Məhkəmə qərarları › İş №2(067)-1534/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1534/2020

17.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1534/2020 17.08.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə xx xxxxxx 2020-ci ildə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.2016-cı ildə Bakı şəhərində vəfat etmiş xx.xx.1944-cü il təvəllüdlü atası X3 ölüm faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, atası Zahid Quliyev xx.xx.2016-cı ildə Bakı şəhərində vəfat etmişdir. O, dərhal təcili tibbi yardım çağırmış, həkim onun vəfat etməsi barədə arayış vermişdir. Atası Suraxanı rayonunda qeydiyyatda olduğu üçün həmin arayışı Suraxanı rayon qeydiyyat şöbəsinə təqdim etmiş, lakin ölüm şəhadətnaməsi verməkdən imtina etmişlər. Ona bildirmişlər ki, atasının ölüm günündən 10 gün müddətində qeydiyyat şöbəsinə müraciət etməli idi. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Suraxanı rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən X4 ifadəsində göstərmişdir ki, ərizəçi onun bibisi qızıdır. Zahid Quliyev bibisinin əri olub. Zahidin yas mərasimində iştirak etmişdir. İş materiallarında olan Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti trestinin xx.xx.2020-ci il tarixli 03 nömrəli arayışından görünür ki, Ərizəçi atası X5 Hövsan qəbristanlığında xx.xx.2016-cı il tarixdə dəfn olunmuşdur. İş materiallarında olan Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış məktubla X3 ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Bakı şəhər Baş Səhiyyə İdarəsi 24 nömrəli X2 xx xxxx 2020-ci il tarixli 570 nömrəli arayışından müəyyən olunur ki, Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi y/s «D» ev 11, mənzil 136 ünvanında qeydiyyatda olmuş, lakin Abşeron rayonu Qobu qəsəbəsində yaşamış xx.xx.1944-cü il təvəllüdlü X3 müəssisəyə müraciəti olmamışdır. Tibbi qeydiyyatı yoxdur və ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. İş materiallarında olan Suraxanı rayon Qeydiyyat şöbəsinin ərizəçiyə ünvanlıdığı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, X5 barədə «Vətəndaşlıq vəziyyəti aktları» X1 Sisteminə xx.xx.2020-ci ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş VVADQ qaydasının 8.5-ci maddəsinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1944-cü il təvəllüdlü X3 ölüm faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi Ərizə təmin edilsin. xx.xx.1944-cü il təvəllüdlü X3 ölüm faktı müəyyən edilsin. Qətnamə X3 ölümünün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar