Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1434/2020 02.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Ərizəçi, Tərcüməçi X3 iştirakı ilə Ərizəçi şəxsin ölmüş elan edilməsinə dair ərizəsi üzrə mülki işə xx xxxxxxxx 2020-ci ildə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.1987-ci il təvəllüdlü oğlu X2 ölmüş elan edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, oğlu X5 xx.xx.1987-ci ildə anadan olmuşdur. 2014cü ildə o, Bakı şəhəri Nardaran qəsəbəsində tanışları X10 və X4 ilə birlikdə taxta qayıq ilə açıq dənizdə balıq ovuna çıxarkən itkin düşmüşlər. Oğlunun Xəzər dənizində itkin düşməsi ilə bağlı Daxili İşlər orqanlarına müraciət etmiş, keçirilmiş axtarış tədbirləri nəticəsiz qalmışdır. Məhkəmə iclasında ərizəçi ərizədə yazılanları müdafiə edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə nümayəndənin gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X6 (Nəsrullayeviç) ifadəsində göstərmişdir ki, ərizəçi anası, Elman isə qardaşıdır. 2014-cü ildə qardaşı Yusif və Şamil adlı şəxslərlə dənizə balıq ovuna getmişlər və orada itkin düşmüşlər. Həmin vaxtdan hazıra kimi qardaşından heç bir məlumat yoxdur. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli 5/6-225-267-1220 nömrəli arayışdan müəyyən olunur ki, həqiqətən də xx.xx.2014-cü ildə balıq tutmaq məqsədilə taxta qayıqla Bakı şəhəri Nardaaran qəsəbəsi istiqamətində Xəzər dənizinə çıxmış X10, X4 və X5 açıq dənizdə itkin düşmüşlər. Qeyd olunan faktla əlaqədar X13 İdarəsində zəruri əməliyyataxtarış tədbirləri davam etdirilir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 (X7) xx.xx.1987-ci ildə anadan olmuşdur. Atası X1, anası Ərizəçi qeyd edilmişdir. İş materiallarında olan Xaçmaz rayon İstisu qəsəbə İƏD üzrə nümayəndəsinin xx.xx.2020-ci il tarixli 357 nömrəli arayışından müəyyən olunur ki, X5 2014-cü ildən Xaçmaz rayon Müqtədir qəsəbəsində yaşamır. Haqqında onun sağ olub-olmaması, sağdırsa harada yaşaması barədə İstisu qəsəbə (keçmiş Müqtədir) İƏD-də heç bir məlumat yoxdur. İş materiallarında olan Maraqlı şəxs ərizəçiyə ünvanlıdığı xx.xx.2020-ci il tarixli 412 saylı məktubundan görünür ki, xx.xx.2014-cü ildə vəfat etmiş X5 barəsində Maraqlı şəxsndə ölümü qeydə alınıb-alınmaması yoxlanılmışdır. X5 barəsində Ümumrespublika elektron məlumatınan yoxlanılmış, ölüm akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş VVADQ qaydasının 8.5-ci maddəsinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan «Xaçmaz rayon Mərkəzi Xəstəxanası» X14 xx.xx.2020-ci il tarixli 899 nömrəli məktubundan müəyyən olunur ki, 1987-ci il təvəllüdlü X2 adına xx.xx.2014-cü il tarixdə Xaçmaz MRX tərəfindən ölüm haqqında şəhadətnamə verilməsi barədə heç bir məlumat yoxdur. Məhkəmə sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.1-ci maddəsinə əsasən əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görüüməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə görə şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinin tələblərinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə hesab edir ki, X5 barəsində beş il ərzində məlumat olmadığından onun ölmüş elan edilməsi hüquqi əhəmiyyətli olduğundan bu məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1987-ci ildə Xaçmaz rayonu Müqtədir qəsəbəsində anadan olmuş X5 (X7) ölmüş elan edilsin. Qətnamənin qanuni qüvvəyə mindiyi gün X2 ölüm günü sayılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Ölmüş elan edilmiş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun ölmüş elan edilməsi barədə qərarı ləğv edir. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-1434/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1434/2020
02.09.2020 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver