Məhkəmə qərarları › İş №2(067)-1624/2020

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1624/2020

18.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1624/2020 18.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1994-cü il tarixdə Xaçmaz şəhəri, Mehmandarov qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1994-cü ildə Xaçmaz şəhərində evdə anadan olmuşam. Anası X1 Ağaşirinovla qeyri rəsmi ailə qurub və onların birgə yaşayışından o doğulmuşdur. Atası və anası 7-8 il birgə yaşayıblar. Sonradan atası vəfat etmişdir. Valideynlərinin səhlənkarlığından onun üçün doğum haqqında şəhadətnamə alınmamışdır. Hazırda onun nə doğum haqqında şəhadətnaməsi, nə də şəxsiyyət vəsiqəsi yoxdur. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizəsinin təmin edilməsini xahiş etmişdir. İş üzrə Maraqlı şəxs iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi heç bir üzürlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəçinin dəlillərini dinləyib hesab edir ki, ərizə baxılmamış saxlanmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən ərizəçinin şəxsiyyəti müəyyən edilmir. Belə olduğu halda ərizənin ərizəçi və ya başqa şəxs tərəfindən imzalandığı müəyyən edilmir. Həmin Məcəllənin 259.0.3-cü maddəsinə əsasən ərizə bu Məcəllənin ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətinə Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar