Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1485/2021 07.06.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, iddiaçı X3, cavabdehlər X7, X1 və X2 iştirakları ilə, İddiaçı X3 cavabdehlər X8, X4 və X5 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X9 cavabdehlər X8, X4 və X5 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək özünün və azyaşlı uşaqları 04 sentyabr 2009-cu il təvəllüdlü X11 və 24 sentyabr 2012-ci il təvəllüdlü X6 Cavabdeh1 ilə birgə nikah dövründə yaşadıqları ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələrini, həmin evdən istifadə hüquqlarının müəyyən edilməsini və iddia ərizəsinin hazırlanması ilə bağlı banka ödədiyi 21 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə 20 avqust 2008-ci il tarixdə birgə nikahınızı rəsmiləşdirərək ailə qurmuşdur. Birgə nikahlarından 04 sentyabr 2009-cu il təvəllüdlü X11 və 24 sentyabr 2012-ci il təvəllüdlü X10 doğulmuşdur. O, cavabdehlə ailə qurarduqdan sonra 2008-ci ilin avqust ayında Xudat şəhəri, Ə.Şxliniski küçəsi ev 68 ünvanında yerləşən qaynatasına məxsus evə gəlin köçmüşdür. Həmin evdə olarkən uşaqları doğulmuşdur. O, həmin evə gəlin köçən zaman özü ilə cehiz əmlak aparmışdır. Həmin cehiz əmlak hal hazırda onun gəlin köçdüyü qaynatasına məxsus evdədir. Həmin cehiz əmlakın siyahısı aşağdakı kimidir: Qorka, kamot, şfoner, termo, taxt, 2 ədəd tumba, paltar yuyan, şkaf, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd divan, 2 kreslo, 1 ədəd çilçırağ, 4 ədəd döşək (tək), 6 ədəd yorğan (4 yun, 2 sintifon), 1 ədəd taxt döşəyi, 1 ədəd taxt yorğanı, 6 ədəd yastığ, 4 ədəd iri nalça, 4 ədəd balaca nalça, 3 ədəd xalça, 1 ədəd kavralit, taxt pakravalı, 1 ədəd buxovnu adyal, 1 ədəd yay adyalı, 1 ədəd tiqrovnu nazik adyal, 2ədəd tək nazik kravat üçün adyal, 2 ədəd uzun yastığ, 2 dəst divan üstü dəsti, 2 ədəd qara rəngdə dördkünc şirniyyat qabı, 2 ədəd qara qənd qabı, 2 ədəd qara meyvə qabı, 1 ədəd qara böyük meyvə qabı, 2 dəst abedni və çay servisi, 1 ədəd çörək sobası, tefal qazan dəsti, nikkelni qazan dəsti, 2 dəst şirli qazan dəsti, 3 ədəd çaydan, 1 ədəd elektrikli simavər, 4 ədəd göyərti doğrayan taxta, çörək qabı, taxta bıçaq dəsti, taxta qaşıqlar, tefal qaşıq dəsti, tefal çaydan və çaydanlıq dəsti, şirə çekən maşın, ət çekən maşın, mikser, qoz çekən, 1 ədəd paltar qaynadan bak, 2 ədəd dəmir vedrə 2 ədəd şirli vedrə, 2 ədəd toz yığan, simavər torbası, 6 ədəd şiş, 1 ədəd dörd ayağ taxta, 1 ədəd oxlov, 1 ədəd qalaq, 1 ədəd palaz çırpan, simavər altı, 1 ədəd troyka, 2 ədəd şirli kruşka, 3 ədəd paltar şotkası, 1 ədəd ələk, 2 ədəd qara şirniyyat qabı, 2 ədəd qara qənd qabı, 2 ədəd qara meyvə qabı, 1 ədəd qara güldan, 1 ədəd konfet qabı, 2 ədəd tort götürən, 12 ədəd xurustal rumka, 2 ədəd xurustal meyvə qabı, tort boşqabları, bagema xurustal, 7 ədəd dolça, 6 ədəd bagema bakal, 1 ədəd iri meyvə qabı, 2 ədəd qara güldan, 4 ədəd salat qabı, 2 ədəd konfet qabı, 1 ədəd çərəz qabı, 6 ədəd salat qabı, balon ağzı bağlayıb açan, sarımsağ əzən, supnik, 2 ədəd külqabı, qorka qabları; 2 ədəd bagema qab, 1 ədəd bagema güldan, 2 ədəd göy meyvə qabı, 2 ədəd bagema konfet qabı, 6 ədəd bagema bakal, 2 ədəd göy bagema qabı, 6 ədəd stoykalı bakal, 1 ədəd tort boşkabı,r-j24 xpjrj}stal s tək ar 1 L ' stoykalı bakal, 12 ədəd balaca stoykal bakal, 2 ədəd xrustal meyvə qabı, 6 ədəd bakal, 2 ədəd xurustal uzunsov qab, 1 ədəd xurustal güldan, 1 ədəd dolça, 6 ədəd bakal, 1 ədəd 3-lü podnus dəsti, 2 ədəd podnos, 2 ədəd xurustal konfet qabı, 1 ədəd qara çaydanlıq, 6 ədədli çaşka nəlbəki dəsti, 6 ədəd piyalə qaşıq, 4 ədəd duz qabı, 6 ədəd limon qabı, 1 ədəd göy bagema güldan, 1 ədəd qara çamadan qaşıq dəsti, 2 ədəd qara 3 mərtəbəli qab, 2 ədəd böyük bulud qabı, 12 ədəd aş qabı. 12 ədəd xalodnu boşqabı, 12 ədəd kişmiş qabı, 12 ədəd qara nəlbəki, 12 ədəd qara rozetika, 2 ədəd qızılı çaydanlıq, 12 ədəd qaşığ naboru, 12 ədəd xörək qaşığı, 12 ədəd çay qaşığı, 12 ədəd çəngəl, 2 ədəd çörək qabı, 4 ədəd konfet qabı, 2 ədəd bulud, 2 ədəd qara sous qabı, 12 ədəd balaca sousu qabı, 12 ədəd kişmiş qabı, 4 dəst salfetka qabı, Pastellər (6 cüt və 6 tək nəfərlik) 8 ədəd hamam dəsmalı, 12 ədəd əl üz dəsmalı, 18 ədəd çay dəsmalı, 3 ədəd çamadan (1 ədəd balaca, 2 ədəd böyük), televizor plazma-Panosonic, soyuducu - İndesit, paltar yuyan maşın-İndesit, 1 ədəd mətbəx şkafı plasmas, 1 ədəd yatağ otağına çilçırağ, 2 ədəd karniz. Cavabdehlə münasibətləri yaxşı olmuş, lakin sonradan pisləşmişdir. Dəfələrlə aralarında mübahisə düşmüşdür. Cavabdeh onu evdən qovduqdan sonra o, 2 uşağı ilə valideynlərinin və qardaşının evində qalır. Qardaşının evi 1 otaqdan ibarətdir. Evdə atası, anası, qardaşı və o, 2 uşağı ilə birlikdə qalırlar. Ev darısqal olduğu üçün o, həmin evdə uşaqları ilə birlikdə yaşaya bilmir. Ona görə də gəlin köçərək getdiyi evdə yaşamaq istəyir. Cehiz əşyaları həmin evdə qalmışdır. Dəfələrlə evə gedib yaşamaq istəsə də cavabdehlər onu evə buraxmamışlar. Quba Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(027)- 220/2021 nömrəli qətnaməsinə əsasən Cavabdeh1 ilə aralarında olan nikah pozulmuş, birgə nikahdan olan 04 sentyabr 2009-cu il təvəllüdlü X11 və 24 sentyabr 2012-ci il təvəllüdlü X10 adlı uşaqları onun himayəsinə verilmişdir. O, və azyaşlı uşaqları 04 sentyabr 2009-cu il təvəllüdlü X11 və 24 sentyabr 2012-ci il təvəllüdlü X10 adlı uşaqlarında birlikdə Cavabdeh1 ilə birgə nikah dövründə yaşadıqları ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələrini, həmin evdən istifadə hüquqlarının müəyyən edilməsi və iddia ərizəsinin hazırlanması ilə bağlı banka ödədiyi 21 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər iddianı qəbul etməyərək təmin edilməməsini xahiş etmişlər və bununla bağlı iddia ərizəsinə yazılı etirazı təqdim etmişlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinin 20 may 2021-ci il tarixli məktubundan müəyyən olunur ki, Xudat şəhəri, Ə.Şıxlinski küçəsi 68 ünvanında yerləşən fərdi yaşayış evinə Xaçmaz rayon Tİ və MHQ İdarəsi tərəfindən may 1988-ci il tarixdə Şıxbalayev İkram Şahnəzər oğlunun adına texniki pasport işlənmiş, lakin qeydiyyat vəsiqəsi verilməmişdir. Qeyd olunan fərdi yaşayış evinə dair 2008-ci ili əhatə etdiyi müddətdə heç bir əməliyyat aparılmamışdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin notarial qaydadatəsdiq olunmuş surətindən müəyyən olunur ki, tərəflər arasında Quba rayonu Qeydiyyat Şöbəsində nikah haqqında 20 avqust 2008-ci il tarixli 258 №li qeyd tərtib olunmuş və nikah bağlandıqdan sonra ərə Şıxbalayev, arvada Şıxvalayeva soyadları verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, tərəflərin birgə nikahlarından 04.09.2009-cu ildə Elcan və 24.09.2012-ci ildə isə Fidan adlı uşaqları anadan olmuşdur. İş materiallarında olan Quba rayon məhkəməsinin 17 mart 2021-ci il tarixli 2(027)/2021 saylı qətnaməsindən müəyyən olunur ki, X12 ilə X9 arasında olan nikah pozulmuş və tərəflərin birgə nikahlarından olan iki azyaşlı uşaqları anaları X3 himayəsində saxlanılmışlar. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdeh ilə 2008-ci ildə rəsmi nikaha daxil olduqdan, onların arasında yaranan hüquq münasibətləri həmin dövrün qanunvericiliyinə əsasən tənzimlənməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarı ilə 2000-ci ilin sentyabr ayının 1-dək yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələr Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun, 2000-ci ilin sentyabr ayının 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin qaydalarına uyğun həll edilir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Baxılan iş üzrə iddiaçının köçmək istədiyi yaşayış evi hüquq münasibətlərinin yarandığı dövrdə özbaşına tikili olduğundan, cavabdehlərin iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. Mülki Məcəllənin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 1 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Mülki Məcəllənin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da cavabdehlərlə eyni şərtlər daxilində mübahisəli tikilidən yararlanmaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının tikiliyə köçürülməsindən onun özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehlərə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Məhkəmə həmçinin nəzərə alır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisə predmeti olan ünvan 3 ünvanında yerləşən ev 2008-ci ildə dövlət qeydiyyatına alınmamışdır. İddiaçı 2008-ci ildə cavabdehlə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və ailə üzvü kimi onların evinə qeyd şərtsiz yaşamaq üçün gəlin köçmüş, onlar yaşadıqları evdə ümumi təsərrüfat aparmışlar. Onların birgə nikahlarından iki uşaqları anadan olmuşdur. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı X9 azyaşlı uşaqları 04 sentyabr 2009-cu il təvəllüdlü X11 və 24 sentyabr 2012-ci il təvəllüdlü X10 ilə birlikdə cavabdeh X4 məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsünlər və onların həmin evdən istifadə hüquqları müəyyən edilsin. Ödənilmiş 20 manat dövlət rüsumu birgə qaydada cavabdehlərdən tutularaq iddiaçıya verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xacmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1485/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1485/2021
07.06.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver