Məhkəmə qərarları › İş №2(067)-1568/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1568/2020

17.09.2020 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1568/2020 17.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X8, Ərizəçi iştirakıilə, Ərizəçi şəxsin ölməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, anası X4 xx xxx 2001-ci il tarixdə vəfat etməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, anası X9 xx.xx.2001-ci il tarixdə vəfat etməsinə baxmayaraq onun ölümü Qeydiyyat orqanında qeydiyyata alınmamışdır. Yaxın vaxtlarda anasından miras qalmış əmlakı adına rəsmiləşdirmək üçün müraciət etdikdə ondan anasının ölümü haqqında şəhadətnamə tələb edilmişdir. Bundan sonra o Maraqlı şəxsnə müraciət etmişdir. Lakin tibbi şəhadətnamə alınmadığından və bu sənədin alınması üçün qanunla müəyyən olunmuş vaxt ötürüldüyündən şəhadətnamənin verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Anası X9 xx.xx.2001-ci il tarixdə Xaçmaz rayonunun Qusarçay kəndində vəfat etmiş və kənd camaatının iştirakı ilə dəfn edilmişdir. Bunu məhkəməyə təqdim edəcəyi şahidlər də sübut edə bilərlər. Ona görə də o, ərizə ilə məhkəməyə müracət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat vermiş və ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə islasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5.-ci maddəsini rəhbər tutaraq işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X5 ərizəçi ilə həmkəndli olduğunu, qohumluqları olmadığını, münasibətlərinin yaxşı olduğunu göstərmişdir. Ərizəçinin anası X10 xx.xx.2001-ci il tarixdə ürək çatışmazlığından vəfat edib və onu Xaçmaz rayonunun Qusarçay kənd qəbristanlığında dəfn ediblər. O, ərizəçinin anası X6 yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X16 ərizəçi ilə qonşu olduğunu, qohumluqları olmadığını, münasibətlərinin yaxşı olduğunu göstərmişdir. Ərizəçinin anası X10 xx.xx.2001-ci il tarixdə ürək çatışmazlığından vəfat edib və onu Xaçmaz rayonunun Qusarçay kənd qəbristanlığında dəfn ediblər. O, ərizəçinin anası X6 dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında olan Şabran rayon Qeydiyyat Şöbəsinin xx.xx.2020-ci il tarixli çıxarışından müəyyən olunur ki, Ərizəçi xx.xx.1978-ci ildə Şabran rayonunun Çölquşçu kəndində anadan olmuşdur, onun atası X12, anası X7r. İş materiallarında olan Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Qusarçay İƏD üzrə nümayəndəsi tərəfindən tərtib edilmiş və Qusarçay kənd sakinləri X17 və X11 tərəfindən təsdiq edilmiş aktdan müəyyən olunur ki, X10 xx.xx.2001-ci il tarixdə Qusarçay kəndində vəfat etmişdir. Xaçmaz Rayon Mərkəzi X14 Şəxsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 596 saylı arayışdan müəyyən olunur ki, 2001-ci il üçün Xaçmaz RMX-da ölüm haqqında tibbi şəhadətnamələrin qeydiyyat kitabı saxlanmadığından X6 ölümü haqqında məlumat vermək mümkün deyildir. Maraqlı şəxs xx.xx.2020-ci il tarixli 201 saylı məktubundan müəyyən olunur ki, X10 barəsində ərizəçinin müraciəti əsasında ümumrespublika elektron məlumat bazası yoxlanılmış və xx.xx.1999-xx.xx.2020-ci illər üzrə ölüm aktı aşkar edilməmişdir. Məhkəmə qeyd olunan sübutlara hüquqi qiymət verərkən hesab edir ki, Ərizəçi anası X6 xx.xx.2001-ci il tarixdə vəfat etməsi hüquqi faktı iş üzrə tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə sübuta yetirilir. Azərbaycan Respublikasının MPM-nin 307.2.8.-ci maddəsinə əsasən müvafiq isra hakimiyyəti imtina etdiyi halda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məsəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbayan Respublikasının Mülki Prosessual Məsəlləsinin 310-cu maddəsinə əsasən ərizədcə, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları göstərməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçinin oğlu X2 ölüm faktının müəyyən edilməsi miras qalmış əmlak üzrə vərəsəliyin müəyyən edilməsi ilə əlaqədar zəruridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məsəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Həmin Məsəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məsəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə islasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçi X1 şəxsin ölüm faktı hüquqi əhəmiyyətli olduğundan, məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-si və 360-sı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X6 xx.xx.2001-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaysan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar