Məhkəmə qərarları › İş №2(067)-1506/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1506/2024

21.05.2024 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1506/2024 21.05.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi ilə, iddiaçı Nümayəndə və Cavabdeh1 iştirakları ilə iddiaçı Nümayəndə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əqdin etibarlı sayılması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən Cavabdeh2 məxsus olmuş bir mərtəbəli yaşayış evi və 523,3 kv.m həyətyanı torpaq sahəsinə münasibətdə Cavabdeh2lə arasında 1997-ci ildə baş tutmuş alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Nümayəndə iddia ərizəsini onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən yaşayış evi və evin yerləşdiyi 523,3 kv.m həyətyanı torpaq sahəsi Cavabdeh2 məxsus olmuşdur. Cavabdeh1 vasitəsilə bilmişdir ki, Cavabdeh2 evini satır. Ona müraciət edərək evi almaq istədiyini bildirmiş, həmin vaxtın pulu ilə, yəni 1996-cı ildə qüvvədə olan pul ilə 3500 manata razılığa gələrək pulu Cavabdeh1 yanında Cavabdeh2 vermişdir. Lakin evin mülkiyyət sənədləri qaydasında olmadığına görə Cavabdeh2 evi ona notarial qaydada sata bilməmişdir. Köçüb Rusiyaya getməli olduğundan ikinci Cavabdeh1 evə sərəncam verilməsi üçün baş etibarnamə vermişdir. Etibarnamə üzrə ona səlahiyyət verilmişdir ki, evə mülkiyyət sənədləri düzəltsin və satsın. Ona Cavabdeh2 verdiyi 18 noyabr 1996-cı il tarixli etibarnaməni göstərmişdir. Həqiqətən də etibarnamədə qeyd olunur ki, Cavabdeh2 özünə məxsus ünvan 3 ünvanında yerləşən bir mərtəbəli evi və 523,3 kv.m həyətyanı torpaq sahəsini özgəninkiləşdirməyi Cavabdeh1 etibar edir. Cavabdeh1 bildirmişdir ki, əgər razılaşma olarsa evi həyətyanı torpaq sahəsi ilə birlikdə mülkiyyətçinin adından ona sata bilər. Həmin vaxt o, ünvan 4 ünvanında yerləşən evində ailəsiylə birlikdə yaşayırmış. O, ailə üzvlərinin razılığı ilə Sumqayıt şəhərindəki evini sataraq razılaşdıqları məbləğdə pulu vermişdir. Mülkiyyətçi evə qeydiyyat vəsiqəsi düzəldərək notariat qaydasında evi ona satacağını söz vermişdir.. Həmin vaxtdan faktiki olaraq aralarında alqı-satqı baş tutmuş və o, ailə üzvləri ilə birlikdə aldığı evə köçmüşdür. Artıq 25 ildən də çoxdur ki, ailəsi ilə birlikdə həmin evdə yaşayır, bütün kommunal xərcləri də öz adından ödəyir. Həyat yoldaşı X1 və uşaqlarından bir neçəsi həmin evə daimi pasport qeydiyyatına da düşüblər. Sonradan ikinci cavabdehdən notarial qaydada evi adına küçirməsini xahiş etmişdir. O evin texniki pasportu olsa da, qeydiyyat vəsiqəsi ala bilmədiyini və bununla əlaqədar sənədləri düzətdikdən sonra notariat qaydada evi adına keçirəcəyini bildirmişdir. Bir müdətdən sonra isə etibarnamənin vaxtı keçdiyini və Cavabdeh2lə də əlaqə saxlaya bilmədiyini bildirmişdir. Beləliklə, evin alqı-satqısını notariatda təsdiqlətdirə bilməmişlər. Elşadın deməsinə görə adma verilmiş 18 noyabr 1996-cı il tarixli etibarnamə də saxlanılmamış, naməlum şəraitdə itmişdir. Tələb etdikdən sonra adına etibarnamə vermişdir ki, sənədləşdirməni özü aparsın. Etibarnamə əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinə müraciət edərək Cavabdeh2 cavabdehin adına verdiyi 18 noyabr 1996- cı il tarixli etibarnamənin surətinin verilməsini xahiş etmişdir. Dövlət Notariat Arxivindən ona ünvanlanmış 31 yanvar 2024-cü il tarixli, 3-165/G-13-Ə-216/24 saylı məktubda qeyd olunur ki, müraciətlə əlaqədar Xaçmaz rayon 1 saylı Dövlət Notariat Ofisində 18 noyabr 1996-cı il tarixdə 4E-1744 reyestr nömrəsi ilə aparılmış notariat hərəkətinin qeydə alındığı reyestrdən çıxarışın ksero surəti göndərilir. Ksero surətdə etibarnamənin təsdiqi, imza təsdiqi, tərcümənin düzgünlüyünün təsdiqi, etibarnamənin verən şəxsin Cavabdeh2 olması onun pasport məlumatları notariat əməliyyatının məzmununun evin satılması üçün və dövlət rüsumunun tutulması və s. qeyd olunur. Göstərilən arxiv sənədi və 4E-1744 reyestr nömrəsi ilə aparılmış notariat işi yuxarıda göstərilənləri tam təsdiq edir. Məhkəmə iclasında iddiaçı Nümayəndə iddia tələbini müdafiə edərək iş üzrə izahatında göstərmişdir ki, evi cavabdeh qaynı Elşad etibarnamə ilə Anatolidən 1996-cı ildə qüvvədə olan pul ilə 3500 manata almışdır. Daha sonra evi etibarnamə ilə Elşaddan almışdır. Sonradan Anatoli köçüb Rusiya Federasiyasına getmişdir. Etibarnamənin vaxtı bitdiyinə görə evi sənədləşdirə bilməmiş, bu səbəbdən cavabdeh Elşad Anatolidən yeni etbarənamə almaq üçün Rusiya Fedrasiyasına getmiş, lakin Anatoli vəfat etdiyinə görə ala bilməmişdir.. Artıq 30 ildir ki, o, həmin evdə yaşayır, komunallar da onun adınadır. O, başqa evdə qeydiyyatdadır və indi öz yaşadığı evə sənəd almaq istəyir ki, öz evinə qeydiyyata düşsün. İddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul edərək iş üzrə izahatında göstəmişdir ki, iddiaçı bacısnın həyat yoldaşıdır. Evi Anatolidən etibarnamə əsasında 1996-cı ildə aralarında razılığa gələrək 3500 manata almışdır. İddiaçı evi ondan etibarnamə əsasında almışdır ki, sənədləşdirsin lakin bu mümkün olmamışdır. Evin köhnə heç bir sənədi yoxdur, sadəcə Anatolinin adına olan kitabça var. Sonralar baş qarışıq olduğuna görə evi öz adlarına rəsmiləşdirə bilməmişik. Sonradan ona məlum olmuşdur ki, evi aldığı Anatoli Rusiya Federasiyasına gedib və orada vəfat edib. Bacısı və yoldaşı 1996-cı ildən həmin evdə yaşayırlar. Lakin evi öz adına rəsmiləşdirməmişdir. Hazırda bacısının həyat yoldaşı Nazim pensiya yaşı çatdığına görə qeydiyyatı barədə sənəd lazım olduğu üçün həmin evi öz adına rəsmiləşdirmək istəyir. Ona görə də məhkəməyə müraciət etmişdir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon Notariat Ofisində 18 noyabr 1996-cı ildə rəsmiləşdirilmiş 4-E-1744 reyestr nömrəli işdən müəyyən olunur ki, Cavabdeh2 18 noyabr 1996-cı il tarixdə özünə məxsus evi özgəninkiləşdirməyi Cavabdeh1 etibar etmişdir. Lakin hansı ev olduğu və evin yerləşdiyi ünvan müfəssəl qaydada qeyd edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 336.1-ci maddəsinə əsasən əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir. 362.1-ci madddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 363.1-ci maddəsinə əsasən bu Məcəllənin 363.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, etibarnamə istənilən müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Bağlandığı tarix göstərilməyən etibarnamə əhəmiyyətsizdir. Belə ki, Xaçmaz rayon Notariat Ofisində 18 noyabr 1996-cı ildə rəsmiləşdirilmiş etibarnamədə qüvvədə qalma müddəti qeyd edilmədiyindən o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlamışdır. Belə olan halda sözügüdən etibarnamə 18 noyabr 1997-ci ildə qüvvəsini itirmişdir. Beləliklə, məhkəmə araşdırmaları ilə müəyyən olunmuşdur ki, tərəflər arasında yazılı şəkildə ünvan 2 ünvanında yerləşən yaşayış evi və evin yerləşdiyi 523.3 kv.m həyətyanı torpaq sahəsinin alqı-satqısı barədə müqavilə mövcud deyil. Mübahisə predmeti olan ünvan 5 ünvanında yerləşən yaşayış evi və evin yerləşdiyi 523.3 kv.m həyətyanı torpaq sahəsini iddiaçı cavabdehlər tərəfindən ona 3500 manata satıldığını iddia etsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan başqa, tərəflər arasında notarial qaydada təsdiqlənmiş alğı-satqı müqaviləsi olmasını və iddiaçının mübahisəli torpaq sahəsinin alğı-satqısı ilə bağlı cavabdehlərə 3500 manat pul verməsini təsdiq edən heç bir sənəd də iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bundan başqa 18 noyabr 1996-cı il tarixli etibarnamədən görünür ki, Cavabdeh2 tərəfindən etibarnamənin kimə verilməsi və mülkiyyətçi olduğu evin ünvanı, həmçinin etibarnamənin müddəti göstərilməmişdir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hüquq normalarına əsasən ünvan 1 ünvanında yerləşən Cavabdeh2 məxsus olmuş bir mərtəbəli yaşayış evinin və 523,3 kv.m həyətyanı torpaq sahəsinin alqı-satqısına dair iddiaçı Nümayəndə ilə Cavabdeh2 arasında 1997-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi üçün əsaslar mövcud olmadığından, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220, 222 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: iddiaçı Nümayəndə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əqdin etibarlı sayılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar