçi tərəfindən gözlənilməli olan müddətləri kirayəlik əşya verildikdən üç, altı və doqquz il sonra kirayəçinin xeyrinə müvafiq surətdə üç ay uzadılır. Müqavilənin ləğvinə dair xəbərdarlıq müddətləri kirayəçi üçün dəyişilməz qalır. Müqavilənin ləğvinə dair xəbərdarlıq edilməsinin kirayəyə verən tərəfindən gözlənilməli olan müddətlərinin qısaldılmasına əsas verən razılaşmaların qüvvəsi yoxdur. Qeyd olunan hüquq normalarından və iş materiallarında olan xx.xx.2018-ci il tarixli 2058 nömrəli məktubdan da müəyyən olunur ki, xx xxxxxx 2017-ci il tarixli icarə müqaviləsinə xx xxxxxx 2018-ci il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının lizinq obyektinin qaytarılması, borcun və zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Mülki Məcəllənin 385-ci maddəsinə görə isə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1.-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi qismən əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qisməntəmin edilsin. Cavabdeh 2018-ci ilin noyabr ayı üzrə ödənilməmiş qalan 190 manat icarə haqqı alınaraq iddiaçı “xxxxxxxxxx” X2 Təşkilatı MMC-nin xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 15 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilsin, 15 manat isə iddiaçıya aid edilsin. “xxxxxxxxxx” X2 Təşkilatı MMC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 107.7 kv.metr olan qeyri yaşayış sahəsi cavabdeh tərəfindən boşaldılsın. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən bir ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-1420/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1420/2020
09.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver