Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1449/2021 31.05.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi X3 iştirakı ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və “xxxx” MMC-nə qarşı zaminliklə təmin edilmiş öhdəliyin icra olunması və qətnamə üzrə borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI : İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC-dən 1750 manat əsas borc, 637 manat faiz borcu, 104 manat gecikdirilmiş Faiz borcu, dövlət rüsumu ilə birlikdə ümumilikdə 2511 manat, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün sözü gedən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, sənədlərin notarial qaydada təsdiqi üçün ödənilmiş 39,4 manat rüsum məbləğinin tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi və ödəmənin İddiaçı ASC-nin Xaçmaz filialı ilə “xxxx” MMC arasında bağlanmış “Kreditləşmənin Həyata Keçirilməsi X6”nə dair 24.07.2014-cü il tarixli kredit müqaviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş cavabdeh, Cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsitərəfindən 24.08.2009-cu il tarixli, MH seriyalı, ******* №-li çıxarışa əsasən, xüsusi mülkiyyət hüququ əsasında məxsus olan, Xaçmaz şəhəri, Süleyman Ələskərov küçəsində mülkiyyətində olan 0,065 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 77,7 kv.m yaşayış, 43,90 kv.m köməkçi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evinə (fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə) yönəldilərək həmin ipoteka predmetinin ilkin satış qiyməti kimi 91600 manat məbləğində müəyyən olunmaqla açıq hərrəcdan satılması və satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmetinin satıldıqdan sonra 1 ay ərzində boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Xaçmaz” filialı ilə “xxxx” MMC arasında bağlanmış “Kreditləşmənin Həyata Keçirilməsi X6”nə dair 24.07.2014-cü il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 250000 manat məbləğində kredit xətti ayrılmışdır. “Kreditləşmənin Həyata Keçirilməsi X6”nə dair 24.07.2014-cü il tarixli kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən, “xxxx” Müəssisənin razılığını əks etdirən yazılı müraciətinə əsasən, onun tövsiyə etdiyi şəxslərə, xxxxdaxili qaydalara uyğun olaraq, “Müəssisə”nin satdığı məişət, kompyuter və mebel avadanlıqlarının alınması məqsədilə hər bir müştəriyə 2 ildən çox olmayan müddətə, 3000 manatadək, ümumilikdə 250000 manat məbləğində kreditlərin verilməsini həyata keçirir, Müəssisə isə onun tövsiyə etdiyi şəxslərə xxxx tərəfindən verilmiş kredit üzrə öhdəliklər icra edilmədikdə və ya lazımınca icra edilmədikdə həmin öhdəliyin tamamilə icra edilməsini öhdəsinə götürür. Cavabdeh “xxxx” MMC ilə bağlanmış 24.07.2014-cü il tarixli “Kreditləşmənin Həyata Keçirilməsi X6”nin və ondan irəli gələn X8 ilə bağlanmış 09.02.2015-ci il tarixli 41 İsKX nömrəli kredit müqaviləsinin təminatı qismində, Cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən 24.08.2009-cu il tarixli, MH seriyalı, ******* №-li çıxarışa əsasən, xüsusi mülkiyyət hüququ əsasında məxsus olan, Xaçmaz şəhəri, Süleyman Ələskərov küçəsində mülkiyyətində olan o,065 ha torpaq sahəsində 1 mərtəbəli 4 otaqlı, 77,7 kv.m yaşayış 43,90 kv.m köməkçi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evi 0,065 ha torpaq sahəsi ilə birlikdə xxxxa ipotekaya qoyulmuş, bu barədə cavabdehlə 24.07.2014-cü il tarixli ipoteka müqaviləsi bağlanmış və buna əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən həmin ipoteka müqaviləsi qeydiyyata alınaraq, qeyd olunan orqan tərəfindən həmin “İpoteka müqaviləsi” qeydiyyata alınaraq, qeyd olunan orqan tərəfindən 30.07.2014-cü il tarixli, RX seriyalı, ******* №-li ipoteka yüklülüyünə dair çıxarış verilmişdir. İpoteka saxlayan İddiaçı ASC ilə ipoteka qoyan Cavabdeh1 və “xxxx” MMC arasında bağlanmış 24.07.2014-cü il tarixli ipoteka müqaviləsinin 2.1-ci bəndinə əsasən ipoteka ilə təmin edilən tələb İpoteka saxlayanla Kredit alan arasında 24.07.2014-cü il tarixdə Xaçmaz şəhərində bağlanmış “Kreditləşmənin Həyata Keçirilməsi X2”dən, ona edilmiş əlavələrdən əmələ gələn mövcud, həm də İpoteka saxlayanla kredit alan arasında gələcəkdə bağlanacaq kredit müqaviləsindən irəli gələn İpoteka saxlayanın Kredit alana qarşı olan əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və vurulmuş zərərin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərininvə digər xərclərin ödənilməsi üzrə bütün tələblərdir. Həmin müqavilənin sözü gedən bəndində təsbit edilmişdir ki, ipoteka ilə təmin edilən gələcək öhdəliklər üzrə tələblərin ölçüsü və icra müddəti Kredit alanla ipoteka saxlayan arasında gələcəkdə bağlanacaq kredit müqavilələrində göstəriləcəkdir. 24.07.2014-cü il tarixli həmin ipoteka müqaviləsinin 2.2-ci bəndinə əsasən isə müqavilənin 2.1-ci bəndində göstərilən razılaşmaya əsasən, İpoteka saxlayan tərəfindən kredit alanın müraciətinə əsasən ona tövsiyə etdiyi hər bir müştərini 2 il müddətinə, 3000 manatadək kreditləşdirməyi, ipoteka qoyan isə kredit alanın tövsiyə etdiyi müştərilərə görə İpoteka saxlayan qarşısında yaranacaq öhdəliyin təminatı məqsədilə 3-cü maddədə nəzərdə tutulan əmlakını ipotekaya qoyur. 24.07.2014-cü il tarixli “Kreditləşmənin Həyata Keçirilməsi X2”nə əsasən “xxxx” MMC tərəfindən tövsiyə edilən X4 xxxxa olan öhdəliyini yerinə yetirmədiyi üçün iddia icraatı qaydasında məhkəməyə müraciət olunmuşdur. Xaçmaz Rayon Məhkəməsinin, məhkəmə qətnaməsinə əsasən xxxx tərəfindən verilmiş iddia əsaslı olduğundan təmin edilmişdir. Həmin qətnaməyə əsasən X5 İddiaçı ASC-nə 1750 manat əsas borc, 637 manat faiz borcu, 104 manat gecikdirilmi. Faiz borcu, dövlət rüsumu ilə birlikdə ümumilikdə 2511 manat məbləğində borcu vardır. xxxx tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişin göndərilməsi yolu ilə xəbərdarlıq edilmiş və qeyd olunan Kredit müqavilələri və zaminlik müqaviləsi məhkəmə qətnaməsi üzrə əsas, faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda xxxxa ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Kredit alan X8 ilə bağlanmış 09.02.2015-ci il tarixli, 41 İsKX nömrəli Kredit müqaviləsinin təminatı qismində, həmin müqavilədən irəli gələn bütün pul tələblərinə “xxxx” MMC zamin durmuşdur. Bu məqsədlə “xxxx” MMC ilə 31.07.2014-cü il tarixli 291 ZMX saylı Zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh “xxxx” MMC ilə xxxx arasında bağlanmış 31.07.2014-cü il tarixli Zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən zamin kreditorla bağladığı Kreditləşmənin həyata keçirilməsi X2ə əsasən, özünün yazılı razılığı ilə kreditin verilməsi üçün kreditora təqdim etdiyi borcluların gələcəkdə kreditor qarşısında götürdüyü öhdəliklərini əsas borc, faizlər, dəbbə pulu, borc tutulması üzrə məhkəmə xərcləri və öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində həmin öhdəliyin tamamilə icra edilməsini öhdəsinə götürür. Zaminlik müqaviləsinin 1.2-ci bəndində göstərilmişdir: “Zaminliklə təmin edilən gələck öhdəliklər üzrə tələblərin ölçüsü və icra müddəti kreditorla borclu arasında gələcəkdə bağlanacaq kredit müqavilələrində göstəriləcəkdir. İpoteka predmeti olan Cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən 24.08.2009-cu il tarixli, MH seriyalı, ******* №-li çıxarışa əsasən, xüsusi mülkiyyət hüququ əsasında məxsus olan, Xaçmaz şəhəri, Süleyman Ələskərov küçəsində mülkiyyətində olan 0,065 ha torpaq sahəsində 1 mərtəbəli 4 otaqlı, 77,7 kv.m yaşayış 43,90 kv.m köməkçi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evinin dəyəri “xxxx” MMC qiymətləndirmə şirkəti tərəfindən 91600 manat məbləğində qiymətləndirilmişdir və 24.07.2014-cü il tarixliipoteka müqaviləsinin 3.2-ci bəndinə əsasən həmin müqavilənin tərəfləri qeyd olunan məbləğlə razılaşmışlar. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X7 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, “xxxx” MMC-nin 03.07.2020-ci il tarixli 0939/20 TAB saylı ekspert rəyi ilə razılaşmadıqlarını bildirərək, iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1 və “xxxx” MMC-nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh1 və “xxxx” MMCnin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və “xxxx” MMC-nin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, tərəflər arasında 24.07.2014-cü il tarixli “Kreditləşmənin Həyata Keçirilməsi X6” bağlanmışdır, həmin müqavilə cavabdeh “xxxx” MMC-nin sahibkarlıq fəaliyyəti çərçivəsində xxxx tərəfindən “xxxx” MMC-nin müştərilərinə verilmiş kreditlər üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün bağlanmış müqavilədir. İş materiallarında olan 31.07.2014-cü il tarixli 291 ZMX saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, X8 ilə bağlanmış 09.02.2015-ci il tarixli, 41 İsKX nömrəli Kredit müqaviləsinin təminatı qismində, həmin müqavilədən irəli gələn bütün pul tələblərinə “xxxx” MMC zamin durmuşdur. İş materiallarında olan 24.07.2014-cü il tarixli ipoteka müqaviləsindən müəyyən olunur ki, cavabdeh “xxxx” MMC ilə bağlanmış 24.07.2014-cü il tarixli “Kreditləşmənin Həyata Keçirilməsi X6”nin və ondan irəli gələn X8 ilə bağlanmış 09.02.2015-ci il tarixli 41 İsKX nömrəli kredit müqaviləsinin təminatı qismində, Cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən 24.08.2009-cu il tarixli, MH seriyalı, ******* №li çıxarışa əsasən, xüsusi mülkiyyət hüququ əsasında məxsus olan, Xaçmaz şəhəri, Süleyman Ələskərov küçəsində mülkiyyətində olan 0,065 ha torpaq sahəsində 1 mərtəbəli 4 otaqlı, 77,7 kv.m yaşayış 43,90 kv.m köməkçi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evi 0,065 ha torpaq sahəsi ilə birlikdə xxxxa ipotekaya qoyulmuşdur. İş materiallarında olan “xxxx” MMC-nin 03.07.2020-ci il tarixli 0939/20 TAB saylı ekspert rəyindən müəyyən olunur ki, Xaçmaz şəhəri, Süleyman Ələskərov küçəsində Cavabdeh1 mülkiyyətində olan 0,065 ha torpaq sahəsi ilə birlikdə həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli 4 otaqlı, 77,7 kv.m yaşayış və 43,90 kv.m köməkçi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evinin hazırki bazar qiyməti 100.000 (bir yüz min) manat təşkil edir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Zaminlik öhdəliyin icrasının təmin edilməsi üsulu kimi kreditorla borclunun arasında mövcud olan öhdəlik münasibətinə müqavilə əsasında üçüncü bir şəxsin qatılması baş verir. Kreditorla bağladığı müqavilə arasında zamin adlanan həmin üçüncü şəxs borclunun kreditoru qarşısında onun öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi həm mövcud öhdəliyin, həm də gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün bağlana bilər. Zamin kreditorun qarşısında borclunun öhdəliyinin borcu ilə birlikdə öz əmlakı hesabına ödənilməsi vəzifəsini və bu vəzifəni pozduğu halda müəyyən məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Başqasının öz öhdəliyini yerinə yetirəcəyinə təminat verən zamin durmaq son dərəcə məsuliyyətli bir hərəkətdir. Buna görə də şərh olunan maddədə belə bir təşəbbüslə çıxış edən zaminin məsuliyyəti tam dəqiqliyi ilə tənzimlənmişdir. Zaminlik müqaviləsinə əsasən zamin kreditor qarşısında borlcunun öz öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Girovdan fərqli olaraq zaminlikdə hər hansı bir əmlakın girov qoyulması tələb olunmur. əgər girov əmlak təminatlıdırsa, zaminlik şəxsi təminardır. Əsas öhdəlik icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin borclu ilə yanaşı kreditorun qarşısında bir qayda olaraq birgə məsuliyyət daşıyır. Bu ümumi qaydadan istisna olaraq qanunda və zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutula bilər. Məlumdur ki, birgə məsuliyyətdən fərqli olaraq subsidiar məsuliyyət əsas borclunun məsuliyyətinə görə əlavə məsuliyyətdir. Zaminin subsidiar məsuliyyəti müəyyən edildikdə kreditor zaminə qarşı tələb irəli sürməzdən əvvəl əsas borcludan icranı tələb etməlidir. Borcludan icraya nail olmadıqda kreditor öz tələbini zaminə qarşı irəli sürə bilər. birgə məsuliyyətdə isə belə növbəlilik yoxdur. Kreditor öz tələbini öz seçimi ilə birbaşa zaminə qarşı və ya borcluya qarşı, yaxud da onların hər ikisinə qarşı irəli sürə bilər. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdehlər oğlu “xxxx” MMC oğlu arasında bağlanmış 24.07.2014-cü il tarixli “Kreditləşmənin Həyata Keçirilməsi X6” mahiyyət etibarilə zaminlik müqaviləsidir və həmin müqavilə üzrə tərəflər arasında yaranan münasibətlər də məhz Mülki Məcəllənin zaminlik müqaviləsini tənzimləyəmn normaları əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinə əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Hazırkı halda “Kreditləşmənin Həyata Keçirilməsi X6” 24.07.2014-cü il tarixdə bağlanmışdır və müqavilə 2 il müddətinə bağlanmışdır. İddiaçı tərəfindən cavabdeh xxxx” MMC-yə qarşı iddia müqavilənin qüvvədə olma müddəti bitdikdən sonra məhkəmənin icraatına daxil olmuşdur. Başqa sözlə həmin müqavilə artıq hüquqi qüvvəsini itirmişdir. İddia tələbinin ipoteka predmetinə tutmanın yönəldilməsinə dair hissəsinin hüquqi əsasını isə cavabdeh “xxxx” MMC ilə bağlanmış 24.07.2014-cü il tarixli “Kreditləşmənin Həyata Keçirilməsi X6” və həmin müqavilədən irəli gələn X8 ilə bağlanmış 09.02.2015-ci il tarixli 41 İsKX nömrəli kredit müqaviləsi təşkil edir. “İpoteka haqqında qanun”un 48.1.2-ci maddəsinə əsasən əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin tələbləri baxımından 24.07.2014-cü il tarixli “Kreditləşmənin Həyata Keçirilməsi X6” öz hüquqi qüvvəsini itirdiyindən, həmin müqavilənin təminatı qismində bağlanmış ipoteka müqaviləsi də “İpoteka haqqında qanun”un 48.1.2-ci maddəsinin tələbləri baxımından öz hüquqi qüvvəsini itirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə iddia tələbini əsaslı hesab etmir. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməli, iddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilməli, ekspert tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq “xxxx” MMC-yə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ : İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və “xxxx” MMC-nə qarşı zaminliklə təmin edilmiş öhdəliyin icra olunması və qətnamə üzrə borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair ərizəsi təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspert tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq “xxxx” MMC-yə ödənilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-1449/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1449/2021
31.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver