Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-146/2022 03.03.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi ilə İddiaçı1 və İddiaçı2, İddiaçı1 vəkili X2, Cavabdeh nümayəndəsi X8 iştirakı ilə, İddiaçı1 və qeyrisinin Cavabdeh qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi və Cavabdeh İddiaçı1 və qeyrisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlaka paylarının müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə 03 mart 2022-ci il tarixdə Xaçmaz rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək babaları X10 miras qalmış mərhum X1 tərəfindən faktiki qəbud edilmiş, ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsini və üzərində tikilmiş yaşayış evinin onlar tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər İddianı onunla əsaslandırmışlar ki, Xaçmaz rayon məhkəmsinin 14.01.2020-ci il tarixli 2(067)-355/2020 nömrəli qətnaməsi ilə X10 miras qalmış ünvan 2 ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi və üzərindəki yaşayış evinə münasibətdə mirasın Cavabdeh tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. Həmin qətnamə onların iştirakı olmadan, maraqlı şəxslər kimi onları işdə iştirak etməyə cəlb etmədən, xəbərləri olmadan qəbul edilmişdir. Sonradan qeyd olunan qətnamənin qəbul edilməsindən təsadüfən xəbər bilib apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 20.11.2020-ci il tarixli 2(105)-3018/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilərək Xaçmaz rayon məhkəmsinin 2(067)-355/2020 nömrəli, 14.01.2020-ci il tarixli qətnaməsi ləğv olunmuşdur və Cavabdeh mərhum atası X10 miras qalmış ünvan 3 ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi və üzərindəki yaşayış evinə münasibətdə mirasın onun tərəfindən qəbul edilməsi faktını müəyyən etməklə -0.06.ha həyətyanı torpaq sahəsinə və 1962-ci ildə tikilmiş yayış evinə mülkiyyət hüququnun tanınması barədə ərizəsi baxılmamış saxlanılmışdır. ünvan 3 ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində tikilmiş yaşayış evinin X18 məxsus olmasının və bu iş üzrə digər faktların yuxarıda qeyd olunan məhkəmə qətnamələri ilə sübut edildiyindən yenidən həmin halların sübut edilməsinə zəruri hesab etmir. ünvan 4 ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş yaşayış evini miras qoyan X19 onların doğma babalarıdır. X26 13.01.1995-ci il tarixdə vəfat etmişdir. Həmin zaman X1 birinci dərəcəli vərəsə kimi mirası faktiki qəbul etmişdir. Yəni babaları İsa Abbas oğlunun dəfn edilməsi, mərasimlərin keçirilməsi və bununla əiaqədar bütün xərcləri çəkməklə bütün mərasimləri tək özü idarə etmişdir. X22 ölümündən əvvəlki dövrdə də ataları Məmmədşahm himayəsində olmuş, xəstə vaxtı bütün müalicə xərclərini ataları tərəfindən təmin edilmiş, həmçinin ata nənələri X3 20.03.1994-cü il tarixdə vəfatından sonra bütün dəfn və mərasim xərclərini də ataları Məmmədşah özü tək ödəmiş, valideynlərindən miras qalmış 0.06.ha torpaq sahəsini və həmin torpaq sahəsində tikilmiş yaşayış evini miras kimi faktiki qəbul etmiş, evin təmirini və saxlanılmasını həyata keçirmiş, vergilərin və digər ödənişlərini ödəmişdir. X1 mirası faktiki qəbul etdikdən sionra 11.05.2000-ci ildə vəfat etmişdir. Mərhum ataları Məmmədşah İsa oğlu 1941-ci ildə həmin mübahisəli evdə anadan olmuş və ölən günə qədər həmin evdə valideynləri ilə birlikdə yaşamışdır. Onlardan: Teymur Məmmədşah oğlu 01,07.1969cu il tarixdə, İslam Məmmədşah oğlu xx.xx.1985-ci il tarixdə, həmin mübahisəli evdə anadan olmuş və fasiləsiz olaraq hazıra kimi həmin evdə yaşayırlar. Pasport qeydiyyatları da həmişə həmin evdə olmuşdur. Bütün qonşular və onları tanıyanlar bu halı bilirlər və təsdiq edə bilərlər. Odur ki, mərhum X1 tərəfindən faktiki qəbul edilmiş ünvan 5 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və yaşayış evi miras kimi onlara çatmalıdır. Lakin bibiləri Cavabdeh onlardan gizli olaraq saxta sənədlər hazırlamaqla (saxta forma 2 arayışı təqdim etməklə) və yalançı şahidləri işə cəlb etməklə ünvan 5 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və üzərindəki yaşayış evinin onun tərəfindən miras kimi qəbul edilməsi faktını müəyyən edilməsinə nail olmuşdur. X23 həmin evi satışa çıxarmışdır. Hər vasitə ilə onların həmin evdə yaşamalarına imkan vermir və onları evdən çıxarmağa çalışır. Lakin X20 babaları İsa Abbas oğlu vəfat edən zaman evdə olmamışdır. O, öz ailəsi ilə birlikdə başqa ünvanda yaşayırdı. Avşan İsa qızı babaları İsa Abbas oğlu vəfat edəndən 2 il sonra ərindən boşanaraq evə qayıtmışdır. Odur ki, Avşan İsa qızı babaları İsa Abbas oğlunun vəfatından sonra mirası faktiki qəbul etməmiş və qanunla müəyyən edilmiş müddətdə mirasın qəbul edilməsi üçün notariat kontoruna müraciət etməmişdir. Həmçinin nənələri X4 vəfatından sonra da bibiləri mirası faktiki qəbul etməmiş və qanunla müəyyən edilmiş müddətdə notariusa müraciət etməmişdir. Bundan əlavə Cavabdeh həmin vaxtlar təsadüfən evlərinə qonaq gələn zaman babaları İsa və nənələri Xəticə ilə daim mübahisələr edir, onları söyür və hətta döyürdü. Ona görə də Avşan İsa qızının vərəsə olmağa nə hüquqi əsası, nə də mənəvi əsası yoxdur. Odur ki, nənələri Xəticə Nurhüseyn qızından və babaları İsa Abbas oğlundan miras qalmış ünvan 6 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və üzərindəki yaşayış evi birinci dərəcəli yeganə varis kimi ataları 11.05.2000-ci il tarixdə vəfat etmiş X11 faktiki qəbul etmiş və ona məxsus olmalıdır. Atalarının vəfatından sonra miras əmlak qanuna əsasən həmin evdə anadan olmuş və hazıra kimi həmin evdə yaşayan onlara çatmalıdır. Beləliklə babaları X10 miras kimi qalmış ünvan 5 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və üzərində tikilmiş yaşayış evinə hər hansı vəsiyyətnamə mövcud deyildir. Həmin miras əmlakın mərhum X1 faktiki qəbul etmişdir. Atalarının vəfatından sonra onlar həmin əmlakı faktiki qəbul etmiş, sahiblik edərək daim həmin evdə yaşamaqla evin saxlanılmasını təmin etmiş, vergiləri və digər ödənişləri ödəyirlər və sair. Odur ki, babalarından miras qalmış ünvan 7 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və üzərində tikilmiş yaşayış evi onlara çatmalıdır. X20 miras əmlakı faktiki qəbul etməmiş və vaxtında notariusa mirasın qəbul edilməsinə dair müraciət etməmişdir. Bundan sonra X21 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək miras qoyan X10 qalmış miras əmlak olan ünvan 8 ünvanında yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi və üzərindəki yaşayış evindən ibarət mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və həmin miras əmlaka vərəsəlik üzrə tam payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddianı onunla əsaslandırmışdır ki, iddiaçılar ünvan 8 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş evin miras qoyan X18 məxsus olmasını, həmin miras əmlakı X16 tərəfindən qəbul edilməsini, atalarından qalmış miras əmlakın isə onlar tərəfindən qəbul edilməsini xahiş etmişlər. İddia tələbləri qanunsuz və əsassızdır. İddia tələbinin təmin olunması üçün heç bir sübut yoxdur. Ona görə ki, miras qoyan X22 13 yanvar 1995-ci ildə vəfat etmişdir. Ondan miras qalmış əmlakın X16 tərəfindən qəbul edilməsi ilə bağlı heç bir sübut yoxdur. X16 11 may 2000-ci ildə vəfat etmişdir. O vəfat edənədək atasından miras qalmış əmlakı qəbul etməsinə həmin miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almasına iddia ərizəsinə heç bir sübut əlavə etməmişlər. İddiaçılar X16 öləndən hazıkı vaxta, yəni Məmmədşah Kərimovun ölümündən 21 il sonra məhkəməyə müraciət edərək guya miras qoyan X17 13 yanvar 1995-ci ildə vəfat edikdən sonra ondan qalmış miras əmlakın X16 tərəfindən qəbul edildiyini, Məmmədşah Kərimov tərəfindən qəbul edilmiş miras əmlakın isə onlar tərəfindən qəbul edildyini bildirmişlər. Birincisi miras qoyan X22 13 yanvar 1995-ci ildə vəfat etmişdir. Onun ölümündən sonra X16 tərəfindən mirasın qəbul edilməsi ilə bağlı sübut yoxdur. O miras əmlakı qəbul etmədən 11 may 2000-ci ildə vəfat etmişdir. Onun ölümündən sonra altı ay ərzində miras əmlakın qəbul edilməsi ilə bağlı notariat orqanına müraciət etməmişlər. Məhkəmə iclasında iddiaçılar iddianı müdafiə edərək təmin olunmasını, qarşılıqlı iddianı isə qəbul etməyərək təmin olunmamasını xahiş etmişlər. Məhkəmə iclasında cavabdeh tərəf qarşılıqlı iddianı müdafiə edərək təmin olunmasını, ilk iddianı isə qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hər iki iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan ölüm haqqında şəhadətnamələrin surətindən müəyyən olunur ki, X6 20.03.1994-cü ildə, X22 13.01.1995-ci ildə, X11 11.05.2000-ci ildə və X5 18.12.2014-cü ildə vəfat etmişlər. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 14.01.2020-ci il tarixli 2(067)- 355 nömrəli qətnaməsindən müəyyən olunur ki, X10 miras qalmış ünvan 2 ünvanında yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi və üzərindəki yaşayış evinə münasibətdə mirasın Cavabdeh tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 20.11.2020-ci il tarixcli 2(105)-3018/2020 nömrəli qərardadından müəyyən olunur ki, Xaçmaz rayon məhkəməsinin 14.01.2020-ci il tarixli 2(067)-355 nömrəli qətnaməsi ləğv edilmiş, Cavabdeh mərhum atası X10 miras qalmış ünvan 2 ünvanında yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi və üzərindəki yaşayış evinə münasibətdə mirasın Cavabdeh tərəfindən qəbul edilməsi faktı müəyyən edilməklə 0,06 ha həyətyanı torpaq sahəsinə və 1962-ci ildə tikilmiş yaşayış evinə mülkiyyət hüququnun tanınması barədə ərizəsi baxılmamış saxlanılmışdır. İş materiallarında olan Xaçmaz rayon 1 saylı notariat ofisinin 18 avqust 2021-ci il tarixli 585 nömrəli məktubundan müəyyən olunur ki, 11.05.2000-ci il tarixdə vəfat etmiş X7 ölümündən sonra vərəsəlik işi açılmışdır. Vərəsələr arasında əvvəllər məhkəmə mübahisəsi olmuşdur. Hazırda da vərəsəliklə bağlı aralarında mübahisə olduğundan vərəsəlik işini notariat qaydasında həll etmək mümkün olmamışdır. İş materiallarında olan DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsinin 08.02.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə X17 adına texniki pasport işlənmiş, lakin qeydiyyat vəsiqəsi verilməmişdir. Qeyd olunan fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi (faktiki 0,0545 ha) Xaçmaz rayon məhkəməsinin 14.01.2020-ci il tarixli, 2(067)-355/2020 saylı qətnaməsinə əsasən 23.05.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********63-10301 renyestr nömrəli çıxarışla Cavabdeh mülkiyyət hüququ tanınmışdır. Yuxarıda sadalananlara əsasən məhkəmə qeyd edir ki, iddia predmeti olan əmlak hazırda Cavabdeh mülkiyyətində olmaqla qeydiyyata alındığından və həmin qeydiyyat iddiaçı tərəfindən mübahisələndirilmədiyindən hər iki iddia təmin oluna bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək hüquq vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslər onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölməsi və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamədək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1170.1-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1252.2-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Həmin Məcəllənin 1253.1-ci maddəsinə əsasən mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir. 1253.2-ci maddəsinə əsasən əmlakı irsi transmissiya üzrə almaqdan imtina edildikdə əmlak ölmüş vərəsələrlə birlikdə mirası qəbul etməyə çağırılmış şəxslərə keçir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə uyğun olaraq mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Məhkəmə qeyd edir ki, mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, müxtəlif konkludent hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir: mirası lazımi vəziyyətdə saxlayır, miras əmlakın vergilərini ödəyir, və s. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia və qarşılıqlı iddia tələbləri təmin olunmamalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və sair tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumları tərəflərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov.
Məhkəmə qərarları › İş №2(067)-146/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-146/2022
03.03.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver