Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1501/2020 16.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun, İddiaçı Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi tabeliyində Dövlət X5 X6 Xaçmaz rayon xidmət nümayəndəliyinin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında İddiaçı Cavabdeh qarşı artıq ödənilmiş əmək pensiyasının bərpa edilməsi ilə bağlı öhdəliyin qoyulması tələbinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh pensiyanın təyin olunduğu tarixdən, yəni xx xxxxx 2018-ci il tarixdən dayandırıldığı tarixədək, xx xxx 2019-cu il tarixədək artıq ödənilmiş 10242.45 manat məbləğin Əmək və X2 Nazirliyi yanında İddiaçı hesabına bərpa olunmasını təmin edilməsi barədə cavabdehin üzərinə həmin məbləğin ödənilməsi vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh xx xxxxxx 1986-cı il təvəllüdlü olub, xx xxxxx 2018-ci il tarixdə 3-cü qrup ümumi xəstəlik ilə əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün DSMF-nun Xaçmaz rayon şöbəsinə müraciət etmişdir. Şöbədə pensiya təyin edən komissiyanın 1/197 nömrəli xx xxxxx 2018-ci il tarixli qərarı ilə Cavabdeh onun xx xxxxxx 2005-ci il tarixdən xx xxxx 2006-cı il tarixədək hərbi xidmətdə olduğu dövrvə xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabına sığorta hissəsində qeydə alınmış pensiya kapitalı nəzərə alınmaqla X7 Komissiyası tərəfindən müayinə aktı ilə təyin olunmuş əlilliyi müəyyən edilən, yəni xx xxxxx 2018-ci il tarixdən 729.0 manat məbləğində əmək pensiyası təyin edilmişdir. xx.xx.2019-cu il tarixdə pensiyaların istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilərək vətəndaşın pensiyasının məbləği 750.87 manata çatdırılmışdır. Cavabdehə xx.xx.2018-ci il tarixdə X7 Komissiyası tərəfindən müayinə aktı ilə təyin olunmuş əlilliyi araşdırma zamanı TSERASALT sistemində öz təsdiqi tapmadığına görə əlilliyi ləğv edilmişdir. Cavabdehin pensiyasının ödənişi xx.xx.2019-cu il tarixdən dayandırılmışdır. Nəticədə xx xxxxx 2018-ci il tarixdən xx xxx 2019-cu il tarixədək cəmi 10242.45 manat məbləğində artıq ödənilmiş məbləğ müəyyən edilmişdir. Həmin məbləğin bərpa olunmasının təmin edilməsi üçün cavabdehə həm şifahi həm də rəsmi bildirilmiş, lakin cavabdeh hazıradək heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarıını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh 3-cü qrup əlillik dərəcəsi almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında İddiaçı xx xxxx 2019-cu il tarixli məktubundan müəyyən olunur ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə 15 saylı X7 komissiyası tərəfindən təyin olunmuş 4384003AASİH saylı müayinə aktıaraşdırmazamanıTSERAS ALT sistemində öz təsdiqini tapmadığı üçün xx.xx.2019-cu il tarixədək cəmi 10242.45 manat məbləğində artıq ödənilmiş pensiya müəyyən edilmişdir. Həmin məbləğin Əmək və X2 Nazirliyi yanında İddiaçı hesabına bərpa olunmasını təmin etməyi cavabdehdən xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X3 xx xxxx 2019-cu il tarixli məktubundan müəyyən olunur ki, əlilliyi ləğv olunmuş şəxslərin pensiya, müavinət və təqaüd işlərinin dayandırılması, digər zəruri tədbirlərin görülməsi və nəticəsi barədə Fondun aparatının pensiya təminatı şöbəsinə məlumat verilməsi Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X3 Xüsusi şərtlərlə təyinat idarəsinin rəisinə, şəhər və rayon şöbələrinin rəhbərlərinə tapşırılmışdır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. AzərbaycanRespublikasınınMülkiMəcəlləsinin 1091.1.-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmışşəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1.-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh pensiyanın təyin olunduğu tarixdən, yəni xx xxxxx 2018-ci il tarixdən pensiya dayandırıldığı tarixədək, yəni xx xxx 2019-cu il tarixədək artıq ödənilmiş 10242.45 manat məbləğində pul Cavabdeh alınaraq Əmək və X2 Nazirliyi yanında İddiaçı (Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi tabeliyində Dövlət X5 X6 Xaçmaz rayon Xidmət Nümayəndəliyi) hesabına tutulsun. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-1501/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1501/2020
16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver