Məhkəmə qərarları › İş №2(067)-1611/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1611/2020

23.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1611/2020 23.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X9, İddiaçı X17 nümayəndəsi X8 və Cavabdeh7 Məmmədli qızının iştirakları ilə, İddiaçı X17 cavabdehlər Cavabdeh7 Məmmədli qızına, Cavabdeh8, Cavabdeh1, Cavabdeh2, X3, Cavabdeh4, X4 və Cavabdeh6 qarşı yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməsi və həmin yaşayış sahəsinin boşaldılması tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı X24 cavabdehlər Cavabdeh7 Məmmədli qızı, Cavabdeh1, Cavabdeh2, X6 və Cavabdeh6, həmçinin yetkinlik yaşına çatmayan X10, X19, X11, X12 və X13 ünvan 1 ünvanda yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh7 Məmmədli qızı, Cavabdeh8, Cavabdeh1, Cavabdeh2, X6, Cavabdeh4, X7 və Cavabdeh6, həmçinin yetkinlik yaşına çatmayan X10, X19, X11, X12 və X13 həmin yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılması və yaşayış sahəsinin boşaldılaraq, iddiaçı İddiaçı X18 təhvil verilməsinə dair qətnamə qəbul ediməsini xahiş etmişdir. İddiaçı X24 iddiasını onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(067)-289/2016 saylı qətnaməsinə əsasən Cavabdeh7 Məmmədli qızına məxsus ünvan 2 ünvanda yerləşən yaşayış sahəsi xx.xx.2019-cu il tarixdə hərrac vasitəsi ilə satılmışdır. Alqı-satqı nəticəsində əmlaka mülkiyyət hüququ İddiaçı X18 keçmiş və bu hüquq xx.xx.2020-ci il tarixdə DƏDRX-də qeydə alınmışdır. ünvan 2 ünvanda yerləşən yaşayış sahəsində qeydiyyatda olan cavabdehlər Cavabdeh7 Məmmədli qızı, Cavabdeh8, Cavabdeh1, Cavabdeh2, X6, Cavabdeh4, X7, Cavabdeh6, həmçinin yetkinlik yaşına çatmayan X10, X19, X11, X12 və X20 yaşayış sahəsini 1 ay ərzində boşaltmalı olduqları halda bu günədək vəzifələrini icra etməmişlər. Ona görə də hazırkı iddianı qaldırmış və iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı X17 nümayəndəsi X14 iddianı müdafiə edərək, iddia ərizəsində göstirələnlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdehlər ipoteka müqaviləsi bağlanılarkən ipoteka predmeti olan evdən çıxamağa razılıq vermişlər. Nümayəndə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icasında dindirilən iş üzrə Cavabdeh7 Məmmədli qızı iddianı qəbul etməyib, banka borcu olduğunu lakin evdən çıxmağa razı olmadığını bildirmişdir Ona görə ki, onların başqa yaşayış yerləri yoxdur, xəstə əri və oğlu var, nəvələri var. Bankın borcunu hazırda hissə-hissə ödəyirlər, o, ipoteka müqaviləsi bağlanılarkən evdən çıxmağa razılıq verib-vermədiyini xatırlamadığını bildirmiş, həmçinin, cavabdehlərdən X6, X7 və Cavabdeh6 başqa ünvanda yaşadıqlarını, onlarla qonşu olduqlarını bildirmişdir. İddia tələbinə qarşı məhkəməyə təqdim edəcəyi sübutu yoxdur və məhkəmədən iddianın təmin edilməməsini və evdən çıxarılmamalarını xahiş edir. İş üzrə digər cavabdehlər Cavabdeh8, Cavabdeh1, Cavabdeh2, X3, Cavabdeh4, X4 və Cavabdeh6 məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilsə də, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh8, Cavabdeh1, Cavabdeh2, X1, Cavabdeh4, X2 və Cavabdeh6 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını hərtərəfli tədqiq edib, belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, Elektron notariat avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6, Cavabdeh4, X7, Cavabdeh6, X10, X19, X11, X12, X5 şəhəri 28 may küçəsi,ev 96 saylı ünvanda qeydiyyatdadırlar. İş materiallarında olan çıxarışdan müəyyən olunur ki, ünvan 2 saylı ünvanda yerləşən yaşayış evi hazırda İddiaçı X17 mülkiyyətindədir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(067)- 289/2016 saylı qətnaməsinə əsasən İddiaçı X17 cavabdehlər Cavabdeh7 Məmmədli qızına və Cavabdeh8 qarşı kredit müqaviləsinin ləğvi, borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddiası qismən təmin edilərək, cavabdehlər Cavabdeh7 Məmmədli qızı və Cavabdeh8 müştərək qaydada 17112.55 ABŞ dolları məbləğində əsas borc, 1898.12 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə borcunun müştərək qaydada tutulması və tələbin ipoteka predmeti olan ünvan 2 saylı ünvanda yerləşən yaşayış evinə yönəldilərək, evin ilkin satış qiymətinin 50.000 manat məbləğində qiymətləndirilməklə açıq hərracda satılaraq borcun ödənilməsinə yönəldilməsi və ipoteka predmetinin satışından artıq qalan hissənin qətnamənin icrasından sonra Cavabdeh7 Məmmədli qızına qaytarılması qət edilmişdir. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli, 50/08 saylı protokoldan müəyyən olunur ki, Cavabdeh7 Məmmədli qızına məxsus ünvan 2 saylı ünvanda yerləşən yaşayış evi xx xxxx 2019-cu il tarixdə hərrac vasitəsi ilə satılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı X24 iddia tələbi ilə əlaqədar 10 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin MPM-nin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara qiymət verərək, hesab edir ki, iddia ərizəsi cavabdehlər Cavabdeh7 Məmmədli qızına, Cavabdeh8, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 münasibətdə təmin edilməlidir. Belə ki, işin araşdırılmış hallarından və Cavabdeh7 Məmmədli qızının izahatından cavabdehlər Cavabdeh7 Məmmədli qızı, Cavabdeh8, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 ünvan 2 saylı ünvanda yerləşən yaşayış evində qeydiyyatda olmaqla yaşadıqları müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. X28 Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, mülkiyyətçinin iradəsinin ziddinə olaraq cavabdehin mübahisəli mənzildən istifadə hüququnun saxlanılmasının davam etməsi iddiaçının evə olan mülkiyyət hüququnu şərti və qeyri-sabit xarakterli edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1. və 158.1.2-ci maddələrinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 152.3-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Məcəllənin 157.4-cü maddəsinə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia cavabdehlər Cavabdeh7 Məmmədli qızı, Cavabdeh8, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 münasibətdə təmin edilməli, cavabdehlər Cavabdeh7 Məmmədli qızı, Cavabdeh8, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 ünvan 1 ünvanda yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməli, onlar həmin yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılmalı və yaşayış sahəsi boşaldılaraq, İddiaçı X18 təhvil verilməlidir. Məhkəmə Cavabdeh7 Məmmədli qızının izahatından müəyyən etmişdir ki, cavabdehlərX6, X7 və Cavabdeh6 ünvan 1 ünvanda yerləşən yaşayış evində qeydiyyatda olsalar da, həmin evdə yaşamırlar. İddiaçı X24 tərəfindən də cavabdehlərin ünvan 1 ünvanda yerləşən yaşayış evində yaşamalarını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinə görə, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən, qanuni əsaslarla daimi və ya daha çox yaşadığı yer (ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri) hər hansı bir şəxsin yaşayış yeri hesab olunur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun adından göründüyü kimi, bu Qanunun tənzimlədiyi məsələlər vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatının aparılması ilə bağlıdır. Qanunun müddəalarına əsasən qanunverici hər hansı bir şəxsin yaşayış və olduğu yerin müəyyən olunması üçün heç bir məhdudiyyət qoymadan onun əsas diqqətini özünə daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir (Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”nin müddəalarının şərh olunması barədə” 2003-cü il 31 yanvar tarixli Qərarı). R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxxxx 2018-ci il tarixli Plenum qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun mənzillə bağlı münasibətləri tənzimləmədiyini və yaşayış sahəsinə qeydiyyata alınmış şəxsin həmin yaşayış sahəsinə mütləq köçürülməsi üçün əsas olmadığını, buna görə kassasiya instansiyası məhkəməsinin həmin Qanunun 2-ci maddəsinə istinad etməsinin məntiqsiz olduğunu göstərmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qeyd edilən qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən vətəndaşın mənzildə qeydiyyatda olması, onun həmin mənzildən istifadə hüququnun olması anlamına gəlmir. Həmçinin, iddiaçı Bank tərəfindən də cavabdehlərX6, X7 və Cavabdeh6 ünvan 1 ünvanda yerləşən yaşayış evində yaşamalarını və həmin evdən istifadə hüquqlarının olmasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə iddianın cavabdehlərX6, X7 və Cavabdeh6 münasibətdə təmin edilməməli olduğunu hesab edir. Bununla yanaşı İddiaçı X18 cavabdehlər X6, X7 və Cavabdeh6 qarşı mənzil qeydiyyatından çıxarılma tələbinə dair iddia ərizəsi ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 214, 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh7 Məmmədli qızı, Cavabdeh8, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 ünvan 1 ünvanda yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilsin, onlar həmin yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılsın və yaşayış sahəsi boşaldılaraq, İddiaçı X18 təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh7 Məmmədli qızı, Cavabdeh8, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada İddiaçı X17 xeyrinə tutulsun. İddiaçı X18 cavabdehlər X6, X7 və Cavabdeh6 qarşı mənzil qeydiyyatından çıxarılma tələbinə dair iddia ərizəsi ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar