Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1550/2022 09.06.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı cavabdeh Rəhimov Cavabdeh qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ünvan 1i ünvanında yerləşən cavabdeh Rəhimov Cavabdeh və ailə üzvlərinə məxsus 0.12 ha həyətyanı torpaq sahəsinə münasibətdə xx.xx.1998-ci il tarixdə mərhum həyat yoldaşı X10 ilə cavabdeh tərəf arasında baş tutmuş alqı-satqı əqdinin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, 1956-cı ildə X7 ilə rəsmi nikah əsasında ailə qurmuşdur. Həyat yoldaşı X7 xx.xx.2002-ci ildə vəfat etmişdir. Ondan miras qalan əmlaka qanun üzrə vərəsəlik haqqında şəhadətnamə alaraq əmlakı adına keçirmək istəyərkən məlum olmuşdur ki, həyat yoldaşının adına olan ünvan 2ində yerləşən yaşayış evinin həyətyanı torpaq sahəsi əvvəlki mülkiyyətçilərin adındadır. Belə ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda yaşayış evinin tam olaraq X3 mülkiyyətində olması göstərilsə də, həyətyanı 0,12 ha torpaq sahəsi 1/3 hissədə hər birinin payı olmaqla X8, X2 və Rəhimov Cavabdeh adınadır. Halbuki 1998-ci ildə həmin evi bütövlükdə yəni torpaq sahəsi ilə birgə almışlar və həmin vaxtdan da istifadələrindədir. Xaçmaz rayon 1 saylı Dövlət notariat kantorıında 24 aprel 1998-ci ildə rəsmiləşdirilmiş alqı-satqı müqaviləsinə əsasən həyat yoldaşı X7 ilə X11 arasında bağlanmış müqavilədən görünür ki, ünvan 2i ünvanında yerləşən torpağın mülkiyyətə verilməsinə dair JN 2186 saylı Şəhadətnamədə göstərilən 0,12 ha torpaq sahəsindəki yaşayış evi həmin vaxtın pulu ilə 8-milyon manata X9 tərəfindən alınmışdır. Lakin müqavilədə səhvə yol verilərək torpaq sahəsi sözü yazılmadığına görə sonradan alınmış çıxarışda əvvəlki mülkiyyətçilərin adı qeyd edilmişdir. Çıxarışda adları göstərilən şəxslərdən ər-arvad X11 30 yanvar 2014-cü ildə, X5 isə 21 iyun 1997-ci ildə vəfat etmişlər. Yuxarıda göstərildiyi kimi yaşayış evi yerləşdiyi 0,12 ha torpaq sahəsi ilə birlikdə satın alınmışdır. Ona görə də satın alınmış 0,12 ha həyətyanı torpaq sahəsinə münasibətdə əqd bağlanmış hesab olunmalıdır. Ona görə də aralarında baş tutmuş müqavilə təsdiqlənməlidir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. İddiaçı işə iştirakı olmadan baxılaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsinə dair ərizəsini iddiasına əlavə etmişdir. Məhkəmə İddiaçı və cavabdeh Rəhimov Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan və məhkəmə iclasında araşdırılmış digər sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən olunur ki, xx.xx.2002-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi kimi İddiaçı miras əmlakdan tam hissədə pay almalıdır. İş materiallarında olan X7 ilə X11 arasında bağlanmış müqavilədən görünür ki, ünvan 2i ünvanında yerləşən torpağın mülkiyyətə verilməsinə dair JN 2186 saylı Şəhadətnamədə göstərilən 0,12 ha torpaq sahəsindəki yaşayış evi X9 tərəfindən alınmışdır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin böbüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. «Torpaq İslahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericilikdə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. İddiaçının izahatından və iş materiallarından müəyyən olunmuşdur ki, ünvan 1i ünvanında yerləşən cavabdeh Rəhimov Cavabdeh və ailə üzvlərinə məxsus 0.12 ha həyətyanı torpaq sahəsini xx.xx.1998-ci il tarixdə X1, iddiaçının həyat yoldaşının həmin əmlakların dəyərini ödəyərək, həmin əmlaka faktiki sahibliyi həyata keçirməsi və hazırkı vaxtda əmlakların iddiaçının istifadəsində olması sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə iş materiallarından və iddiaçının izahatından müəyyən olunmuşdur ki, ünvan 1i ünvanında yerləşən cavabdeh Rəhimov Cavabdeh və ailə üzvlərinə məxsus 0.12 ha həyətyanı torpaq sahəsini xx.xx.1998-ci il tarixdə X1, iddiaçının həyat yoldaşının həmin əmlakların dəyərini ödəyərək, həmin əmlaka faktiki sahibliyi həyata keçirməsi və hazırkı vaxtda əmlakların iddiaçının istifadəsində olması sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan yaşayış evi və evin yerləşdiyi həyətyanı torpaq sahəsinin alqı-satqı müqaviləsi etibarlı hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. X10 ilə cavabdeh Rəhimov Cavabdeh arasında sonuncuya və ailə üzvlərinə məxsus ünvan 1i ünvanında yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinə münasibətdə xx.xx.1998-ci ildə bağlanmış alqı-satqısına dair əqd etibarlı hesab edilsin. Bu qətnamə X4 ünvan 1i ünvanında yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququnun rəsmiləşdirilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1550/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1550/2022
09.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver