Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-163/2022 28.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X13 İddiaçı və onun vəkili Vəkil2, Cavabdeh və Cavabdeh nümayəndəsi X9, cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakdan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən payların ayrılması və payların bölünməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.1995-ci il tarixli, 2-B-199 №-li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ünvan 1 ünvanda yerləşən 274,5 kv metr həyətyanı torpaq sahəsinin və həmmin torpaq sahəsində yerləşən yaşayış evinin onun payına düşən ½ hissəsinin naturada bölünərək ona verilməsi, eləcədə xx.xx.1997-ci il tarixdə vəfat etmiş X10 miras qalmış ünvan 1 ünvanda yerləşən 274,5 kv metr həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən yaşayış evinin ½ hissəsinə münasibətdə mirasın tərəfindən qəbul edilməsi faktın müəyyən edilməsi, miras əmlakda ½ hissədən 1/5 hissə, ümumi evin isə 1/9 hissəsi həmçinin miras payının ayrılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, cavabdeh qardaşıdır. X4, anası isə X17 olmuşdur. X4 xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. Ondan və cavabdehdən başqa, 1 bacısı sağdır Mezmez, 1 bacısı Validə vəfat etmiş, 1 bacısı Eşimə vəfat etmişdir. X8 12 aprel 1992-ci lidə vəfat etdiyindən ondan qalan əmlaklara dair vərəsəlik işi açılmışdır. 19 oktyabr 1995-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ünvan 2 ünvanda olan həyətyanı torpaq sahəsində yerləşən yaşayış evinin ½ hissəsi ona və ½ hissəsi mərhum atası olmuş xx.xx.1997-ci il tarixdə vəfat etmiş X2. Atası xx.xx.1997ci il tarixdə vəfat edəndən sonra onun payına düşəcək yəni ünvan 2 ünvanda olan həyətyanı torpaq sahəsində yerləşən yaşayış evinin ½ hissəsi miras qalmışdır. Atası vəfat etdiyi günədək miras əmlaka dair hər hansı vərəsənin və digər şəxsin adına vəsiyyətnamə qoymamışdır. Hazırda atasının ölümündən sonra onun ölümündən sonra birinci növbəli vərəsələri olaraq o, cavabdeh olan qardaşı Cavabdeh və 1 bacısı qalmışdır. Atasının ölümü ilə ünvan 2 ünvanda olan həyətyanı torpaq sahəsində yerləşən yaşayış evinin ½ hissəsinə vərəsəlik açılmışdır. O atasının vəfatından sonra ondan miras qalmış ünvan 2 ünvanda olan həyətyanı torpaq sahəsində yerləşən yaşayış evinin ½ hissəsinə münasibətdə birinci növbəli vərəsə olaraq hər biri özünə münasibətdə mirası qəbul etmiş. Mirasdan onların hər birinə atasına məxsus ½ hissədən 1/5 hissə, ümumi evin isə 1/5 hissəsi həçmində pay düşür. Belə ki, onlar dördüdə birinci dərəcəli vərəsələrdir. Miras onların arasında bərabər bölünməlidir. Yaxın vaxtlarda o, miras əmlaka vərəsəlik hüququ haqqında şahadətnamə alınması ilə bağlı Xaçmaz rayon notariat kontoruna müraciət etmiş. Lakin miras əmlaka dair cavabdeh də aralarında mübahisə olduğu müəyyən edildikdə vərəsəlik işi aparılmamış və imtina edilərək məhkəməyə müraciət etmələri bildirilmişdir. Bundan başqa o anasından vərəsəlik hüququ haqqında şəhadəttnamə əsasında ona keçmiş ½ hissəni adına rəsmiləşdirmək və mülkiyyət hüququna dair çıxarış almaq istəmişdir. Lakin evin müayinəsi zamanı cavabdeh maneəçilik törətdiyindən onun adına reyestr sənədinin verilməsi mümkün olmamışdır. Hazırda mübahisəli miras əmlakı yəni ünvan 2 ünvanda olan həyətyanı torpaq sahəsində yerləşən yaşayış evinin onun payına aid ½ hissəsini digər qaydada adına rəsmiləşdirə bilmədiyindən və atasından digər ½ hissəyə münasibətdə vərəsəlik işi mübahisəli olduğundan hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X15 iddianı qəbul etməyərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X3 iddianı qəbul etməyərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sübutları araşdırıb, hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında ölüm haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.1997-ci il tarixdə ürək-damar çatmamazlığı səbəbindən Xaçmaz şəhərində vəfat etmişdir. İş materiallarında olan xx.xx.1987-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1978-ci ildə Xaçmaz rayonunda doğulmuş, X4, X8dır. İş materiallarında olan Xaçmaz rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin dublikatından müəyyən olunur ki, X12 miras qalmış Xaçmaz şəhəri, K.Marks küçəsi, 4 saylı evə dair hər birinə 1\2 hissədə X10 və İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/1046 saylı Ekspert Rəyindən müəyyən edilir ki, mübahisə predmeti olan fərdi yaşayış evinin naturada mülkiyyətçilər arasında bölünməsi texniki cəhətdən mümkün olmamış və həyətyanı torpaq sahəsi üzərində tikililərin mövcud olduğunu və həmin tikilinin mülkiyyətçiləri arasında texniki cəhətdən bölünməsinin mümkün olmadığını nəzərə alaraq mübahisə predmeti olan həyətyanı torpaq sahəsinin naturada bölgüsünün texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə hesab edir ki, mirasın faktiki qəbul edilməsi vərəsənin miras əmlaka sahiblik, onun istifadəsi və onun üzərində sərəncam verilməsi ilə bağlı hərəkətləri, həmçinin onun lazımi qaydada saxlanması, miras əmlakla bağlı vergilərin və digər ödənişlərin ödənilməsi barədə istənilən hərəkəti ehtiva edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Qeyd olunan Məcəllənin 1243.2-ci maddəsinin mənasına görə, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır Mülki Məcəllənin 1246-ci maddəsinə əsasan vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməli, xx.xx.1997-ci il tarixdə vəfat etmiş mərhum X6 qalmış ünvan 3 ünvanda yerləşən 274,5 kv metr həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən yaşayış evinin ½ hissəsinə münasibətdə mirasın iddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli, miras əmlakda ½ hissədən 1/5 hissə, ümumi evin isə 1/9 hissə miras payı müəyyən olunmalıdır. Miras əmlkın naturada ayrılması mümkün olmadığından, iddia tələbi həmin hissədə rədd edilməlidir. Ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul İddiaçı alınaraq X7, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34JTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1- ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.1997-ci il tarixdə vəfat etmiş mərhum X6 qalmış ünvan 3 ünvanda yerləşən 274,5 kv metr həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən yaşayış evinin ½ hissəsinə münasibətdə mirasın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin, İddiaçı miras əmlakda ½ hissədən 1/5 hissə, ümumi evin isə 1/9 hissə miras payı müəyyən olunsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul İddiaçı alınaraq X7, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34JTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-163/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-163/2022
28.09.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver