Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1575/2022 29.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, Ərizəçi və onun vəkili X11 iştirakı ilə, Ərizəçi mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi iddia ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1986-cı ildə vəfat etmiş X6 və xx.xx.2006-cı il tarixdə vəfat etmiş X2 miras qalmış Xaçmaz rayonu, Qalağan kəndində yerləşən, 1961-ci ildə tikilmiş yaşayış evinin və 0.25 ha torpaq sahəsinin tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və miras qalmış evin və həyətyanı torpaq sahəsinin vərəsəlik paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında göstərmişdir ki, Xaçmaz rayonunun Qalağan kəndində yerləşən 0,25 ha torpaq sahəsi və orada inşa edilmiş ev nənəliyi X4 adına qeydə alınıb. X4 əri X9 doğma babasıdır. O, onun oğlu X1 övladıyam. Babasının birinci arvadı doğma nənəsi X8 olub. Hazırda nənəliyi X3 miras qalmış Xaçmaz rayonunun Qalağan kəndində yerləşən 0,25 ha torpaq sahəsini və orada inşa edilmiş evi vərəsəlik yolu ilə öz adına rəsmiləşdirmək istəyir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı tərəf olan Xaçmaz 1 saylı Notariat Ofisinə məhkəmə bildirişi çatdırılsa da, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.10-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsində ki, ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edildələrsə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hüquq haqqında mübahisə yarandığı aşkar edildiyindən mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, 1081 saylı Xaçmaz 1 saylı Notariat Ofisinin məktubundan müəyyən olunur ki, X5 vəıfatından sonra miras qalmış Xaçmaz rayonu, Qalağan kəndində yerləşən, yaşayış evinin və 0.25 ha torpaq sahəsinə dair vərəsəlik işinin aparılması üçün bilavasitə zəruri qohumluq faktının olmaması səbəbindən vərəsəlik işinin aparılması mümkün olmamışdır. Məhkəmə araşdırması zamanı ərizəçinin izahatından müəyyən olunmuşdur ki, mübahisə predmeti olan daşınmaz əmlaklar mərhum X7 Muradov da anasından miras qalmış əmlakdan pay istəmişdir. Bu isə hazırki, iş üzrə hüquq haqqında mübahisə yarandığını göstərir. Qeyd olunan hal ərizənin baxılmamış saxlanılması üçün əsasdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.10-cu maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizə və ona əlavə olunmuş sənədlər Ərizəçi geri qaytarılsın. Ödənilmiş 100 manat (Qəbz №-si 891125497, ödəniş tarixi xx.xx.2022) məbləğində dövlət rüsumu Ərizəçi geri qaytarılmalıdır. Qərardaddan 10 gün müddətinə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1575/2022
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1575/2022
29.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver