Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1437/2020 07.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Muradova (Alimova) Könül İkram qızı və Cavabdeh4 qarşı «Yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və cavabdehlərin yaşayış sahəsindən qeydiyyatdan çıxarılması tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Muradova (Alimova) Könül İkram qızı və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, eləcə də cavabdehlərin ona məxsus fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları və dövlət rüsumu olaraq ödəmədiyi 10 manat pulun cavabdehlərdən müştərək qaydada xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Muradova (Alimova) Könül İkram qızı və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, işə iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Muradova (Alimova) Könül İkram qızı və Cavabdeh4 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilən İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, ünvan 1 ütmftctvf nukdgögt nföfncö ıfrgış xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur gğdflvck. Həmin mənzilə mülkiyyət hüququ 3400 reyestr, 5095 inventar nömrəli qeydiyyat vəsiqəsi ilə rəsmiləşdirilmişdir. Mülkiyyətində olan həmin yaşayış sahəsində hal-hazırda cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Muradova (Alimova) Könül İkram qızı və Cavabdeh4 qeydiyyatdadırlar. Javabdehlərdən Cavabdeh1 onun qızı, Cavabdeh5 onun oğlu, Cavabdeh2, Könül Müradova və Cavabdeh4 isə nəvələridir. Javabdehlərdən ona məxsus mənzildən qeydiyyatdan çıxmalarını dəfələrlə xahiş etsə də, onlar ona məxsus mənzildən qeydiyyatdan çıxmamışlar. Javabdehlər uzun müddətdir ki, ona məxsus evdə yaşamamaqla özlərinə məxsus yaşayış evləri vardır. Javabdehlərin təqsiri səbəbindən öz mülkiyyəti üzərində hüquqları məhdudlaşdırılmışdır. Hesab edir ki, cavabdehlərin hərəkətləri qanunsuzdur, onlar onun qanunla qorunan mülkiyyət hüquqlarını pozurlar. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən iddiasının təmin edilməsini, cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Muradova (Alimova) Könül İkram qızı və Cavabdeh4 ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, eləcə də cavabdehlərin ona məxsus fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları və dövlət rüsumu olaraq ödədiyi 10 manat pulun cavabdehlərdən müştərək qaydada xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını hərtərəfli tədqiq edib belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan 3400 qeydiyyat, 5095 inventar nömrəli, xx xxxxxx 1993-cü il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin xx xxxx 2020-ci il tarixli, 160- 11916-1720 nömrəli məktubundan görünür ki, iş üzrə cavabdehlərdən xx xxxx 1957-ci il təvəllüdlü Cavabdeh5, xx xxxxxxx 1961-ci il təvəllüdlü Cavabdeh1, xx xxxxx 1991-ci il təvəllüdlü Cavabdeh2, xx xxxxxx 1993-cü il təvəllüdlü Muradova (Alimova) Könül İkram qızı və xx xxxxxx 1979-cu il təvəllüdlü Cavabdeh4 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən olunmuşdur ki, iş üzrə cavabdehlər xx xxxx 1957-ci il təvəllüdlü Cavabdeh5, xx xxxxxxx 1961-ci il təvəllüdlü Cavabdeh1, xx xxxxx 1991-ci il təvəllüdlü Cavabdeh2, xx xxxxxx 1993-cü il təvəllüdlü Muradova (Alimova) Könül İkram qızı və xx xxxxxx 1979-cu il təvəllüdlü Cavabdeh4 İddiaçı ailə üzvləri olmaqla sonuncunun razılığı əsasında onun xüsusi mülkiyyətinə aid ünvan 1 ünvanında yerləşən yaşayış sahəsində 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin qüvvədə olduğu zaman qeydiyyata alınmışlar və yaşamışlar. Odür ki, hazırki mübahisəyə 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin maddi hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir. Belə ki, 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinin 3-cü hissəsinə görə icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüqüqu əldə edirlər. Həmin Məcəllənin 123-cü maddəsinin 1-ci hissəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. «Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 1992-ci il tarixli, 2 №-li qərarında qeyd olunur ki, kirayəçinin və onun ailə üzvlərinin daimi yaşamaq üçün başqa yerə getmələri ilə əlaqədar kirayə müqaviləsinin ləğv edilməsinə dair mübahisəni həll edərkən, məhkəmə kirayəçinin başqa yerə köçməsini və ya həmin yaşayış məntəqəsinin başqa yaşayış sahəsinə köçməsini sübut edən sənədləri tələb etməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı iddia tələbində cavabdehlərin onun evindən çıxaraq başqa yerə köçmələrini, cavabdehlərin özlərinə məxsus yaşayış sahələri olduğunu, lakin dəfələrlə xəbərdarlıq etsə də buna baxmayaraq cavabdehlərin ona məxsus evdən qeydiyyatdan çıxmadıqlarını göstərsə də cavabdehlərin başqa yerə köçmələrini, başqa yaşayış sahələrinin olduğunu və ona məxsus yaşayış sahəsindən qeydiyyatdan çıxmaqdan yayındıqlarını sübut edən sənədi və sübutu məhkəməyə məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehlər iddiaçının ailə üzvləri olduğundan 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü və 123-cü maddələrinə əsasən cavabdehlərin iddiaçıya məxsus evdən istifadə hüquqları vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki vəziyyətdə İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Muradova (Alimova) Könül İkram qızı və Cavabdeh4 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və cavabdehlərin yaşayış sahəsindən qeydiyyatdan çıxarılması tələbinə dair iddiası təmin edilə bilməz. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Muradova (Alimova) Könül İkram qızı və Cavabdeh4 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və cavabdehlərin yaşayış sahəsindən qeydiyyatdan çıxarılması tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №2(067)-1437/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1437/2020
07.09.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver