Məhkəmə qərarları › İş №2(067)-1502/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1502/2024

27.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1502/2024 27.06.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi notariat hərəkətlərinin aparılmasından imtina tələbinə dair ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək Xaçmaz rayon 1 saylı Notariat Ofisinin notariusu D.A.Tağıyevin ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi 0.03 ha həyətyanı torpaq sahəsinə dair onun, yəni Ərizəçi adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtinanın qanunsuz hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, 06 iyun 1970-ci ildə X8 ilə rəsmi nikah bağlamaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan dörd övladı vardır: 1. Cəmaləddinova (Mursaifova) Rəna Kamaləddin qızı-xx.xx.1971-ci il təvəllüdlü, 2. X14-xx.xx.1973-cü il təvəllüdlü, 3. X19-xx.xx.1976-cı il təvəllüdlü, 4. Cəfərli (Mursaifova) Dilşad Kamaləddin qızı-xx.xx.1985-ci il təvəllüdlü. Əri K.İ.Mursaifovla birgə nikah dövründə, yəni 1978-ci ildə ünvan 2 ünvanda yaşayış evi inşa etdirmişlər. Həmin yaşayış evi xx.xx.2023-cü il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********14-10301 olan hüquqların X25 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışı ilə X3nun adına reystrdə qeydiyyata alınmışdır. Həmin sənədə əsasən yaşayış evi tam olaraq əri Kamaləddin Mursaifovun, evin yerləşdiyi 0.03 ha həyətyanı torpaq sahəsi əri Kamaləddin Mursaifov, onun, övladları Afət Mursaifova və Dilşad Mursaifovanın birgə mülkiyyəti kimi qeydiyyata alınmışdır. X3 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. Hal-hazırda ünvan 3 ünvünda yerləşən evdə tək yaşayır. Övladlarından Rəna, Afət və Dilşad evli olmaqla öz evlərində yaşayır, oğlu Mair isə uzun illərdir Rusiya Federasiyasında yaşayır, onunla heç bir əlaqələri yoxdur və hazırda yaşadığı ünvanını bilmir. O, bir oğul olaraq onunla maraqlanmır, ümumiyyətlə heç bir əlaqə saxlamır. Mərhum əri Kamaləddin Mursaifovla birgə nikah dövründə inşa etdirdikləri ünvan 3 ünvanda yerləşən yaşayış evinə və yerləşdiyi 0.03 ha həyətyanı torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Xaçmaz rayon 1 saylı Notariat Ofisinə müraciət etmişdir. Həmin vaxt övladları Afət, Rəna və Dilşad rəsmi ərizələrlə notariusa müraciət edərək miras əmlakdan onlara çatası paylardan onun xeyrinə imtina etmişlər. Ərizələr Notariat Ofisində qeydiyyatdan keçmişlər. Xaçmaz rayon 1 saylı Notariat Ofisinin Notariusu D.A.Tağıyev 27 sentyabr 2023-cü il tarixli, X-1281 saylı məktubla ona imtina cavabı vermişdir. Məktubda qeyd olunur ki, Xaçmaz rayon 1 saylı notariat ofisinə 21 yanvar 2010-cu ildə vəfat etmiş X1 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barəsində müraciətinizə baxılmışdır. X5 digər birinci növbə varisləri mövcuddur. Mövcud olan digər varislər pay bölgüsünə dair münasibətlərini bildirmədikləri üçün pay bölgüsünün aparılması mümkün deyildir. Mülki Məcəllənin 1291-ci maddəsinə görə miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Bu səbəbdən pay bölgüsünün aparılması və mübahisənin həlli üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunur. Hesab edir ki, notariusun məktubunda göstərilmiş əsaslarla miras qalmış əmlaka adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtinası əsassızdır. Məhkəmə iclasında ərizəçi tərəf ərizəni müdafiə edərək ərizəyə uyğun izahat vermiş və təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, ərizəçi 06 iyun 1970-ci ildə X8 ilə rəsmi nikah bağlamaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan dörd övladları var, Cəmaləddinova (Mursaifova) Rəna Kamaləddin qızı - xx.xx.1971-ci il təvəllüdlü, X14 - xx.xx.1973-cü il təvəllüdlü, X19 - xx.xx.1976-cı il təvəllüdlü, Cəfərli (Mursaifova) Dilşad Kamaləddin qızı - xx.xx.1985-ci il təvəllüdlü. Ərizəçinin əri K.İ.Mursaifovla birgə nikah dövründə, yəni 1978-ci ildə ünvan 2 ünvanda yaşayış evi inşa etdiriblər. Həmin yaşayış evi xx.xx.2023-cü il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********14-10301 olan Hüquqların X25 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışı ilə ərizəçinin X3nun adına reyestrdə qeydiyyata alınmışdır. Həmin sənədə əsasən yaşayış evi tam olaraq ərizəçinin əri Kamaləddin Mursaifovun, evin yerləşdiyi 0.03 ha həyətyanı torpaq sahəsi ərizəçinin, onun əri Kamaləddin Mursaifovun, övladları Afət Mursaifova və Dilşad Mursaifovanın birgə mülkiyyəti kimi qeydiyyata alınmışdır. Ərizəçinin X3 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. Hal-hazırda ünvan 2 ünvanda yerləşən evdə ərizəçi tək yaşayır. Övladlarından Rəna, Afət və Dilşad evli olmaqla öz evlərində yaşayırlar, oğlu Mair isə uzun illərdir Rusiya Federasiyasında yaşayır, onunla heç bir əlaqələri yoxdur və hazırda yaşadığı ünvanını bilmir. O, bir oğul olaraq anası ilə maraqlanmır, ümumiyyətlə heç bir əlaqə saxlamır. Mərhum əri Kamaləddin Mursaifovla birgə nikah dövründə inşa etdirdiyi ünvan 2 ünvanda yerləşən yaşayış evinə və yerləşdiyi 0.03 ha həyətyanı torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün o, Xaçmaz rayon 1 saylı Notariat Ofisinin Notariusu D.A.Tağıyevə müraciət etmişdir. Həmin vaxt övladları Afət, Rəna və Dilşad rəsmi ərizələrlə notariusa müraciət edərək miras əmlakdan onlara çatası paylardan analarının xeyrinə imtina etmişlər. Xaçmaz rayon 1 saylı Notariat Ofisinin Notariusu D.A.Tağıyev 27 sentyabr 2023-cü il tarixli, X-1281 saylı məktubla ərizəçiyə imtina cavabı vermişdir. Hesab edir ki, notariusun məktubunda göstərilmiş əsaslarla miras qalmış əmlaka ərizəçinin adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtinası əsassızdır. Ərizəçi miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün notariusa müraciət etdikdə bildirmişdir ki, vərəsələrdən oğlu Mairin halhazırda Rusiya Federasiyasının konkret hansı yerində yaşaması barədə məlumatı yoxdur. Ona görə də notariusdan xahiş etmişdir ki, qızlarının miras əmlakda paylarından onun xeyrinə imtina etmələri barədə ərizələri nəzərə alınmaqla miras əmlakda oğlu Mairin adına düşən pay açıq saxlanılsın. Buna baxmayaraq notarius vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Bunu əsassız hesab edir. Ərizənin təmin edilməsini xahiş edir. İş üzrə maraqlı tərəf Xaçmaz rayon 1 saylı Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını dinləyib və iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan evlənmək haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 ilə X11 arasında nikah xx.xx.1970-ci ildə bağlanmışdlr. Nikahdan sonra qadın Mursaifova soyadını qəbul etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 xx.xx.2010-cu il tarixdə ölmüşdür. İş materiallarında olan ünvan 4 ünvanladığı xx.xx.2023-cü il tarixli 1281 nömrəli məktubundan görünür ki, 21 yanvar 2010-cu ildə vəfat etmiş X1 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barəsində müraciətinizə baxılmışdır. X5 digər birinci növbə varisləri mövcuddur. Mövcud olan digər varislər pay bölgüsünə dair münasibətlərini bildirmədikləri üçün pay bölgüsünün aparılması mümkün deyildir. İş materiallarında olan Xaçmaz rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış, qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: Ərizəçi QİZİ xx.xx.1952-ci il təvəllüdlü, QUBA AFURCA KƏNDİ. 1. X4 (xx.xx.1945) (ÖLÜB xx.xx.2010 İL), 2. Qızı: X15 (xx.xx.1971), 3. Qızı: X16 (xx.xx.1973), 4. Oğlu: X20 (xx.xx.1976), 5. Qızı: X12 (xx.xx.1985). İş materiallarında olan xx.xx.2023-cü il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********14-10301 olan hüquqların X25 daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 5 ünvanında 0.03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 105.7 kv.metr olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X6, torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə X5, Ərizəçi, X10 və X7 adına daşınmaz əmlakın dövlət reyestrində 113 nömrəli reyestr kitabının 76 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən Nikah müddətində ər-arvadm əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadm ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) 32.2.2. ər-arvadm ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adma əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadm qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1.-ci maddəsinə əsasən ərləarvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında qeyd olunur ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301 -ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1 -ci bəndindən irəli gələrək vurğulayır ki, notariuslar tərəfindən vərəsəliklə bağlı notarial hərəkətlər həyata keçirilərkən şəxslərə müvafiq hərəkətlərlə bağlı onların hüquq və vəzifələri izah edilməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafeələrinin qorunması üçün köməklik göstərməli, o cümlədən yerində olmayan vərəsələrin məlumatlandırılması üçün bütün mümkün vasitələrdən istifadə olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 445.0-cı maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri xüsusi icraat işlərinə aşağıdakı hallarda baxırlar: 445.0.6. şikayət edilən notarial hərəkətlər (onların edilməsindən imtina) Azərbaycan Respublikasının notariusu və ya digər orqanı tərəfindən edildikdə. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyatma dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 8-ci bəndinə əsasən “ notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə” xususi icraat qaydasında ümumi məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci bəndinə əsasən notariuslar tərəfindən vərəsəliklə bağlı notarial hərəkətlər həyata keçirilərkən şəxslərə müvafiq hərəkətlərlə bağlı onların hüquq və vəzifələri izah edilməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərilməli, o cümlədən yerində olmayan vərəsələrin məlumatlandırılması üçün bütün mümkün vasitələrdən istifadə olunmalıdır. Hüquqi dövlətin əsas prinsiplərindən biri olan hüquqi müəyyənlik prinsipinə görə isə hüquqi tənzimləmələr aydın, başa düşülən, tətbiq oluna bilən və obyektiv olmalı, həm şəxslər, həm də dövlət orqanları üçün heç bir tərəddüd və ya şübhəyə yer qoymamalıdır. Şəxs hərəkətlərinin hansı hüquqi nəticəyə səbəb olacağını əvvəlcədən bilməlidir. Yalnız bu halda o, üzərinə düşən öhdəlikləri qabaqcadan görə və davranışını tənzimləyə bilər. Hüquqi müəyyənlik tələb edir ki, normalar proqnozlaşdırıla bilən olsun, fərdlər bütün hərəkət və davranışlarında dövlətə etibar edə bilsin, dövlət isə bu inam hissini sarsıdan hüquqi tənzimləmədən çəkinsin. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X2 miras qalmış əmlakın vərəsəsi Ərizəçi tərəfindən öz payını müəyyən etməsi məqsədəuyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi Ərizə təmin edilsin. Xaçmaz rayon 1 saylı Notariat Ofisinin notariusu D.A.Tağıyevin ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi 0.03 ha həyətyanı torpaq sahəsinə dair Ərizəçi adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina qanunsuz hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar