Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1522/2025 19.03.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz rayon Məhkəməsinin hakimi Abiyeva Nərmin Mirhəsən qızı, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı yaşayış, qeydiyyatda olduğu ünvandan çıxarılma tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına mümkünlüyü məsələsinə baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı yaşayış, qeydiyyatda olduğu ünvandan çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin onun mülkiyyətindəki mənzildən qeydiyyatdan çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi aşağıdakılara əsasən geri qaytarılmalıdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2.-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. İddia ərizəsinə əlavə olunan ödəniş qəbzlərindən müəyyən olunur ki, iddiaçı tərəfindən hazırkı iddianın verilməsi ilə bağlı cəmi 60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.5.-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4.-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı yaşayış, qeydiyyatda olduğu ünvandan çıxarılma tələbinə dair iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya izah olunmalıdır ki, göstərilən nöqsanları aradan qaldırmaqla iddia ərizəsi ilə təkrarən məhkəməyə müraciət etmək hüququ vardır. Yuxarıda sadalananları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152, 305.1.17-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı yaşayış, qeydiyyatda olduğu ünvandan çıxarılma tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, göstərilən nöqsanları aradan qaldırmaqla təkrarən məhkəməyə müraciət etmək hüququ vardır. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xaçmaz rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №2(067)-1522/2025
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1522/2025
19.03.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver