Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1574/2022 29.07.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X5, Cavabdeh5 iştirakı ilə, "xxxx" ASC-nin Cavabdeh5 və qeyrilərinə qarşı yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində 29 iyul 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: "xxxx" ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddaçı İddiaçı ASC-nin xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış Xaçmaz Rayonun Padar kəndində yerləşən, 88,6 kv/m fərdi yaşayış evindən və ümumi sahəsi 0.11 ha olan torpaq sahəsindən cavadehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh4, X7 və X2 qeyd olunan torpaq sahəsindən çıxarılması, cavabdehlərin bankın mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab olunması və ödənilmiş dövlət rusumunun cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon məhkəməsinin 2(067)-481/2017 saylı 03 mart 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, kredit müqaviləsi ləğv edilməklə, Cavabdeh5 İddiaçı ASC-nin xeyrinə məcburi qaydada əsas borc üzrə 40000 manat, 19448,02 manat faiz borcu və 6711,04 manat gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu, cəmi 66159,06 manat kredit kredit borcu, 30 manat dövlət rusumu, ipoteka predimetinin qeydə alınmasına görə 50 manat olmaqla cəmi 66219,06 manat tutulması qət edilmişdir. Cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh4, X4 və X3 məxsus ümumi birgə mülkiyyətdə olan Xaçmaz rayonunun Padar kəndində yerləşən 0,11 ha torpaq sahəsinə və torpaq üzərində yerləşən Cavabdeh1 tam mülkiyyət hüququ əsasında məxsus olan ümumi sahəsi 88,6 kv.m., yaşayış sahəsi 45,8 kv.m, və yardımçı sahə 42,8 kv.m olan 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinə tutma yönəldilməsi, həmin əmlaklar açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə olan 66219,06 manat borc ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 25 sentyabr 2017-ci il tarixli 2(105)-2889/2017 saylı qətnaməsinə əsasən Cavabdeh5 apellyasiya şikayəti qismən təmin edilmiş, Xaçmaz rayon məhkəməsinin 2(067)-481/2017 saylı 03 mart 2017-ci il tarixli qətnaməsi dəyişdirilmiş, Cavabdeh5 İddiaçı ASC-nin xeyrinə məcburi qaydada 200 manat gecikmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu tutulmuş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Xaçmaz rayon icra və probasiya şöbəsinin 47716/107 saylı xx.xx.2019-cu il tarixli sifariş məktubuna əsasən Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzinin keçirdiyi hərraclar baş tutmamış və hərrac təşkilatının hərracın yekunları barədə 37/03 saylı protokolu əsasında bankın balansına alınmış və **********87-10301 saylı reyestr nömrəli tam mülkiyyət hüququ ilə İddiaçı ASC-nin mülkiyyətinə xx.xx.2021-ci il tarixdə keçmişdir. Cavabdehlər İddiaçı ASC-nin mülkiyyətində olan fərdi yaşayış evini tərk etməyərək bankın qanunla qorunan mülkiyyət hüququnu pozurlar. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh5 iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etmişlər. İş üzrə digər cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 2(067)-481/2017 saylı 03 mart 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, kredit müqaviləsi ləğv edilməklə, Cavabdeh5 İddiaçı ASC- nin xeyrinə məcburi qaydada əsas borc üzrə 40000 manat, 19448,02 manat faiz borcu və 6711,04 manat gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu, cəmi 66159,06 manat kredit kredit borcu, 30 manat dövlət rusumu, ipoteka predimetinin qeydə alınmasına görə 50 manat olmaqla cəmi 66219,06 manat tutulması qət edilmişdir. Cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh4, X4 və X3 məxsus ümumi birgə mülkiyyətdə olan Xaçmaz rayonunun Padar kəndində yerləşən 0,11 ha torpaq sahəsinə və torpaq üzərində yerləşən Cavabdeh1 tam mülkiyyət hüququ əsasında məxsus olan ümumi sahəsi 88,6 kv.m., yaşayış sahəsi 45,8 kv.m, və yardımçı sahə 42,8 kv.m olan 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinə tutma yönəldilməsi, həmin əmlaklar açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə olan 66219,06 manat borc ödənilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 25 sentyabr 2017-ci il tarixli 2(105)-2889/2017 saylı qətnaməsinə əsasən Cavabdeh5 apellyasiya şikayəti qismən təmin edilmiş, Xaçmaz rayon məhkəməsinin 2(067)-481/2017 saylı 03 mart 2017ci il tarixli qətnaməsi dəyişdirilmiş, Cavabdeh5 İddiaçı ASC-nin xeyrinə məcburi qaydada 200 manat gecikmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu tutulmuş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, reyestr nömrəsi **********87-10301 olan və qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonu Padar kəndində 0,11 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə "xxxx" ASC-nin mülkiyyətindədir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının İpoteka haqqında qanunun 59-cu maddəsinə görə, ipotekaya qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.4.-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilşməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasəen daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 226, 227, 233 və 360-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh4, X7 və X1 rayonu Padar kəndində yerləşən iddiaçıya məxsus (xx.xx.2021-ci il tarixli, reyestr nömrəsi **********87- 10301 olan və qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) 0,11 ha torpaq sahəsindən və 88,6 kv.metr fərdi yaşayış evindən çıxarılsınlar və bankın mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab olunsun. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçı "xxxx" ASC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-1574/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1574/2022
29.07.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver