Məhkəmə qərarları › İş №2(067)-1558/2021

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1558/2021

25.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1558/2021 25.05.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlu, Ərizəçi X1 maraqlı şəxs Quba regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M : Ərizəçi X1 maraqlı şəxs Quba regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri araşdırarkən müəyyən etdim ki, ərizəyə Xaçmaz Rayon Məhkəməsində baxılması mümkün olmadığından, ərizə və ona əlavə edilmiş sənədlər iərizəçiyə geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, miras əmlak Quba rayonunun, Üşgün kəndində yerləşir və ərizəçinin həmin əmlaka vərəsəlik hüququnun tanınması, onun mülkiyyətçi kimi qeydə alınmasına zəmin yaradır. Başqa sözlə tələb faktiki daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması ilə bağlıdır. Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlarla əlaqədar ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Ərizəçiyə göstərilən nöqsanları aradan qaldırmaqla aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa; 114.2. Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Ərizə geri qaytarıldığına görə ərizəçinin 07.05.2021-ci il tarixdə Xaçmaz Rayon Məhkəməsinə ödədiyi 10 manat məbləğində dövlət rüsumu özünə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M : Ərizəçi X1 maraqlı şəxs Quba regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi geri qaytarılsın. Ərizəçiyə göstərilən nöqsanları aradan qaldırmaqla aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah edilsin. Ərizə geri qaytarıldığına görə ərizəçinin 07.05.2021-ci il tarixdə Xaçmaz Rayon Məhkəməsinə ödədiyi 10 manat məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qərardaddan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar