Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1645/2021 23.07.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ona məxsus Xaçmaz şəhəri, Nizami küçəsi 45 saylı yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə qəbul ediməsini xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Xaçmaz şəhəri, Nizami küçəsi 45 saylı yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında ona məxsus əmlakdır. O, qeyd olunan ünvanda yaşayır. X4 onun doğma oğlu olmuşdur. Cavabdeh X8un arvadı olmuşdur. Oğlu Aydınla arvadı Şəbnəm 2017-ci ildə evləndikdən bir müddət sonra daimi yaşamaq və işləmək üçün Rusiya Federasiyasına getmiş və Sankt-Peterburq şəhərində yaşayaraq işləmişlər. Oğlu Aydın özü Rusiya Federasiyası vətəndaşı olmuş, 1-2 il arvadı Şəbnəmlə yaydan-yaya ona məxsus evə qonaq gəlib 1-2 gün qaldıqdan sonra Rusiyaya qayıtmışlar. Onlar onun evində daimi yaşamamışlar. Cavabdeh 2017-ci ildə ona məxsus evə qeydiyyata düşmüş, ona məxsus evdə yaşamasa da qeydiyyatı onun evində formal qalmışdır. X8 09 dekabr 2020-ci il tarixdə Sankt-Peterburq şəhərində vəfat etmişdir. O, dəfələrlə cavabdehə müraciət edərək ona məxsus yaşayış evindən qeydiyyatdan çıxmasını xahiş etmiş, cavabdeh yaşayış evindən qeydiyyatdan çıxacağını vəd versə də vədinə əməl etməmiş və hal-hazıradək ona məxsus evdən qeydiyyatdan çıxmamışdır. Cavabdehlə əlaqə saxladıqda o, ona məxsus evdən qeydiyyatdan çıxarılmasına heç bir etirazı olmadığını bildirir. Cavabdeh hazırda da Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yaşayır. Hesab edir ki, cavabdehin ona məxsus evdə formal qeydiyyatda qalması əsassızdır və mülkiyyətinə aid əmlaka olan formal qeydiyyatının saxlanılması yolverilməzdir, əmlaka sahiblik, sərəncam və mülkiyyət hüquqlarını pozur. Cavabdehi digər qaydada özünə məxsus evdən qeydiyyatdan çıxara bilmədiyindən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq Xaçmaz şəhəri, Nizami küçəsi 45 saylı yaşayış evinin xüsusi mülkiyyət hüququ əsasında anası İddiaçı məxsus olduğunu, anasının həmin evdə yaşadığını, X3 onun qardaşı olduğunu bildirmişdir. Cavabdeh X6un arvadı olmuşdur. Onlar 2017-ci ildə evləndikdən bir müddət sonra daimi yaşamaq və işləmək üçün Rusiya Federasiyasına getmiş və Sankt-Peterburq şəhərində yaşayaraq işləmişlər. Aydın özü Rusiya Federasiyasının vətəndaşı olmuş, 1-2 il arvadı Şəbnəmlə yaydan-yaya anasına məxsus evə qonaq gəlib 1-2 gün qaldıqdan sonra Rusiyaya qayıtmışdır. Onlar həmin evdə daimi yaşamışlar. Cavabdeh 2017-ci ildə həmin evə qeydiyyata düşüb, orada yaşamasa da, qeydiyyatı həmin evdə formal olaraq qalmışdır. X6 09 dekabr 2020-ci il tarixdə Sankt-Peterburq şəhərində vəfat etmişdir. Anası dəfələrlə сavabdehə müraсiət edərək onun evindən qeydiyyatdan çıxmasını xahiş etmiş, lakin cavabdeh evdən qeydiyyatdan çıxacağına söz versə də, vədinə əməl etməmişdir və halhazıradək anasına məxsus evdən qeydiyyatdan çıxmamışdır. Onlar cavabdehlə əlaqə saxlayanda, o, evdən qeydiyyatdan çıxarılmasına heç bir etirazı olmadığını bildirmişdir. Cavabdeh hazırda da Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yaşayır. Hesab edir ki, cavabdehin anasına məxsus evdə formal qeydiyyatda qalması əsassızdır. Anası cavabdehi başqa qaydada evindən qeydiyyatdan çıxara bilmədiyi üçün məhkəmədə iddia qaldırmalı olmuşdur. İddiaçı xəstə olduğuna görə məhkəmə iclasında iştirak edə bilmir. Göstərilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı nümayəndəsi X1 izahatını dinləyib, mülki işin materiallarını hərtərəfli tədqiq edib, belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestindən 02.08.2017-ci il tarixli RX seriyalı ******* saylı çıxarışından müəyyən olunur ki, Xaçmaz şəhəri, Nizami küçəsində yerləşən 45 saylı yaşayış evi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan 07.05.2021-ci il tarixli şəhadətnamədən müəyyən olunur ki, X4 09.12.2020-ci il tarixdə Rusiya Federasiyası Sankt-Peterburq şəhərində vəfat etmişdir. İş materiallarında olan 08.05.2021-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia tələbi ilə əlaqədar 10 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin MPM-nin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hüquq münasibəti 2017-ci ildə yarandığı üçün məhkəmə hazırkı mübahisəyə 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normalarının tətbiq edilməli olduğunu hesab edir. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinə əsasən digər qohumlara qardaş və bacılar, baba, nənə və nəvələr, ögey oğul və qızlar, yetirmələr və faktiki tərbiyəçilər daxildirlər. İşdən müəyyən olunur ki, Cavabdeh iddiaçının keçmiş gəlinidir. Beləliklə, qanunvericiliyin qeyd edilən normalarının məzmunundan müəyyən edilir ki, cavabdeh iddiaçının ailə üzvü və digər qohumu hesab edilmir və o, iddiaçıya məxsus olan mənzildə qeydiyyatda qalmaqla iddiaçının mülkiyyət hüquqlarını pozur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, mülkiyyətçinin iradəsinin ziddinə olaraq cavabdehin mübahisəli mənzildən istifadə hüququnun saxlanılmasının davam etməsi iddiaçının evə olan mülkiyyət hüququnu şərti və qeyri-sabit xarakterli edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1. və 158.1.2-ci maddələrinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 152.3-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Məcəllənin 157.4-cü maddəsinə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi İşin araşdırılmış hallarından müəyyən olunur ki, Cavabdeh 2017-ci ildə iddiaçının oğlu X4 ilə nikaha daxil olaraq iddiaçıya məxsus olan və Xaçmaz şəhəri, Nizami küçəsi 45 saylı yaşayış evinə gəlin köçərək, həmin evə qeydiyyata düşmüç və 2017-ci il tarixə kimi orada yaşamışdır. 2017-ci ildə cavabdeh əri X4 ilə birgə daimi yaşamaq və işləmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə getmişdir. Aydın Hüseynov 09 dekabr 2020-ci il tarixdə Sankt-Peterburq şəhərində vəfat etmişdir. Həmin vaxtdan cavabdeh iddiaçıya məxsus evə gəlib orada daimi yaşamasa da, həmin evdə qeydiyyatda qalmaqdadır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Cavabdeh Xaçmaz şəhəri, Nizami küçəsi 45 saylı yaşayış evindən istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 214, 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh Xaçmaz şəhəri, Nizami küçəsi 45 saylı yaşayış evindən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-1645/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1645/2021
23.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver